Anons

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

“Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun?” – Şeyxin qudası

Tarix:10-01-2019, 15:46 Baxış Sayı:36

“Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun?” – Şeyxin qudası

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan sabiq millət vəkili hacı Qalib Salahzadə evinə gülləkeçirməz şüşələr qoydurması barədə yayılan xəbərlərə münasibət bildirib.

Hacı Qalib Salahzadə ölkə.az-a açıqlamasında evinin şüşələrinin zirehli olmadığını söyləyib:

“Əslində, mənim evim zirehli deyil. Sadəcə olaraq, məclislərdən birində bir adamı yoxlamaq üçün evimin şüşələrinin gülləkeçirməz olması barədə fikir söyləmişəm. Yəni, bunu söyləməklə həmin adamın düzgünlüyünü yoxlamaq istəyirdim. Ona görə də belə bir blef etmişəm. Amma az keçmədən həmin adam barəsində təxminlərim özünü doğrultdu. Mənə deyirdilər ki, o adam yaxşı insan deyil, amma mən tərəddüd edirdim. Sonra əmin oldum ki, doğrudan da, yaxşı adam deyil imiş”.

Şeyxin qudası deyib ki, evində heç bir zirehli materialdan istifadə olunmayıb:

“Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun? Bilirsiniz, mənim camaat arasında nüfuzum kifayət qədər yaxşı olduğu üçün insanlar mənə inanırlar. Əksəriyyət mənə hörmətdən inanır, amma onların arasında paxıllıq edənlər də var. İnanın ki, sabah desəm, hacı Qalibin elə bir jileti var ki, düyməni basan kimi səmayə qalxıb ətrafı izləmək olar, insanlar inanacaqlar. Amma hacı Qalib hamı kimi sadə həyat tərzi sürür, evi, qapısı hər zaman dostlara açıqdır”.

Xatırladaq ki, “Yeni Müsavat” qəzeti hacı Qalib Salahzadənin evinin şüşələrinin zirehli olması barədə məqalə dərc edib.

Məqalədə qeyd olunur:
“Hacı Qalib istintaqda özünü elə aparır ki, guya günahsızdır. Qardaşım Ələkbər Quliyevlə üzləşdiriləndə danışır ki, Bilgəhdəki 7 mərtəbəli imarətinə 3-4 milyon avro xərcləyib təkcə pəncərə alıb. İmarətin pəncərələri gülləkeçirməzdir. Almaniyadan mütəxəssislər dəvət edib və həmin pəncərələrin montaj işlərini görüblər. Bu adam kimdir ki, evinə gülləkeçirməz pəncərə qoydurur? Qardaşım da ona deyib ki, ondansa get yolu aç. Bizə vurduğun ziyanı ödə. Bizim əmlakımızı 2012-ci ilin martında audit şirkəti 2 milyon yarım manat ancaq tikili kompleksinə qiymət qoymuşdu. Orada bizim 20 sot torpağımızın üzərində 2 mülkdən başqa hovuz, su quyusu, çoxlu ağaclarımız, yardımçı tikililərimiz vardı”.

XƏBƏR LENTİ