Anons

Haqqımızda Əlaqə

Lənkəranda həkim ikinci xəstəsini də öldürdü

Tarix:4-02-2015, 11:30 Baxış Sayı:419


Lənkəranda həkim ikinci xəstəsini də öldürdü

Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində ölüm hadisəsi baş verib.

Bakunews.az-ın Report-a istinadən yaydığı xəbərə görə, Cəlilabadın Alar kənd sakini 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı doğuş zamanı dünyasını dəyişib.

Doğuşu qeysəriyə əməliyyatı ilə mama-ginekoloq Mehparə Rufullayeva həyata keçirib. Yeni doğulan körpənin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, bu, son dörd ayda M.Rufullayevanın faciəli şəkildə dünyasını dəyişən ikinci pasiyentidir. Belə ki, 2014-cü ilin oktyabr ayında Astara rayonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra ölüb. Həmin vaxt da əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Mehparə Cəzail qızı Rufullayeva edib.

XƏBƏR LENTİ