Anons

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Bağırov Davud Dubaydan oğurlayaraq Türkiyə üzərindən Azərbaycana gətirdiyi ABŞ vətəndaşı azyaşlı Ceyla haqda...

Tarix:6-12-2018, 12:03 Baxış Sayı:139

Bağırov Davud Dubaydan oğurlayaraq Türkiyə üzərindən Azərbaycana gətirdiyi ABŞ vətəndaşı azyaşlı Ceyla haqda...

“Millətinsəsi.info” saytına adı Amerika Birləşmiş Ştatlarının vətəndaşı azyaşlı Ceylanın Qazaxıstan vətəndaşı Zarina Jeksenbayeva vasitəsilə Dubaydan oğurlamış olaraq Azərbaycan ərazisinə gətirmiş olması ilə hallanan Bağırov Davud tərəfindən mövqeyinin dərc edilməsinə görə müraciəti daxil olmuşdur. Həmin müraciəti olduğu kimi (yazdığı qrammatik səhvlərlə) təqdim edirik:
Bağırov Davud Dubaydan oğurlayaraq Türkiyə üzərindən Azərbaycana gətirdiyi ABŞ vətəndaşı azyaşlı Ceyla haqda...

Millətin səsi informasiya saytına
Artıq haqqımda yazılan yalan, qeyri-dəqiq məlumatlarla bağlı saytınızda bir neçə dəfə yazılan informasiyalarla bağlı sizə müraciət ünvanlayıram.

Bildirirəm ki, keçmiş həyat yoldaşım, Qırğızıstan Respublikasının vətəndaşı Merim Beishekeyeva ilə müəyyən problemlərin yaranması, onun uşağımıza qarşı etinasızlığı səbəbindən münasibətlərimiz tamam pisləşdi və 2015-ci ildə ayrıldım. Birgə nikahımızdan 2012-ci ildə Nyu York şəhərində Ceyla Bağırova adlı bir qızımız dünyaya gəlib.

Uşaq anası ilə yaşadığı müddətdə baxımsız vəziyyətdə qalmış, hətta uşağın anasının Dubayda otellərin birində əcnəbi bir kişi ilə birgə olduğu müəyyən edilmiş. (A. Əfəndizadənin videosunda həmin məqam bəzədilmiş şəkildə qeyd edilmişdir.) Bu günə kimi susmuş, qızımın gələcək həyatına zədə gətirməməyi düşünmüş bir ata kimi nəhayət onu da qeyd etmək istərtərdim ki, əcnəbi kişi ilə münasibətlərini təsdiq edən səs yazısı və polis tərəfindən həmin məsələnin araşdırılmasını təsdiq edən sənəd də mövcuddur (uşaq isə yad bir qadının yanında saxlanılmışdır), həmçinin müxtəlif insanlardan küllü miqdarda pul mənimsləməklə dəfələrlə polislər tərəfindən yaxalanmış, insan alverində iştirak etmiş və hal hazırda isə Dubayda bununla bağlı məhkəmələr gedir və üzləşmələr olur.
Bütün bu səbəblərdən ötəri bir ata olaraq məcburiyyət qarşısında qalaraq uşağımı özümlə birgə götürüb Azərbaycana gətirdim. Öz uşağımı Azərbaycana gətirmək, mənimlə birgə yaşaması necə uşaq oğurluğu sayıla bilər? Və diqqətinizə çattırmaq istərdim ki, Dubayda gedən uşağımın oğurlanması ilə bağlı məhkəmə prosesi bitib və iş artıq mənin və düzlüyüb xeyrinə bağlanıb.

Bildirirəm ki, boşanma işimizə Dubay məhkəməsində baxılması ləngidiyindən, mən Bakı şəhər Səbail Rayon Məhkəməsinə nikahımızın pozulması və uşağımızın mənim himayəmdə saxlanması haqda iddia ərizəsi verdim. Məhkəmənin 28.04.2016-cı il tarixli qətnaməsi ilə nikahımız pozuldu və uşaq mənim himayəmdə saxlanıldı. Övladımın mənim və nənəsi ilə qaldığı müddət ərzində anası qətiyyən onunla maraqlanmamış, özü üçün yaşamışdır. Bir iki il öncə Merim Beishekeyeva Azərbaycana gəlir və Abdulla Əfəndizadə adlı nümayəndə tutaraq, mənə qarşı Səbail Rayon Məhkəməsinə “uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə dair” iddia ərizəsi verir.
Bununla yanaşı, Merim Beishekeyeva və nümayəndəsi Abdulla Əfəndizadə şantaj, hədə-qorxu dolu və həqiqətə uyğun olmayan böhtan yazıları müxtəlif instansiyalara göndərməklə açıq-aşkar qanunsuz hərəkətlərə yol verib və hazırda bu hərəkətlərini davam etdirir. Abdulla Əfəndizadə hüquq müdafiəçisi kimi yox, daha çox “hərbə-zorba, hədə, təhdid yolları” ilə Merim Beişikeyevanın hüquqlarının müdafiəsinə qalxmışdır.

O həmçinin anam, dövlət qurumunda işləyən bacım və mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar yazaraq müxtəlif xəbər saytarında mütəmadi olaraq dərc etdirir. O, yalan və böhtan xarakterli məlumatları, mənim və azyaşlı övladımın pasport və şəkillərini əməkdaşlıq etdiyi media saytları vasitəsilə yayır, işə baxan dövlət məmurlarının adını hallandırmaqla onlara qarşı təzyiq vasitəsi kimi istifadə edir, dövlət məmurlarını bu məsələdə obyektiv mövqe nümayiş etmədiklərinə görə rüşvət almaqda günahlandırır, dövlət qurumunda çalışan bacımın adını hallandırmaqla məsələni daha da şişirtməyə və müxətlif siyasi don geyindirməyə uzun müddətdir çalışır.

Bu çirkin əməlləri ilə yanaşı Abdualla Əfəndizadə tanımadığım insanlar vasitəsilə ailəmi izlətdirir, onların evdən çıxma və qayıtma vaxtlarına nəzarət edir. Qarşı tərəf mənim haqqımda istənilən məlumatı dövlət orqanlarına etdiyi müraciətlər vasitəsilə alır, hətta mənim ölkədən çıxma və qayıtma tarixlərinə kimi bütün məlumatlara sahiblənir. Müasir dövrümüzdə bu kimi hərəkətlər cinayət xarakteri daşıyır və yalnız dövlətin təhlükəsizliyinə təhid olan hallarda belə araşdırılma tələb edilir.

Abdulla Əfəndizadənin bu cinayətlərinə isə hələ ki, dur deyən yoxdur. Sadəcə mən uşaqla bağlı məhkəmələr bitəndən sonra Əfəndizadə barəsində müvafiq tədbir görəcəyəm. Digər tərəfdən, əgər nümayəndə azyaşlı uşağın fərdi məlumatlarını, pasport və şəkillərini yayırsa bu ciddi şəkildə araşdırılmalı və onun “vəkillik” fəaliyyəti müəyyən müddətə dayandırılmalı və ya xitam verilməlidir. Abdulla Əfəndizadə bununla kifayətlənmir, hazırda bacımın işlədiyi Hökumət Evinin qarşısına gələrək hər gün onu izləməyə çalışır. Təbii ki, bu da mənim və bacımın ailəsində ciddi narahatlıq doğurur.

Abdulla Əfəndizadə reallıqdan, məhkəmə qərarından tam uzaqlaşaraq, ümumiyyətlə uşaqla bağlı bütün məsələlərdə- ona Azərbaycanda doğum haqqında şəhadətnamənin verilməsində, həmçinin uşağın atasına verilməsi ilə bağlı məhkəmə qətnaməsində saxtakarlığa yol verilməsi iddiaları ilə çıxış edir, uşağın məndən alınıb anasına-Birləşmiş Ərəb Əmirliklərinə (Dubay) göndərilməsi məsələsinə qədər əlindən gələni edir. “Nümayəndə” heç düşünmür ki, ölkəmiz öz vətəndaşını digər ölkəyə verilməsinə yol verməz. Bu ölkəmizin çox gözəl, nümunəvi siyasətidir.
Bağırov Davud Dubaydan oğurlayaraq Türkiyə üzərindən Azərbaycana gətirdiyi ABŞ vətəndaşı azyaşlı Ceyla haqda...

Əfəndizadə tərəfindən 02 noyabr 2018-ci il və 27 noyabr 2018-ci il tarixlərində milletinsesi.info saytında müvafiq olaraq yerləşdirilən “Dubaydan oğurlanaraq saxta viza ilə Azərbaycana gətirilən ABŞ vətəndaşı azyaşlı Ceyla anası ilə görüşə bilmir” və “Komitənin uşaq problemləri şöbəsinin keçmiş müdiri olmuş Bağırova Cəmilənin qardaşı Davud Bağırovun Dubayda sərgüzəştləri” başlıqlı yazıda yenidən absurd, yalan, imitasiya edici məlumatlar qeyd olunmuş, məhkəmə tərəfindən qəbul edilən qərarlara şübhə ilə yanaşılmış, onların qanunsuz olduğu göstərilmişdir.

Qeyd etməliyəm ki, ölkəmizdə qərarlar qanuni yolla qəbul edilir, eyni zamanda qeyd olunan bu məsələdə də qəbul edilən qərarlar hüquqi çərçivədə aparılmışdır. Məhkəmə prosesləri açıq və şəffaf şəkildə aparılmışdır. Bu baxımdan özünü “hüquq müdafiəçisi” adlandıran, bu proseslərin birbaşa iştirakçısı olan şəxsin məhkəmə qərarına şübhə ilə yanaşması, bunları qəbul etməməsi, mediada açıq şəkildə yayması özü bir qanunsuzluqdur.

Digər tərəfdən qeyd etməliyəm ki, bu mənim daxili ailə məsələmdir, bunun mediyaya bu formada çıxarılması düzgün və etik deyil. Mən hansısa məşhur bir insan deyiləm ki, ailə və ailədaxili məsələm publik olaraq yayılsın. Bunu öz maddi maraqlarını güdərək edən insanlar mütləq şəkildə cəzalandırılmalı və bu hərəkətlərin qarşısı alınmalıdır. Uşaq mənim övladımdır, mən Azərbaycan Respublikasının vətəndaşıyam.

Belə olan halda necə ola bilər ki, öz uşağım ABŞ vətəndaşı olsun və mən onu oğurlayaraq Azərbaycana gətirim? Təbii ki, özünü “vəkil” adlandıran A.Əfəndizadə bunu daha yaxşı anlayır, daha çox sensasiya, maddi maraqlar onları düşündürdüyü üçün bu cür çirkin yollara əl atır. Həmçinin, bir daha qeyd edirəm ki, bu məsələdə dövlət qurumunda çalışan bacımın adını dəfələrlə hallandırır. Məqsəd isə bu yolla mənə və ailəmə təsir etmək, həmçinin bacımın işlədiyi dövlət qurmunun adına ləkə yaxmağa çalışmaqdır. Bu yollara əl atmağının səbəbləri isə 25 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Davud Bağırovun xeyrinə qərar qəbul etməsidir.

Beləki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda 25 iyul 2018-ci il tarixdə Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair işə baxılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında məcburi qaydada icra edilməsi və tanınması barədə 5 oktyabr 2017-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 462 və 472-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

Yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun iclasında həmin işə baxılaraq Plenumun 31 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilmişdir.

Həmin məlum Qərardadla bağlı aşağıdakıları bildirmək istərdik:

1) İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətn üzrə - AR MPM) 462-ci maddəsinə əsasənxarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.

2) AR MPM-nin 466-cı maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyəxarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən, üzərində qeydiyyat aparılmış surəti,zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd; sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri əlavə edilir. Yəni bu sənədlər məzkur prosesin başlanması üçün məcburi tələbdir. Lakin iş materiallarında təqdim edilmiş Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin üzərində qanuni qüvvəyə minməsini təsdiq edən qeydin aparılması müşahidə olunmur. Bu isə ümumiyyətlə xarici dövlətin məhkəmə qərarının tanınması ilə bağlı prosesin başlanmasını əsassız edir. Belə ki, bu şərt xarici dövlətin məhkəmə qətnaməsinin yaranmış mübahisə üzrə yekun qərar olduğuna dəlalət etməklə icrasına tam hüquqi zəmin yaradır. Belə bir qeydin olmaması AR MP M-nin 465.1.4-cü maddəsinə əsasən məzkur qətnamənin məcburi icrasından imtinası üçün əsasdır.

3) AR MPM-də 470-ci maddəsi ailə işləri üzrə qətnamənin fərdi olaraq tənzimlənməsini əks etdirir. Belə ki, həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.

4) AR MPM-nin 467.3-ci maddəsinə əsasən xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası ilə bağlı ərizəyə baxılarkən məhkəmə həmin Məcəllənin 465-ci maddəsi ilə nəzərdə tutulan əsasların olub-olmamasını yoxlayır.Müəyyən olunduğu kimi AR MPM 465-ci maddəsi məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən və tanınmasından imtina edilməsinə yol verilən tam hallarımüəyyən edir. Burada eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş vardırsa xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasında imtina edilməsi əks olunur.
İş materiallarından bəlli olur ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 28.04.2016-ci il tarixli qətnaməsi ilə D.Bağırov və M.Beisşekeyeva arasında 29.06.2011-ci il tarixdə BƏƏ Dubay hökumətində rəsmilədirilmiş 2011/М/930 saylı nikah pozulmuş və həmin nikahdan doğulmuş 02.11.2012-ci il təvəllüdlü Bağırova Leyla Davud qızı şikayətçinin yanında saxlanması qət edilmişdir.
Lakin qeyd etmək lazımdır ki, Dubay Ali Məhkəməsi 14.02.2017-ci il tarixdə qərar qəbul edərkən həmin məhkəmə çərçivəsində baxılan bəzi məsələlərin artıq qüvvəyə minmiş Azərbaycan məhkəməsində həll edildiyini nəzərə almamışdır. (həmin məhkəməyə Bakı şəhəri Səbail rayon məhkəməsinin 28.04.2016-ci il tarixli qətnaməsi təqdim edilib). Bu halda məzkur Qətnamənin AR Ali Məhkəməsi tərəfindən tanınmasını istisna edir.
Bu mövqe Azərbaycan Respublikası ilə BƏƏ arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqlnda 10. 04.2007-ci il tarixli müqavilənin 21-ci maddəsində də öz əksini tapmışdır.
Bu halda məhkəmə AR MPM-nin 465.2-ci maddəsinə əsasən məhkəmə qətnamənin məcburi icrası və tanınması barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır.

5) Nikahın Səbail rayon məhkəməsi tərəfindən pozulması AR Ailə Məcəlləsinin 150-ci maddəsinə uyğundur. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasından kənarda yaşayan əri (arvadı) ilə bağladığı nikahı onun vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikasının məhkəmələrində poza bilər. Belə olan halda D.Bağırovun şikayətinin baxılmasında Səbail rayon məhkəməsinin israrlı olması və Azərbaycan Respublikası qanunvericiliyə müraciət etməsi tam əsaslıdır.
Buna əsaslanaraq AR Ailə Məcəlləsinin 22-ci maddəsinə müraciət, nikahın pozulması zamanı həll edilməsi tələb olunan məsələləri açıqlayır. Həmin maddəyə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:


1) boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli;
2) uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli;
3) ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı;
4) ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

Lakin Birləşmiş Əmirliklərin Dubay Ali Məhkəməsinin 14.02.2017-ci il tarixli Qərarında yuxarıda qeyd olunan məsələlərdən başqa digər məsələlərin də həll edilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd olmasına dəlalət edir. Bu isə AR MPM-nin 462-ci maddəsinə əsasən həmin qərarın tanınmaması üçün əsasdır.

Məhz Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də bu kimi halları öz qərarında aydın şəkildə izah etmiş, işə Ali Məhkəmənin plenumunda baxılan zaman da Konstitusiya Məhkəməsinin göstərişləri nəzərə alınaraq qanunların aliliyi təmin edilmişdir.
Bir daha xatırlatmaq istəyirəm ki, mülki mübahisələr məhkəmə müstəvisində öz həllini tapır və yekun məhkəmə qərarından sonra kimin haqlı, kimin haqsız olduğu öz təsdiqini tapır. Göründüyü kimi mən məhkəmələrin qərarlarına hörmətlə yanaşıram, lakin məndən fərqli olaraq qarşı tərəf mübahisəni əsassız və çaşdırıcı məlumatlarla media müstəvisinə çıxarır, işə aidiyyatı olmayan şəxslərin adlarını hallandırır. Nəzərə almaq lazımdır ki, hər hansı şəxs barəsində böhtan, təhqir xarakterli məlumatlar yayımlanması, şəxsin konfedisial məlumatlarının yayımlanması cinayət tərkibi yaradan haldır. Yalan həqiqətə uyğun olmayan məlumat yayan şəxs bunun cavabdehliyini də daşımalıdır.
Qeyd edim ki, Azərbaycan Republikasının Konstitusiyasına əsasən hər bir şəxsin “Şəxsi toxunulmazlıq hüququ vardır”, bu hüququn qorunmasına konstitusion təminat verilir.
Yuxarıda təfərrüatı ilə məlumat verməkdə məqsəd iş haqqında sizlərdə doğru məlumat olub həqiqəti yazmağınız və sizə verilən məlumatların qeyri-dəqiq olmasını göstərməkdir.
Odur ki, yazılarınızda hqqımda yazdıqlarınız heçbir həqiqəti əks etdirmir.

REDAKSİYADAN: Bağırov Davud qəsdən aşağıdakı hallara aydınlıq gətirməmişdir:

1) Nəyə görə məhz azyaşlı Ceylanı Merim Beishekeyevanı (Beyşekeyevanı) müvəqqəti saxlanmış olmasından sonra “əldə etmişdi”, nəyə görə həmin qadının Qazaxıstan vətəndaşı Jeksenbayeva Zarinanın olduğunu gizlədir, əgər Bağırov Davudun Jeksenbayeva Zarinayla əvvəlcədən heç bir əlaqəsi yox idisə haradan bilirdi ki, Merim Beishekeyeva (Beyşekeyeva) azyaşlı qızı Ceylanı onun yanında qoyub otelə getmişdi?

2) Nəyə görə Bağırov Davud dediyi halda ki, guya Dubayda uşaq oğurluğu ilə əlaqədar məhkəmə işi bitib, onun xeyrinə qərarı çıxarmışdılar, ancaq həmin məhkəmə qərarının surəti, həmçinin leqallaşdırılmış, təsdiq edilmiş variantda sayta təqdim etmir.

3) Deyir ki, guya Abdulla Əfəndizadə onu və bacısı Bağırova Cəmiləni, Cəmilənin ailəsini izləyir. Hətta guya Abdulla Əfəndizadə Bağırova Cəmilənin işləmiş olduğu Hökümət evinin qarşısına da gələrək onu izləyir. Nə əcəb nə Bağırov Davud, nə bacısı Bağırova Cəmilə, nə də Cəmilənin yetkinlik yaşına çatmış övladları hüquq-mühafizə orqanlarına müraciət etmirlər.

4) Axı Abdulla Əfəndizadə hələ 2017 ilin mart ayının əvvəllərində “Yeni Müsavat” qəzetində, “Müsavat.com” saytında, digər çoxsaylı qəzet və saytlarda Bağırov Davudun, onun bacısı olmuş Bağırova Cəmilənin, komitənin sədri olmuş Hüseynova Hicranın hərəkətlərindən məqalələr çap etdirərkən Bağırov Davud AR DİN-nin baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə qeyri-rəsmi müraciət etmişdi, Abdulla Əfəndizadənin qeyri-rəsmi həmin idarəyə gəlmiş olmasını “təmin etdirmişdi”. Ancaq indi guya özü, bacısı, bacısının ailəsi “təhdid altında” “olduğuna baxmayaraq” heç yerə müraciət etmirlər. Ümumiyyətlə Bağırov Davudun, onun bacısı olmuş Bağırova Cəmilənin əllərində hər hansı bir tutarlı sübutları var idimi ki, Abdulla Əfəndizadə ya özü, ya da digərləri vasitəsilə onları izlətdirir. Axı bu yazıların özü böyük məsuliyyət daşıyır.

5) Bağırov Davud qeyd etmişdi ki, guya Merim Beishekeyevanı (Beyşekeyevanı) Dubayda otellərin birində əcnəbi bir kişi ilə tutmuş, guya bu barədə əcnəbi kişi ilə münasibətlərini təsdiq edən səs yazısı və polis tərəfindən həmin məsələnin araşdırılmasını təsdiq edən sənəd də mövcud idi, həmçinin müxtəlif insanlardan küllü miqdarda pul mənimsəmiş olmaqla dəfələrlə polislər tərəfindən yaxalanmış, insan alverində iştirak etmiş və hal hazırda isə Dubayda bununla bağlı məhkəmələr getmişdi və üzləşmələr olmuşdu.

6) Görəsən Bağırov Davud əgər həqiqətən də “hər hansısa bir səs yazısı əldə etmişdisə” də belə onu hansı qanuni yollarla, kimlər vasitəsilə “əldə etmiş” olduğu barədə qəsdən doğru məlumat verməməklə, yəni dərk edirmi ki, özü qanunun aliliyindən, şəxsi toxunulmazlıqdan danışdığı halda, başqasının şəxsi toxunulmazlığına qarşı cinayət tərkibli əməllərini törətmişdir.
Yazır ki, guya Merim Beishekeyeva (Beyşekeyeva) müxtəlif insanlardan külli miqdarda pul mənimsəmiş insan alverində iştirak etmiş olduğuna görə dəfələrlə polislərin tərəfindən yaxalanmışdı. Hanı həmin sübutlar, qərarlar. Həqiqətən sual olunur.
Əgər Bağırov Davudun, yüngül əxlaqlı Mamırova Aselin Qırğızıstanda, Dubayda Merim Beishekeyevaya (Beyşekeyevaya) qarşı yüngül əxlaqlı qızlar tərəfindən verilmiş şikayətlərdən iştirakları yox idisə onlar necə “belə halların baş vermiş olmasından” xəbər tutmuş olmuşdular.

7) Bağırov Davud qeyd edirdi ki, Abdulla Əfəndizadə yalan və böhtan xarakterli məlumatları, onun və azyaşlı Ceylanın pasport və şəkillərini əməkdaşlıq etdiyi media saytları vasitəsilə yayır, işə baxan dövlət məmurlarının adını hallandırmaqla onlara qarşı təzyiq vasitəsi kimi istifadə edir, dövlət məmurlarını bu məsələdə obyektiv mövqe nümayiş etmədiklərinə görə rüşvət almaqda günahlandırır, dövlət qurumunda çalışan bacısının adını hallandırmaqla məsələni daha da şişirtməyə və müxətlif siyasi don geyindirməyə uzun müddətdir çalışır.

8) Bağırov Davud nəyə görə qeyd etmir ki, bacısı Bağırova Cəmilə 05 dekabr, 11 dekabr 2017-ci il tarixində və digər vaxtlarda öz mobil telefonundan Səbail r-n İcra və Probasiya Şöbəsinin böyük icra məmuru olmuş Ayaz Nuğaylının mobil telefonuna zəng vurmuş olaraq AR Ali Məhkəməsinin 05 oktyabr 2017 il tarixli Qərardadına əsasən verilən İcra Vərəqəsinin icra edilməmiş qalmış olması üçün ailə, qadın və uşaq problemlər üzrə komitənin adından təzyiq etmişdi, hətta nümayəndə və vəkili olmuş Quliyev Azər isə 11 dekabr 2017-ci il tarixində gecə saat 23:04 də Ayaz Nuğaylının mobil telefonuna zəng vurmuş olaraq onlara bildirmişdilər ki, konustitusiya məhkəməsi Bağırov Davudun şikayətini icraata götürməlidir, qoy icra işini yubatsınlar, onlar da icra şöbəsinin “hörmətini” görmüş olacaqlar.
Həmçinin Bağırov Davudun bacısı olmuş Bağırova Cəmilənin 09 mart 2018-ci il tarixində iş günü saat 10:00 dan 13:30 a dək Bağırov Davudun qeydiyyatda olduğu Bakı ş-ri, Səbail r-n, Tərlan Əliyarbəyov küç. ev 10, 26-cı mənzilində olması azyaşlı Ceylanı gizlətməsi, icra işinə müdaxilə etməsi hərəkətinə nəyə görə qiymət vermək istəmirdi?
Daha sonra Bağırov Davud, ona nümayəndə və vəkili olmuş Quliyev Azər yəni bilmirlər ki, pasport məlumatlarının yayılması nə cinayət, nə də inzibati məsuliyyət tərkibini yaratmır? Axı Bağırov Davud hələ 2017-ci ilin yayında Bakı şəhər Baş Polis İdarəsinə Kütləvi İnformasiya Vasitələrində onun pasport məlumatlarının yayılmasına dair etmiş olduğu müraciətə işi araşdıran müstəntiq tərəfindən pasport məlumatlarının yayılması onun şəxsi toxunulmazlıq hüququnun pozulması ehtiva etmir. Çünki pasport ona dövlətin adından verilirdi.

9) Səbail rayon məhkəməsi hakimi olmuş Bağırov Nurəddinin (09 oktyabr 2018 il tarixdə Məhkəmə Hüquq Şurası tərəfindən hakimlik fəaliyyətinə xitam verilən) 28 aprel 2016-cı il tarixində çıxarmış olduğu qətnaməsindən Bağırov Davud tərəfindən istifadə edilmiş olması qanunsuzdur, necə ki, həmin qətnamənin ləğv edilməsinə və icraatına xitam verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Raqib Qurbanov) 21 noyabr 2017 il tarixdə çıxardığı Qətnamə AR Ali Məhkəməsinin (sədrlik edən Əhməd Nurməmmədov) 05 aprel 2018 il tarixdə çıxardığı Qərarla qanuni qüvvəsini almışdır. Bütün bunlardan başqa Səbail r-n Məhkəmənin 28 aprel 2016-cı il tarixli qətnaməsindən Merim Beishekeyeva (Beyşekeyeva) tərəfindən verilən Apellyasiya Şikayətinin mümkünlüyünə dair 11 avqust 2017 il tarixdə (sədrlik edən Raqib Qurbanov) Qərardad çıxarıldığından AR Ali Məhkəməsinin (sədrlik edən Əsəd Mirzəliyev) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixli Qərardadını çıxarmasına heç bir maneə, qanunsuzluq olmamışdır.

10) Bağırov Davud konustitusiya məhkəmənin AR Ali Məhkəməsinin (sədrlik edən Əsəd Mirzəliyev) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixli Qərardadını 25 iyul 2018 il tarixində çıxarılmış qərarıyla qüvvədən düşmüş olması barədə “ağız dolusu” danışması da absurddur. Belə ki, konustitusiya məhkəməsi Ali Məhkəmənin Qərarını və ya Qərardadını ləğv etmir, qüvvədən düşmüş hesab edir. Konustitusiya məhkəmənin 25 iyul 2018-ci il tarixində çıxarmış olduğu qərarında Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın yalnız alimentə və qəyyumluğa görə ödənişlərdə AR qanunvericiliyinə ziddiyyət təşkil etmiş olduğunu qeyd etmişdir. AR Ali Məhkəməsinin 31 oktyabr 2018 il tarixli Plenumun Qərarına da diqqət yetirdikdə AR Ali Məhkəməsinin (sədrlik edən Əsəd Mirzəliyev) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixli Qərardadını ləğv etmiş olsa da, yenidən AR Ali Məhkəməsinin Mülki Kollegiyada baxılarkən yalnız alimentə və qəyyumluğa görə ödənişlərdə AR qanunvericiliyinə ziddiyyət təşkil etmiş olduğuna, digər hissələrdə zidiyyət təşkil etmədiyini diqqətə götürülməsi üçün öz tövsiyəsini vermişdir.

11) Bağırov Davud qeyd edir ki, mülki mübahisələr məhkəmə müstəvisində öz həllini tapır və yekun məhkəmə qərarından sonra kimin haqlı, kimin haqsız olduğu öz təsdiqini tapır. Bağırov Davud daha sonra bildirirdi ki, məhkəmələrin qərarlarına hörmətlə yanaşırdı, lakin ondan fərqli olaraq qarşı tərəf (yəni Abdulla Əfəndizadə) mübahisəni əsassız və çaşdırıcı məlumatlarla media müstəvisinə çıxarır, işə aidiyyatı olmayan şəxslərin adlarını hallandırır.

12) Bağırov Davud hansı məhkəmə qərarına hörmətlə yanaşıb?!?... Hansı səbəblərdən o, Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasına vəə məcburi icrasına yönəlməsinə dair AR Ali Məhkəməsinin (sədrlik edən Əsəd Mirzəliyev) iş №10(102)-80/2017 saylı 05 oktyabr 2017 il tarixli Qərardadına əsasən verilən İcra Vərəqəsinin icra edilməsindən qəsdən bilərəkdən yayınmış olmaqla uzun müddət həmin Qərarın icra edilməsinə maneçilik törətmişdi. Bu səbəblərdən hətta gizlincə onun tərəfində durmuş Səbail r-n İcra və Probasiya Şöbəsi məcbur olub,

13) Bağırov Davudun və azyaşlı Ceylanın axtarışa verilməsinə dair Qərarlarını çıxarmışdır. Sonradan isə konustitusiya məhkəməsi “Konstitusiya Məhkəməsi haqqında” AR Qanunun tələblərini kobud surətdə pozmuş olaraq 6 (altı) aydan sonra icrata götürülmüş olması barədə qərardadı çıxarmışdı, daha sonra plenumunun iclası keçirilmiş olduqdan 27 gün sonra (qanunla uzağı 15 gün ərzində olmalı idi) qərarı çıxarmışdı.
Hətta plenumda iştirak edən 8 (səkkiz) nəfər hakimlərdən birinin – Südabə Həsənovanın adı məhkəmənin çıxarmış olduğu qərarında qeyd olunmamışdır. Çünki görünür Südabə Həsənova belə bir qanunsuz qərara imza atmaqdan imtina etmişdir. Sadəcə bu hal konstitusiya məhkəməyə “sərf etmədiyindən” Südabə Həsənovanın xüsusi rəyinin işə əlavə edilməsini “həzm etməyib”, onun adını və soyadını məhkəmənin qərarından çıxarmışdılar.

14) Bağırov Davudun müraciətdə qeyd etmiş olması ki, azyaşlı Ceylaya Səbail r-n qeydiyyat şöbəsində 12 dekabr 2012-ci il tarixində verilmiş doğum şəhadətnaməsinin qanuni olduğu halda Abdulla Əfəndizadə tərəfindən saxta adlandırmasının hüquqi əsası olmadığı barədə qeydlərini də əks olaraq bu iradları gətirmək olar: Axı Bağırov Davudun özü Bakı Apellyasiya Məhkəməsində (sədrlik etmiş Səriyə Seyidova) 29 avqust 2017 il tarixli məhkəmə iclasında etiraf etmişdir ki, Səbail r-n qeydiyyat şöbəsinə azyaşlı Ceylaya doğum şəhadətnaməsi verilmiş olması üçün Dubaydan heç bir ərizə göndərməyib, sadəcə azyaşlı Ceylaya Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində 16 noyabr 2012 il tarixdə verilən doğum şəhadətnaməsini öz mobil telefonuna çəkərək bacısı olmuş Cəmilənin mobil telefonuna göndərib, Bağırova Cəmilə də telefonundakı fotosurəti Səbail r-n qeydiyyat şöbəsinə (müdiri İradə İsgəndərova, konustitusiya məhkəmənin sədri olmuş Fəryad Abdullayevin arvadı idi) təqdim etmişdi (inzibati iş mat. 2-ci Cild 40-ıncı vərəqdə), həmin fotosurətə görə sonradan Azərbaycan ərazisində doğum şəhadətnaməsi almışdı.

15) Bağırov Davud müraciətdə iş materiallarında təqdim edilən Birləşmiş Ərəb Əmirliklərinin Dubay Ali Məhkəməsinin üzərində qanuni qüvvəyə minməsini təsdiq edən qeydin aparılmasını müşahidə etmədiyini qeyd etmişdi. Halbuki həm Dubay Ali Məhkəməsinin Qərarındakı qeydlərdən, əlavə olaraq həm Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyində, həm Xarici İşlər Nazirliyində, həm də Azərbaycanın Dubaydakı Baş Konsulluğun tərəfindən leqallaşdırılan əlavə sənəddən də aydın görünür ki, Dubay Ali Məhkəməsinin 250/2016 saylı 14 fevral 2017 il tarixli Qərarını qanuni qüvvəsini almışdır, qətidir, icrasına yönəlmişdir.

16) Bağırov Davud özü qanundan, qanunun aliliyindən yazırdı, lakin yazısında özü məhkəməyə “təsir etmiş olaraq” qeyd edirdi ki, “uşağın ondan alınıb anası Merim Beishekeyevaya (Beyşekeyevaya) təhvil verilməsi üçün - Birləşmiş Ərəb Əmirliklərinə (Dubay) göndərilməsi məsələsinə qədər onun nümayəndəsi Abdulla Əfəndizadə əlindən gələni edir. “Nümayəndə” heç düşünmür ki, ölkəmiz öz vətəndaşını digər ölkəyə verilməsinə yol verməz. Bu ölkəmizin çox gözəl, nümunəvi siyasəti idi”. Yəni Bağırov Davud indidən “mədəni şəkildə” məhkəməni şantaj etmək istəmişdi ki, azyaşlı Ceylanı ondan almağa “çalışmasınlar”. Ancaq Davud bir faktı da unudur ki, azyaşlı Ceyla Amerika Birləşmiş Ştatlarının vətəndaşı olduğundan, onun bu ölkənin vətəndaşı olması üçün həm Merim Beishekeyevanın (Beyşekeyevanın), həm də Bağırov Davudun razılıqları olduqlarına əsasən azyaşlı Ceyla məhz 18 yaşı tamam olandan sonra Amerika Birləşmiş Ştatlarının vətəndaşı olmamasını və ya olmasını müəyyən edəcəkdir. Bağırov Davudun Merim Beishekeyavanın (Beyşekeyevanın) razılığı və xəbəri olmadan azyaşlı Ceylaya Azərbaycan vətəndaşlığını almasıyla qanuna zidd hərəkətlər etdiyi, cinayət məsuliyyəti daşıdığını anlayırmı? Axı Azərbaycan Respublikasında ikili vətəndaşlıq yoxdur. Azərbaycan Respublikasının Respublika səviyyəsində Hüquq-Mühafizə Orqanları bu işlərlə ciddi məşğul olacaqdırlar.

P.S. Çox qəribədir ki, həm konustitusiya məhkəməsinin sədri olmuş Fəryad Abdullayevə , həm ailə, qadın və uşaq problemlər üzrə dövlət komitənin sədri olmuş Hicran Hüseynovaya, Səbail r-n İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının sədri olmuş Xalidə Bayramovaya KİV haqqında Qanunun 8-ci maddəsinə əsasən verdiyimiz sorğulara həmin maddənin tələblərini kobud surətdə pozmaqla cavab verməkdən imtina etmişdilər (Növbəti buraxılışda həmin sorğuları təqdim edəcəyik).
Həmçinin onların saytlarına Abdulla Əfəndizadənin 01 noyabr 2018 il tarixli bir saat iki dəqiqə çəkən videoçıxışının göndərilməsinə baxmayaraq onlar yenə də Millətinsesi.info saytının Sorğularına yenə cavab verməkdən imtina etmişdilər. Səbail r-n qeydiyyat şöbəsinin rəsi olmuş İradə İsgəndərovanı da bu yazılar bərk həyəcanlandırsa da reaksiya vermək istəmirdi. Həmçinin respublikanın vəkillər kollegiyasını da Abdulla Əfəndizadənin videoçıxışı ilə əlaqədar rəyasət heyətinin üzvü olmuş Quliyev Azərin cəzalandırılması, ona qarşı ölçü götürülməsi, tədbir görülməsi maraqlandırmırdı. Ancaq indi isə yuxarıda adları çəkilən şəxslər və təşkilatlar Bağırov Davudun “vasitəsilə” öz qanunsuz əməllərini ört-basdır etməyə çalışmışdılar.
Qeyd: Yazı çapa hazırlanarkən Bağırov Davud saytın baş redaktorunun mobil telefonuna zəng vurub, məqaləsini çap edilməsini növbəti dəfə xahiş etdikdə ona bildirilmişdir ki, bu gün 05 dekabr 2018-ci il tarixdə məqalə işıq üzü görəcəkdi. Bağırov Davudun tərəfindən baş redaktorla mobil telefon vasitəsilə söhbətində özünə arxayınlıqla nəyin bahasına olursa-olsun azyaşlı Ceylanı məhkəmə tərəfindən anasına verilməsinə imkan verməmiş olacağını bildirilmişdi. Daha sonra Bağırov Davud baş redaktora onda Merim Beishekeyevanın (Beyşekeyevanın) əxlaqsızlığını sübut etmiş olacaq video və səs yazılarının olduğunu bildirilmişdi, öz vəkili olmuş şəxslə redaksiyaya gəlmiş olacaqlarını bildirib. Baş redaktor tərəfindən isə bildirilir ki, ona xəbərdarlıq edilmişdir ki, onunla və vəkili ilə bütün danışıqlar, təqdim etmiş olacağı video görüntülərini və səs yazılarını videolentə alınmaq şərti ilə baş verəcək ki, sonradan nə Bağırov Davud, nə də onun vəkili olmuş şəxs demiş və təqdim etmiş olduqları sözlərini və sənədləri danmasınlar.
Baş redaktordan: 2015-ci ildə Hicran Hüseynovanın yaxın qohumu, komitənin aparat rəhbəri olmuş Səfər İmanov öz yerliləri Eynur Kərimovu həmin komitədə gəlirli vəzifəyə qoymuş olacağı ilə onun 170.000 (yüz yetmiş min) ABŞ dolları məbləğində pulunu rüşvət kimi alaraq mənimsəmiş olduğu, respublikanın ərazisini tələsik tərk etdiyi ilə əlaqədar saytımızda gedən yazılarla əlaqədar həmin Hicran Hüseynovanın komitəsinin mətbuat xidmətindən dəfələrlə saytın baş redaktoru Tahir Abbaslıya zəng vuraraq “məsələni yoluna qoymaq” xahişləri ilə bulunmasına baxmayaraq, verilən Sorğuya cavab verməkdən qəti imtina etmişdi.
Mövzuya qayıdacağıq.

XƏBƏR LENTİ