Anons

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

10-10-2017, 12:30 - Ramiz Zeynalovun Yevlax “MERO”sundakı rəis qohumunun ilginc korrupsiyası - VİDEO

6-10-2017, 20:26 - Əxlaqsızlıq yuvasında 'ƏDALƏT' höküm sürür - Hakim qərarı ilə 50 nəfəri çörəyindən etdi...

5-10-2017, 17:30 - İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5-10-2017, 17:23 - Məcburi köçkünlər Şəkinin icra başçısından prezidentə şikayət etdilər-

3-10-2017, 20:48 - 'Hacı' titullu iş adamı... Zakir Fərəcov kimi 'moşennik'lərin cavabını tək verməyə hazıram - İTTİHAM

3-10-2017, 20:05 - Ağcabədi “MERO”-da Babək Mərdanovla Xaqani Həsənov bazarı

3-10-2017, 19:34 - Göyçayda icra başçısı ilə bələdiyyə sədri vətəndaşın torpağını əlindən aldı- ŞOK İDDİA

Bakının mərkəzində parklanma özbaşınalığı – FOTO

Tarix:11-01-2018, 15:52 Baxış Sayı:34

Bakının mərkəzində parklanma özbaşınalığı – FOTO

Bakının mərkəzində, Füzuli küçəsində ictimai nəqliyyat üçün xüsusi zolağı ödənişli avtomobil dayanacağına çeviriblər.

Xüsusi zolaqda təşkil edilən dayanaqdakı duran avtomobillər avtobusların hərəkətinə mane olaraq, tıxaca səbəb olurlar.

Qeyd edək ki, Füzuli küçəsində avtobusların hərəkəti üçün ayrılan zolaqda təşkil edilən ödənişli dayanacağın yaxınlığında, yəni Qış parkı adlanan ərazidə iri tutumlu avtomobil dayanacağı mövcuddur.

Bakının mərkəzində parklanma özbaşınalığı – FOTO


Yol nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov paytaxtın mərkəzində ictimai nəqliyyat üçün xüsusi zolağın ödənişli avtomobil dayanacağına çerilməsini Bakı şəhərində yol hərəkəti sahəsində biabırçılıq adlandırıb.

“Ödənişli dayanacaq nişanını ora kim qoyubsa, özbaşına qoyub. Qanun çərçivəsində belə yer şeyə heç bir halda yol verilə bilməz. Ümumi nəqliyyat vasitəsi üçün ayrılmış xüsusi hərəkət zolağına, yəni avtobus zolağına ödənişli duracaq nişanı qoyduğu üçün həmin qurumun rəhbəri inzibati xətalar məcəlləsinin 350.2 maddəsinə (Müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, işıqforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) uyğun olaraq fiziki şəxs 30 manatdan 50 manata qədər cərimə olunmalıdır, onu edən konkret vəzifəli şəxs isə 150 manatdan 200 manata qədər cərimələnməlidir”.

Ekspertin sözlərinə görə, yüksək ehtimalla, həmin ödənişli dayanacağı Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi qoyub:

“O nişan dərhal həmin ərazidən götürülməlidir. Həmin ödənişli dayanacaq ləğv olunmalıdır. Bu, özbaşınalıqdır”.

Ə. Hüseynovun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı olmadan Azərbaycanda heç yerə yol nişanı qoyula bilməz:

“Həmin komissiya keçən il qərar qəbul edib ki, Füzuli küçəsində avtobuslar üçün xüsusi zolaq ayrılsın, o zolaq da ayrılıb. İndi o qərardan sonra komissiya orada elə bir nişan qəbul edə bilər?”/oxu.az/

XƏBƏR LENTİ