Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

"Hər zaman güc orqanları, xüsusilə dövlətin təhlükəsizliyini qoruyan orqan necə adlanmasından asılı olmayaraq dövlətin onurğa sütunu sayılıb"

Tarix:29-10-2015, 19:46 Baxış Sayı:729

"Hər zaman güc orqanları, xüsusilə dövlətin təhlükəsizliyini qoruyan orqan necə adlanmasından asılı olmayaraq dövlətin onurğa sütunu sayılıb"

Hər zaman güc orqanları, xüsusilə dövlətin təhlükəsizliyini qoruyan orqan necə adlanmasından asılı olmayaraq dövlətin onurğa sütunu sayılıb. Dövlətin təhlükəsizliyi nə qədər möhkəm qorunarsa onun vətəndaşı da bir o qədər ölkə daxilində, istərsə ölkə xaricində özünü güvəndə hiss edər. Hakimiyyətə Əliyevlər gələndən bəri dövlət qurumlarının idarəetməsi dövlətin deyil, hökumət maraqlarının müdafiəsinə transfer olunub. Xüsusilə də Milli Təhlükəsizlik Nazirliyi daima daxili siyasi proseslərdə hökumətin iştirakçısı olub, müxalifətə qarşı əməliyyatlar qurublar. Yəni, Dövlət Təhlükəsizlik Xidməti özünün peşəkar sahəsindən daha çox daxili siyasi proseslərdə hakimiyyətin təzyiq vasitəsi kimi fəaliyyət göstərib. Adı çəkilən qurumda son baş verən olaylar bunu bir daha təsdiq edir.Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən alınması istər Azərbaycanda, istər də ölkədən kənarda ciddi müzakirələrə yol açdı. Təsadüfi deyil ki, bu mövzu Türkiyə və Rusiya mediası ilə yanaşı, Avropanın nüfuzlu mətbuat orqanlarında da geniş işıqlandırıldı. Xüsusən də nazirin işdən çıxarılmasına paralel olaraq Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat keçirilməsi və bir sıra yüksək rütbəli məmurların həbs olunması daha çox diqqət mərkəzində oldu və müxtəlif versiyalara yol açdı.Versiyalar arasında Prezident ailəsinin telfon danışıqları, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə quda olan Eldar Mahmudov, guya, bu qohumluqdan istifadə edərək bankın külli miqdarda pulunu talan etməsi, Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının ayrı-ayrı iş adamlarını şantaj edərək, onlardan külli miqdarda pul alması, Qərbmeylli və Rusiyapərəst qruplar arasındakı çəkişmələr və S.
İlk baxışda bu ehtimalların hər birinin müəyyən qədər həqiqət payı olsa da, hadisədə kiçik detallar hesab edilsə də əsas səbəb kimi götürülməsi mümkün deyildir. Əgər,Cahangir Hacıyevin həbs oldusa, E.Mahmudov Beynəlxalq Bank qalmaqalına görə istefaya göndərilmişdisə, o halda onlarla yüksək rütubəli MTN əməkdaşlarının bu işə nə kimi aidiyyatı ola bilərdi?! Və yaxud da Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının ayrı-ayrı iş adamlarını şantaj edərək, onlardan külli miqdarda pul almasından İlham Əliyevin xəbər tutmasına baxaq. Sözsüz ki, MTN-nin istər hazırda barələrində həbs qərarı çıxarılan 14 əməkdaşının, istər də hələ də bu qurumda çalışan çoxsaylı məmurların öz vəzifə səlahiyyətlərini aşaraq, bir sıra cinayətlərə yol verdiyi kimsəyə sirr deyil. Amma onu da nəzərə almaq lazımdır ki, həmin şəxslərin sahibkarları şantaj edərək onlardan pul alması faktı yeni deyil. Bu proses illərdir davam edir və cəmiyyətdə olduğu kimi, hakimiyyətdə də çoxlu sayda insanın baş verənlərdən xəbəri olduğu şübhə doğurmur.Ancaq bu da danılmazıdır ki, əgər həqiqətən də İlham Əliyev MTN əməkdaşlarının sahibkarlara “divan tutması”ndan xəbərdar olan kimi bu qurumda təmizləmə aparıbsa, deməli, illər öncə də eyni addımı ata bilərdi. Nəzər almaq lazımdır ki, Azərbaycanda istər MTN, istər də digər qurumlar və nüfuzlu məmurlar tərəfindən bu və ya digər iş adamının müxtəlif yollarla müflis edilməsi faktı heç də indi ortaya çıxmayıb. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, MTN-dəki “təmizləmə əməliyyatı”nın səbəbi heç də bu qurumun hansısa əməkdaşının sahibkarları şantaj etməklə, onlardan pul qoparması faktı ilə bağlı deyil. Hesab edirik ki,Eldar Mahmudov saraydaxili çəkişmələrin qurbanı olub. Burada söhbət Qərbmeylli və Rusiyapərəst qruplar arasındakı çəkişmələrdən gedir.
Bu versiya haqda hər hansı fikir söyləməzdən öncə qeyd edək ki, Azərbaycan hakimiyyətində Rusiyapərəst və Qərbmeyilli kadrların mövcudluğu kimsəyə sirr deyil. O cümlədən bu qruplar arasında nüfuz savaşının getdiyi haqda xəbərlər də yeni deyil. Hələ mərhum prezident Heydər Əliyevin hakimiyyəti dönəmində mətbuat bu qruplaşmaların varlığından yazırdı. Lakin H.Əliyev istər daxildəki qruplar arasında, istər də Rusiya və Qərb arasında balansı qorumağı bacarırdı. Sonralar – İlham Əliyev iqtidar başına keçdikdə hakimiyyətdaxili qruplaşmalar arasındakı tarazlıq pozuldu və ruspərəstlər üstünlük qazanmağa başladı. Bunun nəticəsində isə tədricən rəsmi Bakının Rusiya və Qərb arasındakı balans siyasəti də gündəmdən çıxdı. Təsadüfi deyil ki, əksər siyasətçilər və politoloqlar son illər Azərbaycan hakimiyyətinin Rusiyanın təsiri altında olduğunu iddia edir. Buna misal olaraq əksər kadrların Rusiyameylli olması, hətta Milli Məclisin belə ruspərəstlərdən ibarət formalaşması göstərilir. Son Parlament seçkilərində Rusiyanın adamı olan daha iki nəfər-Zərdüş Əlizadə və Tahir Kərimliyə də mandat verilid. MTN rəhbəri Eldar Mahmudovun də Qərbmeyilli kadr olduğu haqda informasiyaları nəzərə alsaq, onun “vurulması”nda saraydaxili çəkişmələrin, konkret desək Rusiya faktorunun varlığı açıq-aşkar özünü göstərir.
Yeri gəlmişkən, 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın İlham Əliyevə dəstəyinin qarşılığında Putinin ölkə başçısından Qərbmeylli kadr olan müdafiə naziri Səfər Əbiyevin istefaya göndərilməsini istəməsi haqda informasiyaların olduğunu da nəzərə alsaq, E.Mahmudovun “vurulma” səbəbinə qismən də olsa aydınlıq tapmış olarıq...

Orxan Kəngərli

XƏBƏR LENTİ