Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

BSU-dan qovulan əcnəbi tələbə - “Rəhbərlik niyə buna göz yumub? ”

Tarix:24-02-2018, 16:06 Baxış Sayı:204

BSU-dan qovulan əcnəbi tələbə - “Rəhbərlik niyə buna göz yumub? ”

Bakı Slavyan Universiteti ətrafında növbəti qalmaqal yaşanır. Bu dəfə bir neçə əcnəbi tələbənin universitetdən xaric olunması yeni mübahisələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, universitetin Magistratura şöbəsinin II kurs magistrantı İsmayılova Aysel Xanbaba qızı tərəfindən Femida.az-a müraciət daxil olub.

Rusiya Federasiyasının vətəndaşı olan Aysel İsmayılova 2012-ci ildə Bakı Slavyan Universitetinə imtahan yolu ilə qəbul olunduğunu və 2016-cı ildə oranı bitirdiyini bildirib. Universitetin seçilən tələbələrindən olduğunu bildirən A. İsmayılova bu gün qarşılaşdığı problemdən təəssüfləndiyini bildirib:

" 2016-cı ildə universiteti bitidikdən sonra magistr pilləsində təhsil almaq üçün hazırlaşmağa başladım. Elə həmin ilin yayında universitetdən mənə zəng gəldi ki, Slavyan Universitetinin magistr pilləsinə qəbul ola bilərəm. Mən xarici ölkə vətəndaşı olduğum üçün qəbul yalnız müsabiqə mərhələsini keçdikdən universitetə qəbul olundum. Yayda universitetə getdim. Universitetin yeni rektoru Nurlana Əliyeva və digər müəllimlərin iştirakı ilə mənim magistr şöbəsinə qəbul olunmaq üçün verdiyim sənədlərə baxıldı. Ümumi müsabiqədən sonra məni ödənişli olan şöbəyə qəbul etdilər. İllik təhsil haqqım 1200 manat olan məbləği ödədikdən sonra təhsilimə başladım.”

Tələbənin bildirdiyinə görə, 1 il universitetdə normal təhsil alıb və bütün imtahanları uğurla verib. Yalnız bu ilin fevralında tələbəyə deyilib ki, əcnəbi vətəndaşların Azərbaycanda təhsil alma qaydaları dəyişdirilib. Tələbənin bildirdiyinə görə, həmin qayda hələ Nazirlər Kabinetinin 2015-ci ilin 1 may 125 nömrəli Qərarı ilə müəyyən edilsə də, rəhbərlik onları universitetə qəbul edib.

"Mən ölkənin heç bir qanunlarına zidd gedə bilmərəm. Buna heç hüququm da yoxdur. Mən başa düşürəm ki, bu ölkədə yaşayan şəxslər yerli qanunlara tabe olmalı və əməl etməlidir. Amma bir sualım var. Belə bir qayda var idisə, niyə məni 2016-ci ildə müsabiqədən sonra Universitetə qəbul ediblər? Üstəlik 1 il oxuduqdan sonra, bütün imtahanları verib, bitirdikdən sonra universitetdən xaric olunacağımı bildiriblər. Bu vaxta qədər rəhbərlik niyə buna göz yumubmuş?”

Aysel İsmayılovanın sözlərinə görə, onların problemi olması barədə universitet rəhbərliyi qabaqcadan məlumatlı olub. Hətta bir müddət öncə bu məsələ ilə bağlı Əcnəbi tələbələrlə İş üzrə dekan Lamiyə Quliyeva işdən azad olunub. Amma onun işdən hansı səbəbə azad olunması barədə tələbələrə heç bir məlumat verilməyib.

"Hətta ondan sonra biz ikinci il üçün təhsil haqqının bir qismini də ödəmişik. Əgər belə bir problem olubsa, niyə universitet rəhbərliyi bizdən ikinci ilin təhsil haqqını alırdı? İndi bütün məsuliyyəti boyunlarından atırlar.”

Aysel İsmayılovanın bildirdiyinə görə, o Bakı Slavyan Universitetində qeyd olunan problemlə rastlaşan ilk tələbə deyil. Bundan əlavə daha 2 əcnəbi tələbələrin də eyni problemi var.

" Rusiya vətəndaşı olan Kamran adlı tələbə və mənim qrup yoldaşım, Özbəkistan vətəndaşı Janna Linin də eyni problemi var. Onlara da təhsil haqqı ödənildikdən sonra universitetdən xaric olunduqları bildirilir.”

Aysel İsmayılovanın əsas tələbi ya universitetdə təhsilini davam etdirməsi, ya da ödədiyi məbləğin tam geri qaytarılmasının təmin edilməsidir.

Sayt məsələ ilə bağlı Bakı Slavyan Universitetinin mətbuat xidmətinin rəhbəri İbrahim Quliyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, qeyd olunan məsələdə universitetin heç bir günahı yoxdur.

"Əcnəbi vətəndaşların Azərbaycan Respublikası ərazisində təhsil alma qaydaları var. Bu qaydalar Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərə aid edilmir. Bizim tələbəmiz Aysel İsmayılova Rusiya vətəndaşı olsa da, Azərbaycanda 5 illik yaşamaq hüququ alıb. Bu səbəbdən də qeyd olunan qaydalar ona şamil edilmir.”

Bəs tələbənin universitetə qəbul edilməsi zamanı onun sənədlərinə baxılmayıbmı sualına mətbuat xidmətinin rəhbəri belə cavab verib:

" Bu işi Təhsil Nazirliyi edib. Onlar tələbəni bizə göndərərkən sənədlərə baxmalı idilər. Buna görə də problem Təhsil Nazirliyi ilə tələbənin arasında həll olunmalıdır.”

İbrahim Quliyev həmçinin qeyd edib ki, digər iki tələbənin problemi artıq həll olunmaq üzrədir.

XƏBƏR LENTİ