Anons

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

3-10-2017, 18:59 -  Elman Nigaran Sumqayıt ŞPİ-nə çağrılıb

26-09-2017, 12:18 - Vətəndaş Kəmalə Mehdiyeva Prezident İlham Əliyevə Müraciət etdi - ŞİKAYƏT

20-09-2017, 11:05 - Xırdalan şəhər 1 saylı məktəblə bağlı iddialar əsasız çıxdı - Araşdırma

18-09-2017, 14:20 - Daha bir varlı oğlu Lexusu ilə yolu keçən piyadanı vurub, öldürdü - QANLI təfərrüat

16-09-2017, 23:46 - DİQQƏT! Paytaxtda profesional oğru peyda olub - FOTOLAR

10-09-2017, 14:58 - Rövnəq Abdulayevin himayəsində olan Qüdrət Şükürov - Milyonların yeyilməsində Hacıbalanın rolu?

10-09-2017, 01:35 - Mətbuat Şurasında QALMAQAL – İkram Rəhimovla Vüqar Rəhimzadə niyə 'TOQQUŞDU'...?

10-09-2017, 01:30 - İsgəndər Şirəlinin mənimsədiyi milyonları oğlu Xəzər Şirəli belə xərcləyir - FOTOLAR

6-09-2017, 01:39 - "SULTAN" MTK vətəndaşları aldadır

5-09-2017, 17:23 - Zaqatala səhiyyəsinin başına bəla olan Teymur Həsənov vəzifəsində necə qaldı...? - ARAŞDIRMA

4-09-2017, 17:32 - Neolit restoranında müştərilər İzzət Bağırovun cangüdənləri tərəfindən döyülüb... - FOTO/VİDEO

3-09-2017, 12:20 - Ağdaşda 40-dan çox iribuynuzlu mal-qara dərman preparatlarından tələf olub

30-08-2017, 05:44 - GÖYÇAY Avtonəqliyyat ASC-nin müdiri Arif Əliyev barəsində Prezidentə şikayət dolu MÜRACİƏT

28-08-2017, 00:04 - FOTOYA DİQQƏT: Əfsanəni görənlər POLİSƏ XƏBƏR VERSİN - VİDEO

17-08-2017, 03:55 - Qubada qadını döyüb, huşsuz və yaralı halda Bakıya gətirdilər - CİNAYƏT TÖRƏDİLİB AMMA ...

16-08-2017, 13:28 - İmişli DSMF-nin əməkdaşı məndən rüşvət istədi- Babək Hüseynovla AudioMüsahibə

14-08-2017, 02:17 - Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

13-08-2017, 14:55 - Bakıda ağacları kəsib obyekt tikməyə başladılar - VİDEO

Su altında qalan maşınlar qurudulub satılacaq

Tarix:10-10-2017, 15:44 Baxış Sayı:29

Su altında qalan maşınlar qurudulub satılacaq

Bakıda bir neçə gün davam edən aramsız yağışlar şəhər əhalisinin ciddi narahatlığına səbəb oldu. Yağış suları, paytaxtın kanalizasiya sisteminin zəif işlədiyi və ya ümumiyyətlə mövcud olmadığı ərazilərində böyük fəsadlara yol açdı. Nəticədə, həmin ərazidə yerləşən evlər, ticarət obyektləri su altında qaldı, əhaliyə ciddi maddi ziyan dəydi. Su altında qalan obyektlərdən biri də "Bank Standart"a məxsus avtomobil dayanacağı idi. Meydançaya yığılmış onlarla avtomobil də su altında qalaraq, yararsız vəziyyətə düşüb. Sual yaranır: su altında qalan avtomobillərə dəymiş zərəri kim ödəyəcək? Sığorta mütəxəssisləri bildirirlər ki, avtomobillərə dəymiş zərəri ödəmək də olar, ödəməmək də.

Bakunews.Az xəbər verir ki, sığorta mütəxəssisi Nicat Əlibəylinin Sputnik-ə açıqlamasına görə, belə hadisələr zamanı icbari sığorta heç bir rol oynamır. "Çünki icbari sığorta qəzaya uğramış avtomobilə dəyən zərəri ödəmək üçün nəzərdə tutulan sığorta növüdür. Amma kasko sığortası olan maşınlarda vəziyyət fərqlidir. Könüllü olan kasko sığorta zamanı avtomobilə dəyən istənilən zərərə görə sığorta almaq olar" - o bildirib. "Sadəcə kiçik bir nüans var: hər şirkətdə müqavilə şərtləri fərqlidir. Yəni, elə sığorta şirkəti var ki, kasko sığorta müqaviləsində təbii fəlakətləri nəzərə alır, digərləri isə bunu nəzərə almır. Deməli, həmin dayanacaqda olan avtomobillərin təbii fəlakət zamanı dəyən ziyanı ödəyəcək kasko sığortası varsa, həmin maşına dəyən zərər sığorta şirkəti tərəfindən ödəniləcək" - Əlibəyli əlavə edib. Ekspert qeyd edib ki, sürücülər müqavilə bağlayan zaman diqqətli olmalıdırlar: "Avtomobilini kasko sığorta etmək istəyən şəxslər müqaviləyə imza atmazdan öncə mütləq şəkildə şərtləri diqqətlə oxumalıdırlar ki, sonra belə hallar olanda problem yaşamasınlar".

Sığorta eksperti Xəyal Məmmədxanlı isə bildirib ki, su altında qalan maşınlar girovda olan, krediti ödənilməyən maşınlardır: "Həmin maşınlardan hansının kasko sığortası varsa, o zaman zərər nə qədərdirsə, sığorta məbləğindən artıq olmamaq, franşızanı çıxmaq şərti ilə sığorta şirkəti tərəfindən ödəniləcək".

"Yəni, sığorta məbləği avtomobilin sığortalandığı məbləğdir və hər hansı bir hadisə baş verərsə, sığorta şirkəti ən çox o məbləğə qədər pul ödəyir. Ona görə də, bu zaman zərərin dəyəri də önəmli rol oynayır" - həmsöhbətimiz vurğulayıb.

Mütəxəssis ziyan dəymiş maşınların yaxın gələcəkdə, hətta satışa çıxarılacağını da qeyd edib: "Çox güman ki, su altında qalan avtomobillər şirkət tərəfindən "qurudulacaq" və satışa çıxarılacaq".

XƏBƏR LENTİ