Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Bu gecə mübarək Nimeyi-Şaban daxil olur- gecənin fəzilət və əməlləri

Tarix:2-06-2015, 16:07 Baxış Sayı:2 775

Bu gecə mübarək Nimeyi-Şaban daxil olur- gecənin fəzilət və əməlləri


Bu gecə may ayının 2-si şam azanından sonra (günəş batdıqdan sonra) Qəməri təqvimi ilə Şaban ayının 15-i - Mübarək Nimeyi-Şəban bayramı daxil olur

Nakunews.az
Ahlibeyt.az -a istinadən xəbər verir ki, bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şaban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır.

Bu gecə Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Hədislərdə deyilir ki, Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib.Bu gecə dindən çıxmışlardan,böhtançılardan, şərab içənlərdən, aqvalideynlərdən (valideynə ağ olanlardan), zinakarlardan, təkkəbbürlülər və fitnəkarlardan başqa hamının bütün günahları bağışlanar. Bu gecə dualar qəbul olar.

Bu gecə barəsində Peyğəmbər(s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...»

İmam Baqirdən(ə) bu gecənin fəziləti haqqında soruşulduqda o Həzrət(ə) belə buyurub: "Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl(və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşma üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki,öz dərgahından əli boş qaytarmayacaqdır".

Tövsiyyə olunur ki,bu gecə gecə insan qüsl edə, əhya saxlaya(gecəni səhərədək oyaq qala), ilahi övliyaları ziyarət edə. Bu gecəyə digər özəllik verən də dövrümüzün imamı Həzrət Mehdinin(ə.f) mövlududur. Miladi 878-ci ildə hazırkı Samirə(İraq) şəhərində dünyanın xilaskarı anadan olmuşdu. Bu gecənin əməlləri savabla yanaşı insana həyat fəlsəfəsini aşılayır. Bu gecə əhya saxlayan şəxs yaxşıdır ki, İmam Hüseyni(ə) sonra iə İmam Mehdini(ə) uzaqdan ziyarət etsin, salamlasın.İnsan həyatı boyu gərək ayıq yaşasın, özünün və cəmiyyətin islahı, rifahı üçün çalışsın ki, İmam Mehdinin(ə.f) zühüru yaxınlaşsın və dünyada sülh, əmin-amanlıq bərqərar olsun. Nə qədər ki, insanlar özlərini düşünür, dünyada ədalət hakim ola bilməz. İnsan dua edərkən, ilk öncə başqalarının rifahını istəməlidir, başqalarını özündən daha çox düşünməlidir.

Şəban ayının on beşinci gecəsinin bir neçə əməlləri vardır. Biz onların bəzisini sizin nəzərinizə çatdırırıq:

1. Qüsl etmək. Bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar.

2. Bu gecəni namaz qılmaqla, dua və istiğfar etməklə əhya saxlamaq.

3.Kumeyl duasını oxumaq

4. İmam Hüseyn (ə)-ın ziyarəti:

Bu gecənin əməllərinin içində ən fəzilətli əməl, İmam Hüseynin(ə) ziyarətidir. Bu əməl günahların bağışlanmasına səbəb olar.

O Həzrəti(ə) ziyarət etmək üçün açıq havada hündür bir yerə qalxıb, sağ və sol tərəfə baxdıqdan sonra, başı göyə tərəf tutub bu kəlmələrlə o Həzrəti(ə) ziyarət etmək lazımdır:

«Əssəlamu ələykə yə Əba Əbdillah. Əssəlamu ələykə və rəhmətullahi və bərəkatuh».

Harada olmağından asılı olmayaraq, hər kim bu qayda ilə Hz.İmam Hüseyni(ə) ziyarət etsə, onun üçün Həcc və ümrənin savabı yazılar.

6. Bu zikrləri ardıcıl olaraq demək: "Subhanəllah", "Əlhəmdulillah", "Allahu Əkbər", "La İlahə İlləllah" (hər biri 100 dəfə)

Bu gecənin digər xüsusi əməllərini yerinə yetirmək istəyənlər Məfaatihul-Cinan kitabına müraciət edə bilərlər

Qarşıdan gələn bayramınız mübarək

XƏBƏR LENTİ