Anons

Dünən, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Müsəlman kişi neçə arvad ala bilər?

Tarix:10-10-2017, 12:15 Baxış Sayı:56

Müsəlman kişi neçə arvad ala bilər?

İslamda 4 arvad almağa icazə verilir. İslamaqədərki dövrlərdə poliqamiyaya (çoxarvadlılıq) məhdudiyyət yox idi, istənilən qədər arvad almağa icazə verilirdi.

Həmin zamanlarda bəzən bir kişinin onlarla arvadı olurdu. Buna nisbətdə, islamın 4-dən çox arvad almağa qadağa qoyması, islamaqədərki poliqamiyaya görə, çox ciddi bir qadağa idi. İslamda 4 arvad almağa xüsusi şərtlər altında icazə verilirdi, belə ki, kişi aldığı arvadların hər biri ilə ədalətli olmalı, hər birini hərtərəfli, eyni qaydada təmin etməli idi. Bir sözlə, haqq- ədalət prinsipi pozulmamalı idi.

Çoxarvadlılığın leqallaşmasında əsas məqsəd heç də kişiləri bioloji baxımdan yaxşı təmin etmək deyildi. Əsas məqsəd kimi boşanmış, dul qalmış, tənha qadınların kişilərin himayəsi və müdafiəsi altına alınması götürülürdü.

Müharibələrdən sonra, hətta əmin-amanlıq dövrlərində demoqrafiyada həmişə disbalans olmuşdur. Belə olan halda bir çox qadınların ərə getməsi, ailə qurması çətinləşirdi. Qadınların həddi-büluğa çatarkən bioloji istəyini təmin etmək, ərə getmək, ailə qurmaq, övlad dünyaya gətirmək istəyi təbii idi. Demoqrafiyada disbalansın çox fərqli olduğu hallarda, bir çox qadınların ərə getməsi hədsiz dərəcədə çətinləşəndə, artıq cəmiyyətdə neqativ hallar çoxaldığından (gizli sevgililər, atasız dünyaya gələn uşaqlar və s.) poliqamiyanı məhdud sayda olsa da, leqallaşdırmaq məcburi hal alırdı.

Çoxarvadlı kişi, şəriət qaydalarına görə, hər bir arvadını bərabər surətdə; yeməklə, içməklə, paltarla, mənzillə, mebellə və s. tam təmin etməli idi. “Bərabər surətdə” dedikdə, hər bir qadına lazım olduğu qədər, lazımi şeylərlə təmin etmək nəzər tutulur.

İslamda poliqamiyanın bir çox qadağa şərtləri mövcuddur;

* eyni zamanda bir qadınla və onun bacısı ilə evlənmək;

* eyni zamanda bir qadınla və onun xalası ilə evlənmək;

* eyni zamanda bir qadınla və onun bibisi ilə evlənmək qadağan olunur.

Çoxarvadlılıq ən qədim dövrlərdə belə, insan cəmiyyətlərində mövcud olmuşdur. “İncil”in özündə də çoxarvadlılıq qadağan olunmur, hətta belə nəql edilir ki, çar Süleymanın 700 arvadı, 300 kənizi olmuşdur. Çar Davudun isə saysız-hesabsız arvadı və kənizi vardı.

Müsəlmana isə bir dəfəyə 4-dən çox arvad almağa icazə verilmir və kişi hər bir arvadı ilə vaxtını eyni ölçüdə keçirməlidir. Tək maddi deyil, mənəvi və diqqət baxımından da kişi arvadları arasında ədalətli bölgü aparmalıdır. Əgər arvadlardan hər hansı biri ərindən onunla az vaxt keçirməsini özü xahiş edirsə, bu ədalət prinsipinin pozulması demək deyil.

Jalə Orucova
Oxu.az

XƏBƏR LENTİ