Sabunçunun icra başçısı vətəndaşların evini zəbt edir

11-10-2015, 16:20Bölgə
Sabunçunun icra başçısı vətəndaşların evini zəbt edir

Sabunçu rayonunun icra başçısı Adil Vəliyev şəxsi biznesindən ötrü vətəndaşların mülkiyyət hüququnu pozur.

Bakı şəhəri Bakıxanov qəsəbəsinin sakinləri Meri Mustafayeva və Müşfiq Məhərrəmov İstiqlal.az-a müraciət edərək bildiriblər ki, Adil Vəliyev onların mülkiyyətini ələ keçirmək istəyir.

Meri Mustafayevanın sözlərinə görə, icra başçısı onların yaşadığı Gənclik 130 ünvanında həmin ərazidə hündürmərtəbəli bina inşa etdirir."Bu bina bizim başımıza bəla olub. Gəlib evlərimizi əlimizdən alır ki, söküb yerində bina tiksin",-deyə Meri Mustafayeva bildirib. Şikayətçi deyib ki, onlar Adil Vəliyevin təklifi ilə razılaşmadıqları üçün icra başçısının qəzəbinə gəliblər: "Bizim mənzilə kompensasiya az verirlər. Bundan başqa yaşayış sahəsi 100 kv.metrdən artıq olduğu halda bizə 75 kv.metrin pulunu vermək istəyirlər. Hələ həyətdə obyektimiz də var idi. Onu da nəzərə almırlar".

Meri Mustafayevanın sözlərinə görə, icra başçısı təklifinin qəbul edilmədyini görüb mənzillərinin qaz, su və elektrik enerjisini kəsib: "Bir ildir ki, biz dözülməz şəraitdə yaşayırıq. Təsəvvür edin, binanın damını söküb, qəzalı vəziyyətə salıb sonra da bizi məhkəməyə verib. Guya bina qəzalı olduğuna bizi köçürməlidirlər. Amma yenə də deyirəm ki, binanı o vəziyyətə özü salıb".
Şikayətçi deyir ki, məsələ ilə bağlı prezidentə və müvafiq qurumlara müraciət ediblər. Lakin bir nəticəsi yoxdur.

Müşfiq Məhərrəmov isə deyir ki, Adil Vəliyevin sifarişi ilə onu yaşadığı mənzildən çıxarıblar: "Günün birində məlum oldu ki, Sabunçu Rayon Məhkəməsi mənim evdən çıxarılmağım barədə qərar çıxarıb. Mənim isə bu məhkəmədən xəbərim olmayıb. Mənim iştirakım olmadan məhkəmə keçiriblər". Şikayətçi bildirib ki,məhkəmə icraçıları onu 4 uşağı ilə birbə çölə atıblar:"Vəhşicəsinə çıxardılar, əşyalarımız qırdılar". Şikayətçilər media vasitəsilə prezidentə müraciət edərək ondan yardım istəyirlər.

Qeyd edək ki, Adil Vəliyevin qanunsuz əməlləri barədə mətbuatda çox yazılıb. Bir neçə gün əvvəl onun bahalı maşın kolleksiyası ilə bağlı fotofakt yayılmışdı. /istiqlal.az/
Oxunub: 204
Rəsmi

İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib -
İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib -

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
XƏBƏR LENTİ
22:14 Tramp Ağ Evdə - Andiçmə mərasimi başladı - CANLI YAYIM 21:48 Sürücülərin qənimi olan "Beko Rəşad" işdən qovuldu - VİDEO 21:21 Bakıda uşaqlara zərər vura biləcək toyuq ayaqları satılır –VİDEO 21:09 İdman Sağlamlıq Mərkəzi bağlandı - Azərbaycanda 20:22  Gəncədəki 3 saylı xəstəxanada baytaryana mənzərə- ŞİKAYƏT VAR 20:19 Obamanın yeni evi - Qiyməti 5 milyondur- FOTOLAR 20:11 “TRT AVAZ” 20 Yanvar faciəsi ilə bağlı silsilə reportajlar yayıb 20:02 Azərbaycanda siqaretin qiyməti qalxdı -İşbazların yeni oyunları 19:09 Ukraynada əsl elm dühası peyda olub -28 yaşlı qızın xərçənglə bağlı ixtirası dünyanı ŞOKA SALDI 19:06 Yeni Ramanada yol kənarında ANTİ-SANİTARİYA -VİDEO 19:00 Azərbaycanlı məşhur vəfat etdi- FOTO 18:45 Poroşenkonun Rusiyadakı fabriki bağlanır 18:30 "ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək" 18:15 Azərbaycanda ilk audiofilm - "Bir gülün, bir günün tarixi" 18:04 Qatar stansiyasında sekslə məşğul olan və hətta videosunu internetə yükləyən o cüt ... 18:00 Şübhəli zəng ailə faciəsiylə nəticələndi 17:57 Ana sevgilisi ilə birləşib 4 yaşlı qızını öldürdü 17:48 Azərbaycanlı hakerlər Ohanyanı sındırdı- Şəhidimiz Çingizə görə (FOTO) 17:17 Dünyanı 12 dəqiqədə məhv edə biləcək “Qara kitab”: Bu gün yeni sahibinə veriləcək 17:08 Prezident İlham Əliyev: “Azərbaycan əlavə neft hasilatını azaltmağa hazırdır” 16:38 Xanım deputatlar saçyolduya çıxdılar– FOTO 16:25 Məşhur aktyor dünyasını dəyişdi 16:12 Məşhur müğənnini yandırıblar - 1 nəfər həbs olundu 16:11 İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib -FOTOLAR 15:55 39 maşın toqquşdu 15:40 Bakıda ər-arvadı maşın vurdu 15:29 Ruhi qaraya büründü...- FOTOLAR 15:15 Millimiz oyuna qara sarğı ilә çıxacaq 15:00 "Tacikistanın güclü komandasına qarşı oynadıq" 14:42 Həftəsonunun HAVAsı 14:27 38 nəfərin həlak olduğu oteldən yalvarış: "Kömək edin, biz soyuqdan ölürük"- VİDEO - FOTO 14:14 "Qafqaz"ın rektoru nazirliyə çağırıldı - 10 gün vaxt verildi 13:58 "25 il ərzində Azərbaycan mühüm siyasi, iqtisadi, sosial nailiyyətlər əldə edib" 13:44 Son dəqiqə: İŞİD Palmiranı MƏHV ETDİ 13:30 Hüquq müdafiəçisi məlumat yaydı: "17 yaşlı gənc polisdə işgəncəyə məruz qalıb" 13:10 “Reina” terrorçusu: Belə bir təklif gəlsə, yenə qətliam törədəcəm 13:00 Nazir müavini: Aİ ilə danışıqlar yaxın vaxtlarda başlayacaq 12:38 Lavrov və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər 12:25 Bakıda gənc qız son anda ölümdən xilas oldu— VİDEO 12:11 Azərbaycan prezidenti Şəhidlər xiyabanını ziyarət edib