Anons

19-02-2018, 16:02 - Səlim Müslümovun intihara sürükləyən ‘‘VEMTAS’’ sistemi - Ağsu rayon sakinlərinin çıxılmaz sosial durumu

17-02-2018, 23:34 - DTX-dan əməliyyat: "Rəis" tutuldu

5-02-2018, 08:42 - ''Azərbaycan Avtomobil Yolları'' Dövlət Agentliyi Babək prospektində Ziya Məmmədovun ənənəsini davam edir...VİDEO/FOTO

31-01-2018, 00:31 - Qəssab köməkçisi necə restoranlar sahibi oldu?

29-01-2018, 15:41 - Qarabağda ermənilər bir-birini güllələyir

29-01-2018, 15:03 - Fəxrəddin Zeynalovun fəaliyyətindən Prezident İlham Əliyevə - Şikayət

22-01-2018, 11:09 - MTN-Milli Məclisdəki daha bir "yadigarı" - Ağalar Vəliyev...

10-01-2018, 15:47 - Yaşıllaşma adı altında tikilən villalar – HACIBALA ABUTALIBOV KİMİ ALDADIR?

9-01-2018, 10:52 - Musiqi məktəblərində maaşlar 70% kəsilib - Müəllimlər səsin çıxarmasın... ÖDƏYƏCƏYİK! AUDİOYAZI

26-12-2017, 09:57 - Rəhim Qazıyev saxlanılıb

22-12-2017, 10:02 - Sözün bitdiyi Neftçala təhsil ocağı – 1 saylı məktəbin direktoru Ülviyyə Abdulayeva susur...

19-12-2017, 22:42 - Füzuli rayonunda Dövlət Proqramının sənədləri saxtalaşdırılıb - Prezidentin qərarını dəyişmək cəhdi ifşa edildi

1-12-2017, 08:52 - Heydər Əliyev adına liseyin müəlliməsi Prezidentə və Vitse-prezidentə - Açıq Məktub

17-11-2017, 13:57 - Heydərovların maliyyəsi ilə dəyişən zehniyyət - Aynur Camalqızı

15-11-2017, 14:48 - Saytların girişinə məhdudiyyətlər qoyulur - Vasif Paşayev

14-11-2017, 14:18 - AYNUR CAMALQIZI – BİZNESMEN XANIMI, FÖVQƏLNAZİRİN SEVİMLİSİ VƏ...

10-11-2017, 12:49 - Təhsil idarə müdirəsi muhasibi işdən azad etdi! - Yerinə oğlunun müdirinin xanımını götürdü İDDİA

10-11-2017, 09:58 - Gömrük sisteminin daha bir müəmmalı fiquru…– 38 YAŞINDA DİPLOM ALAN GENERAL

5-11-2017, 19:22 - Gürcüstan Gömrük Keçid Məntəqələrində rüşvət mexanizmi işə salındı? - ŞOK İDDİALAR

1-11-2017, 12:59 - “Az-Granata” MMC-nin konyakı daha iki vətəndaşı zəhərlədi

30-10-2017, 01:04 - Masallıda iş adamı Fəxrəddin Baxışov Azərsu ASC tərəfindən 60 min cərimələndi – Mənimsəmə faktları aşkarlanıb

30-10-2017, 00:18 - Vətəndaş Nəsirov İsmayıl Ədliyyə naziri Fikrət Məmmədova media vasitəsi ilə ŞİKAYƏT ETDİ

27-10-2017, 14:07 - Bakıda məktəb direktorunun əxlaqsız təklifi müəlliməni işsiz qoydu… – VİDEO – FOTO

26-10-2017, 09:16 - Ermənistanın blokadasına Gürcüstan da qoşulur - düşmən şokda

23-10-2017, 09:11 - Azərbaycana qarşı Gürcüstan sərhədində edilən hörmətsizlik - Qanun tanımayan qonşu GÖMRÜK keçid əməkdaşları

17-10-2017, 11:22 - İcra başçısı “fövqəlnazir”lə “Mətanət A” şirkəti arasında qalıb

16-10-2017, 09:33 - Qusarda şok olay - Polislər meşə gözətçisini xəstəxanalıq edib+FOTO

11-10-2017, 18:41 - Erməni əsgərin əlində qumbara partlayıb

Şəhid ailəsinə Qaradağ İcra Hakimiyyətindən sərt cavab

Tarix:15-01-2018, 21:49 Baxış Sayı:68

Şəhid ailəsinə Qaradağ İcra Hakimiyyətindən sərt cavab

Qaradağda şəhid ruhuna sayğısızlıq, yoxsa…

Zöhrə Məhəmmədova: “Mənzil problemimin həlli ilə bağlı Süleyman Mikayılova müraciət etdikdə o, “sənin həyat yoldaşın şəhid olub, mən sənə mənzil verməyə borcluyam” deyə cavabını eşidirəm”

Son illər ölkəmizdə imtiyazlı şəxslər və onların ailə üzvləri ilə bağlı müəyyən təminatların ödənilməsi yöndə əmələ gələn problemlər, daha çox söz-söhbətə səbəb olmaqdadır. Bütün bunların da kökündə, məhz həmin şəxslərin təminolunmalarını həyata keçirməyə borclu olan vəzifə sahiblərinin imtiyazlı şəxslərə və onların ailə üzvlərinə açıq-aydın şəkildə gözucu baxmaları, onlara qarşı aşağılayıcı yanaşmalarını ortaya qoymalarının varlığı durur. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev əksər çıxışlarında belə bir məsələlərə daim toxunur və onların həlli istiqamətində cavabdehlik daşıyan hər bir vəzifə sahibinə müvafiq tapşırıqlarını da verir. Təəssüf hissi ilə qeyd edək ki, bu yöndə ölkə rəhbəri tərəfindən verilmiş tapşırıqlara lazımınca əməl olunmur, necə deyərlər vəzifə sahiblərinin əksəriyyəti yenə də ölkə rəhbərinin vermis olduğu tapşırıqlara sayğısızlıq göstərməkdə davam edirlər. Bu sırada Bakı şəhəri, Qaradağ RİH Aparatının adı daha öncüllər sırasında çəkilir ki, bu heç də yaxşı əlamət deyil. Çünki bu günə kimi Qaradağ rayonu ərazisində yaşayan neçə-neçə imtiyazlı şəxslər tərəfindən, məhz onlara ödənilməli olan təmin olunmalarının yerinə yetirilməməsi ilə bağlı RİA 24.az saytına silsilə şikayət ərizələri daxil olub. Bu günlərdə isə, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Ə.F.Məhəmmədov küçəsi ev-1, mən-36 ünvanda yaşayan və şəhid ailəsi Məhəmmədova Zöhrə Seyidəhməd qızı tərəfindən başqa bir şikayət ərizəsi daxil olub. Şikayətçi xanım redaksiyamıza ünvanladığı ərizəsində yazır ki, “DQ müharibəsi başlayan zaman həyat yoldaşım Məhəmmədov Əlimirzə Fitəli oğlu da, vətənini sevən digər oğullar kimi dogma torpaqlarımızın müdafiəsinə qalxdı. Çox keçmədi ki, o, 1993-cü ildə mənfur erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatları zamanı şəhid oldu. Həmin vaxtlarda himayəmdə iki azyaşlı övladım olsa da, həyatın bütün çətinliklərinə sinə gəldim. Ac da, susuz da qalsaq belə hər iki övladımı birtəhər böyütdüm, hər ikisinə lazımınca təhsil verə bildim. Bu gün yaşadığımız küçə mərhum həyat yoldaşım Əlimirzə Məhəmmədovun adını daşıyır.

Onu da vurğulayım ki, şəhid ailə üzvləri ilə bağlı müəyyən təmin olunmaların yerinə yetirilməsi, istər ulu öndər Heydər Əliyevin hakimiyyət illərində, istərsə də cənab İlham Əliyevin prezident olduğu illər ərzində daim diqqət mərkəzində saxlanılıb. Belə bir səbəblər üzündən də, ötən müddət ərzində şəhid ailə üzvlərinin sosial problemlərinin həlli məqsədilə bir neçə dəfə mükəmməl Qanunlar qəbul edilmiş və icra olunması aidiyyəti qurumlara da həvalə olunmuşdur. Məsələn, bu sırada şəhid ailə üzvlərinə mənzillərin verilməsi, onların övladlarının təhsil xərclərindən azad olunmaları və s. kimi addımların atılması, bir növ onların sabaha olan ümidlərinin heçə enməməsi yolunda atılan addımlardır. Biz şəhid ailəsi olsaq da, bu gün də qeyd olunan təmin olunmalardan yararlana bilmirik. Ona görə ki, 2001-ci ildən Qaradağ rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülsək də, hər dəfə bizə “mənzil yoxdur” deyə cavab verilib. Mənzillə bağlı müraciətimə səbəb isə, övladlarımın böyüməsidir. Bu gün bir mənzildə iki oğlum, iki gəlinim və iki nəvəmlə birlikdə yaşayırıq. Evimiz olduqca darısqal olduğundan, birlikdə yaşayışımız çoxsaylı problemlərin əmələ gəlməsinə də səbəb olur. Mən bu gün Qaradağ RİH-dən artıq nəsə istəmirəm, yalnız şəhid ailə üzvlərinə verilən təmin olunmaların bizim ailəyə də şamil olunmasını tələb edirəm. Çünki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd olunur ki, Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlar zamanı itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş şəxslər hesab olunurlar. Əgər həyat yoldaşım Vətən torpaqlarımızın müdafiəsi yolunda şəhid olmasaydı, yəqin ki, o halda mən nə Qaradağ RİH-nə müraciət edərdim, nə də də ki, belə bir problemlə üz-üzə qalardım.

Faciəli hal odur ki, Qaradağ RİH-dən problemimin həllinə nail ola bilmədiyimdən, bu məsələ ilə bağlı digər qurumlara şikayətlərimi ünvanlasam da, həmin qurumlardan problemin həlli ilə bağlı ünvanladığım ərizələrim təkrar icra hakimiyyətinə göndərilir. Süleyman Mikayılovun rəhbərlik etdiyi qurumdan da hər dəfə “EV YOXDUR” cavabını eşitməli oluram. Bu cür cavablardan sonra məcburiyyət qarşısında qalaraq ölkə rəhbəri cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya və digər vəzifə sahibi olan şəxslərə müraciətlərimi ünvanlamalı oluram. Yəqin ki, Qaradağ rayonu ərazisində belə bir problemlə üz-üzə qalan təkcə bizim ailə üzvlərimiz deyil. Bütün bunlar onu göstərir ki, adı çəkilən rayonda şəhid ailələrinə və digər imtiyazlı şəxslərə qarşı olduqca sayğısızlıq, olduqca biganəlik hökm sürməkdədir. Adicə bir məqamı da vurğulayım ki, mənzil problemimin həlli ilə bağlı Qaradağ RİH-nin başçısı Süleyman Mikayılova müraciət etdikdə o, “sənin həyat yoldaşın şəhid olub, mən sənə mənzil verməyə borcluyam” deyə cavab verir. İndi bir anlığa fikir verin ki, əgər ölkə rəhbərinin sərəncamı ilə Qaradağa rəhbər təyin olunan bu şəxs belə cavab verirsə, o halda onun tabeçiliyində çalışanlar hansı cavabı verəcəklər. Hələ bunlar harasıdır, ilin əziz günlərində rayon ərazisində imtiyazlı şəxslərə icra hakimiyyəti və digər qurumlar tərəfindən verilən ərzaq məhsullarının çoxu, hətta müddəti ötmüş ərzaq məhsulları olurlar. Adicə bu cür addımın atılması onu sübut etmirmi ki, Qaradağda imtiyazlı şəxslərə qarşı aşağılayıcı yanaşma bu gün də davam etməkdədir”. Biz də bir mətbu qurum olaraq bu cür yanaşmanın varlığını heç cür qəbul etmədiyimizi bildirməklə bərabər, qeyd olunan ərzaq məhsulları ilə bağlı hər kəsin diqqətli olmasını tövsiyyə edərdik. Çünki hər bir vəzifə sahibi, sıravi olan hər kəs açıq-aydın şəkildə dərk etməlidir ki, bugünkü rahatlığımız axıdılan şəhid qanları hesabına təmin olunub.

Mövzunu diqqətdə saxlayacağıq./ria24.az/

Şəhid ailəsinə Qaradağ İcra Hakimiyyətindən sərt cavab
Şəhid ailəsinə Qaradağ İcra Hakimiyyətindən sərt cavab
Şəhid ailəsinə Qaradağ İcra Hakimiyyətindən sərt cavab

XƏBƏR LENTİ