Qaradağ rayonunda başçı oliqarx yetişdirir... İDDİA

15-09-2015, 14:05Bölgə
Qaradağ rayonunda başçı oliqarx yetişdirir...


Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Rəsul oğlu Əhmədov qanunlara məhəl qoymadan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasını əsl sahibinin əlindən almağa çalışır.

Bununla bağlı Vertikal.az-a dail olan məlumatlarda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış, həmçinin Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport sözügedən binanın Qaradağ rayon sakini Çingiz Zahid oğlu Sultanovun mülkiyyətində olduğunu təsdiqləyir. Lakin buna baxmayaraq, himayəsində olduğu şəxslərə arxalanan Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vətəndaşın konstitusiya ilə qorunan mülkiyyət hüququnu pozmaqdan əl çəkmir.

Verilən məlumatda qeyd olunur ki, 15 ildən artıqdır ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vəzifəsində çalışan Rasim Əhmədov rayon ərazisindəki ən gəlirli sahələri, eləcə də obyektləri nəzarəti altına almağa müvəffəq olub. Onun külli miqdarda sərvətə sahib olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, Rasim Əhmədov Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 6-cı maddəsinin, eləcə də "İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında" Avropa Konvensiyasına əlavə edilmiş 1 saylı Protokolun tələblərini kobud surətdə pozur: "Deyilənlərə görə, bu gün Qaradağ rayonunda "qılıncının hər iki üzü kəsən" məmurlar sırasında qərarlaşan mənzil-kommunal təsərrüfatı birliyinin sədri Rasim Əhmədovun mal varlığı milyonlarla manatın üzərindədir. Belə ki, o, Lökbatan qəsəbəsində onlarla obyektin ya sahibidir, ya da şərikidir. Bundan başqa, Lökbatan qəsəbəsində yerləşən "Xocahəsən" kafesinin yanındakı hamamı öz balansında saxlayan Rasim Əhmədov həmin obyektin icarə haqqından əldə olunan gəliri də öz malı kimi xərcləyir. Hələ bu, harasıdır. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədrinin rayon ərazisində bir neçə apteki, marketlər şəbəkəsi də var. Bu kiçik məmur-oliqarxın avtomobil kolleksiyasına isə söhbət belə ola bilməz. Deyilənlərə görə, Rasim Əhmədovun evinin qarşısında "BMW X6", "Porsche", "Toyota" və digər tanınmış markalardan olan 5-6 avtomobil dayanır. Həmin maşınların hər birinin qiyməti isə 110 min manatla 150 min manat arasında dəyişir. Həmin maşınların hamısı bahalı, yəni "zerkalnı" dövlət nömrə nişanları ilə təmin olunub. Həmçinin o da qeyd olunur ki, Rasim Əhmədovun obyektlərinin çoxu kirayəyə verilib və ən kiçik obyektinin aylıq kirayə haqqı 5 min manatın üzərindədir". Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədrinin kirayə verdiyi obyektlərdən icarə haqqını özü topladığını bildirən məlumatlı şəxsin sözlərinə görə, elə bu səbəbdən də rayonda demək olar ki, hər kəs Rasim Əhmədovun avtomobilini çox gözəl tanıyır: "Çünki hər ayın əvvəli o, avtomobili ilə obyektlərini bir-bir gəzir və kirayə pullarını toplayır. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri ən böyük "ov"unu isə rayon ərazisindəki evlərin, obyektlərin sökülməsi zamanı edir. Belə ki, bir sıra şəxslərlə işbirliyində olan Rasim Əhmədov ərazidən köçürülən vətəndaşlara ayrılan vəsaitlərin bir hissəsini müxtəlif yollarla başqa istiqamətlərə yönəltməyə nail olur. Bundan başqa, onu da nəzərinizə çatdırım ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi son illər bir neçə dəfə dövlətə olan vergi borcunu ödəməyən qurumlar sırasında qərarlaşıb. Lakin buna baxmayaraq, hələ də Rasim Əhmədov barəsində müvafiq ölçü götürülməyib". Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətinin vətəndaşları narazı saldığını deyən mənbə qeyd edir ki, Rasim Əhmədov üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir: "Deyilənlərə görə, o, səhlənkarlıq nümayiş etdirir, vətəndaşlarla kobud rəftar edir. Belə ki, hansısa problemə görə Rasim Əhmədovun qəbuluna düşmək istəyən vətəndaşlar buna nail ola bilmir. O, nadir hallarda şikayətçi qəbul edir. Onda da şikayətçilərlə elə rəftar edir ki, şikayətçi qəbula düşməyinə peşmanolur. /dia.az/
Oxunub: 691
Rəsmi

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
XƏBƏR LENTİ
22:07 27 il yaddaşlardan silinməyən QANLI FACİƏ -Qara 20 Yanvar 21:25 Türkiyə bu səhnədən danışır - 19:23 Generalın təqaüdə çıxmamasının şok səbəbi -Ramiz Zeynalovu qanunu pula dəyişənlərlə nə birləşdirir? 19:15 328 saylı baxça yoxsa, 328 adda oyun ... 19:15 Reynaldo üçün daha bir təklif 19:00 Donmuş göldən möhtəşəm görüntülər- FOTOLAR 18:40 Azərbaycanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlanıb 18:17 Daxili İşlər Nazirliyinin əməkdaşlarına 'Rəşadətli əməyə görə' nişanı təqdim olunub 18:15 Sabirabadda damında helikopter meydançası olan xəstəxana tikilir 18:13 İcra başçısının adı 8 milyonluq qalmaqalda hallanır –ABDİN FƏRZƏLİYEVİN ƏLBİR OLDUĞU 'İŞBAZLAR'... 18:00 Bu il daha hansı universitetlər bağlanacaq?- Slavyan, Turizm, Texniki... 17:38 Keçmiş nazirin “İsmayıllı tövbəsi”....– Villa və obyektlərini satıb 17:34 ‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da Əmək Kitabçası Qalmaqalı -ŞİKAYƏT 17:15 Bakıda 5 gün əvvəl intihara cəhd edən şəxs öldü 17:05 Baş həkimdən ana və körpəsinin ölümü ilə bağlı AÇIQLAMA 16:46 Ukrayna prezidentinin Azərbaycana dəstəyi Rusiyaya və Ermənistana mesajdır 16:33 AZAL qiymətləri artıracaq?- Rəsmi CAVAB 16:20 Metroda halı pisləşdi, təcili yardım gəldi, amma... 16:08 Cabir İmanov: Pul hər şeyi həll etmir... 15:59 Azərbaycanlı yazar “Forbes”in siyahısında 15:44 Məşhur DYP əməkdaşı işdən qovuldu 15:27 İtaliyada hotel qar altında qaldı– YENİLƏNİB 15:15 Ana tualetdə doğduğu uşağı zibil qabına atdı 15:00 İtkin neftçi qardaşların ailə üzvləri axtarışlara başlayıb- VİDEO+FOTO 14:50 Serj Sarkisyan ölü dirildir 14:45 Telefon və internet pulu terminalla ödəniləcək 13:37 Ağcabədidə ana və körpə doğuş zamanı ölüb 13:25 Azərbaycan neft hasilatının azaldılmasını dəstəkləməyə hazırdır 13:11 Emin Ağalarov: Tramp dünyanı daha yaxşı edəcək- FOTO 12:57 Sabah ölkə ərazisində sulu qar yağacaq 12:45 "Real"ı doğma azarkeşləri qarşısında uddular 12:18 Sabah bu yollar bağlı olacaq - DİQQƏT 12:05 Polis maşınla piyadanı vurdu - Bakıda 12:00 AMEA-nın institutunda 303 minlik şübhəli tender- ARAŞDIRMA 11:36 Polis bölməsinə çağırılan Kamil Zeynallı danışdı 11:13 Ramil Usubov genralları topladı - rəsmi 11:00 Qaradağın icra başçısı sakinləri hədələdi 10:50 "Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil" 10:38 Gədəbəyin Meşə idarəsində "MEŞƏ QANUN"LARI- Nazirliyin rəhbər vəzifəliləri... 10:27 Qazın qiymətinin yenidən artacağının anonsu verildi