Anons

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

31-01-2019, 20:10 - Vətəndaşın talandığı məkan – Müşfiq Rəhimovun rəhbərlik etdiyi QİŞ

28-01-2019, 16:22 - Polis tərəfindən təqib edildiyini iddia edən vətəndaş ABŞ şəfirliyinə müraciət edib

15-01-2019, 16:56 - Hakimlər Qarabağ qazisini intihara sürükləyir...? - Saxta sənəd hazırlayan...

9-01-2019, 12:38 - Baş prokuror Zakir Qaralov 6 rayonun sakinlərini qəbul edəcək- Şamaxıda

8-01-2019, 13:25 - BAŞ HƏKİM ŞƏLALƏ SƏFƏROVA XƏSTƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB...?

29-11-2018, 10:42 - Hadı Rəcəbli yenə dilinin bəlasına düşüb - “143 manata normal bir ay yaşamaq olar”

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

Azərbaycan səhiyyəsində daha bir xəstənin səhv əməliyyatının qurbanı danışdı/VİDEO FOTO

Tarix:19-01-2019, 11:50 Baxış Sayı:183

Azərbaycan səhiyyəsində daha bir xəstənin səhv əməliyyatının qurbanı danışdı/VİDEO FOTO

Səhiyyə nazirliyi tərəfindən ölkədə səhiyyənin günü-gündən inkişaf etməsi haqqında bir çox bəyanatlar eşitsək də səhiyyəmizin hansı səviyyədə olduğunu daha yaxşı bilirik. Çirkaba bulanmış həkimlər və xəstəxanalar, yararsız rayon xəstəxanaları, həkimlərin pul dilənməsi, savadsız həkimlərin ucbatından şikəst qalan xəstələr, sağlamlığını həkimə etibar edib daha betər günə qalan xəstələr və s. bunlar hamısı ölkədə səhiyyənin necə bərbad olduğunu göstərir. Necə deyərlər həkim alverçiyə, xəstə isə yağlı müştəriyə çevrilir.

Universitet vaxtı imtahanları pulla həll edib kursdan-kursa atlayan savadsız həkimlərin ucbatından səhiyyəmiz dünyada ən sonuncu sıralarda yer alır. Insanlar artıq yerli həkimlərə demək olar ki, bir o qədər də etibar etmir və nəticədə güc-bəlayla da olsa xaricə üz tuturlar. Bu hələ harasıdır ki? Bacarmayacağı əməliyyatı öz üzərinə götürən həkimlərimiz də var, hətta digər həkimlərlə iş birliyi görənlər də. Bir-birilərilə müştəri paslaşırlar. Bütün bunlar vətəndaşlarımızın həkimlərin gözündə nə qədər kiçik olduqlarının, həyatlarının nə qədər ucuz olduğunun və pulun insandan daha yüksəkdə dayandığının göstəricisidir. Bu situasiyaların yaşandığı halda səhiyyə nazirliyinin səhiyyənin inkişafı haqqında ağızdolusu danışması qəribə və gülünc deyilmi? Yenə suallar beynimizi dəlib-deşir.

Ölkənin sütunları sayılan ən önəmli strukturu səhiyyə və təhsil olduğunu nəzərə alsaq problemin necə ciddi olduğunun fərqinə vararıq. Səhiyyədən anlayışı olmadığı üçün neçə-neçə ananı və körpəni doğuş anında öldürən həkimlərimiz var. Kim bilir bəlkə də ölən körpələr ölkəmizin gələcəyi üçün necə möhtəşəm insanlar ola bilərdi. Təəssüf. Indi təqdim edəcəyimiz kateqoriyaya pul sümürənlər aiddir. Xəstə əlacsız vəziyyətdə yerli həkimə müraciət edir və bu həkim xəstəni digər həkimə pasla ötürür. Pası qəbul edən o biri həkim bu xəstəni 11 000 manat qarşılığında əməliyyat edir və oyun bitir.

Uğursuz əməliyyatdan xəstə hakimə (prokurorluğa) şikayət etsə də sirli səbəblərdən heç kim günahlandırılmır. Bir insan yenə oyuncaq kimi istifadə edilib kənara atıldı. Hüseynov Pənah adlı şəxs DogruXeber.Az informasiya agentliyinin redaksiyasına məhz yuxarıda sadalanan nüanslarla bağlı şikayət xarakterli müraciət etmişdir. Deməli 23.01.2018-ci il tarixində xəstəliyi ilə bağlı Mərkəzi Klinikanaya gələn xəstə Niyaməddin doktorla görüşmüşdür. Doktor ona orqanlarında şişlər olduğunu və bu şişlərin də xərçəng xəstəliyinin əlamətləri olduğundan dolayı əməliyyata ehtiyacı olduğunu bildirib.

Lakin doktor bu əməliyyatlarda yalnız iştirakçı olduğunu deyərək əməliyyatı Qardaşxan adlı həkimin edə biləcəyini vurğulayıb. Hətta doktorla da özünün şəxsən danışacağını deyib. Bir neçə gündən sonra xəstəyə Niyaməddin doktor Qardaşxan adlı həkimin 11000 manat qarşılığında bu əməliyyatı edəcəyini deyib. Qeyd edək ki, həmin həkim Medi Style adlı klinikada işləyir. Qardaşxan həkim də xəstəyə bu cür əməliyyatların Azərbaycanda yalnız onun edə bildiyini deyərək zəmanət belə verib. Vətəndaş qeyd edir ki, bu əməliyyat üçün bankdan müəyyən miqdarda kredit, qohumlardan borc pul alıb və həyətindəki mal-qaranı sataraq həmin məbləği toplayıb Qardaşxan həkimə verib.

Əməliyyatlardan sonra özündə narahatçılıq hiss edən xəstə mərkəzi anatomiya birliyinə rəsmi şəkildə müraciət etmişdir. Ekspertiza tərəfindən əməliyyatın səhv şəkildə aparıldığı müəyyən olunub. Hüseynov Pənah Nərimanov rayon prokurorluğuna bu hadisəylə bağlı şikayət edib və bu məsələylə bağlı cinayət işi açılıb. Baş prokurorluğun istintaqa nəzarət idarəsi rəis müavini Adil Vəliyev şikayətçiyə istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində cəlb olunmalı şəxs müəyyən olunmadığı üçün istintaqın icrası dayandırıldığını qeyd edib. əgər şəxsin əməliyyatını Qardaşxan adlı həkim aparıbsa və 11000 min manatı xəstədən alan şəxs də odursa necə olur ki, təqsirləndirilən şəxs müəyyən olunmur? Bu qədər açıq-aşkar baş verən hadisəni necə edək bəs? bu məsələylə bağlı şikayətçi Azərbaycan respublikasında olan bütün dövlət qurumlarına göndərdiyi şikayət məktublarının qəbzini bizə təqdim edir.

Təəssüflər olsun ki,aidiyyatı qurumlardan heç bir qaniedici cavab verməyib. DogruXeber.Az agentliyi olaraq vətəndaşın şəxsiyyət vəsiqəsini soruşduqda vətəndaş həmin vəsiqəni poçt vasitəsiylə ölkə prezidentinə göndərdiyini bildirdi. Səbəb isə ölkə prezidentindən onu vətəndaşlıqdan azad etməsi üçün bunu etdiyini dedi. Bir ölkə vətəndaşını bu həddə çatdırmaq lazım deyildi. ən azından bu kimi utancverici hadisələr ölkə siyasətinə ağır zərbə və ləkədir. Aidiyyatı qurumların bu cür laqeydliyi ucabtından vətəndaşların ölkə siyasətinə, məmurlara və ən əsası ölkə başçısına qarşı münasibəti mənfiyə doğru dəyişir. Bu neqativ hallardan dövlət əleyhinə olan qüvvələr ürəkdolusu istifadə edirlər.

P.S. Vətəndaş P.Hüseynov tərəfindən iddia olunan məsələyə aydınlıq gətirmələri üçün,ilk öncə Medi Style adlı klinikanın həkimi Qardaşxan doktorla telefon əlaqəsi saxladıq. Həkim verdiyimiz suallara qısa cavab verərək bildirdi ki,P.Hüseynov mənim xəstəm deyil. O,Mərkəzi klinikada işləyən Niyaməddin həkimin xəstəsidir. Oki qaldı mən xəstəni əməliyyat etməyimə,bu belə olmayıb. Xəstəni biz qəbil etsək də əməliyyatı kilinikamıza, Türkiyyədən gələn professor hoca əməliyyat edib. Qalan məsələləri isə Niyaməddin həkimlə əlaqə saxlayın sizə məlumat versin.

P.S. Biz kimin düz kimn yalan danışdığını deyə bilmərik amma, el arasında belə bir “atalar” sözü var deyərlər od olmasa tüstü çıxmaz sonrasını siz düşünün..

P.S. Mərkəzi klinikanın həkimi Niyaməddin doktorla telefon əlaqəsi saxlayıb,suallarımızı cavablandırmasını xahiş etdik. Niyaməddin həkim birmənalı olaraq suallarımızı cavablandırmaqdan imtina etdi..
P.S. Bu yerdə daha bir el misalın qeyd etmək yerinə düşərdi. Deyərlər aşığın sözü qurtaranda daly-dalay deyər.. Nə deyə bilərik bizə düşən məsələni gündəmə gətirmək,kimin haqlı kimin isə haqsız olmasını sübuta yetirmək hüquq mühafizə orqanlarının vəzifəsidir.
DogruXeber.az

XƏBƏR LENTİ