Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Kəllə qəndlərə insan sağlamlığı üçün təhlükəli maddə vurulur

Tarix:19-02-2019, 17:31 Baxış Sayı:129

Kəllə qəndlərə insan sağlamlığı üçün təhlükəli maddə vurulur

Bu istehsalçılar sırasında “Qızıl Tac” firmasının da adı çəkilir

Azərbaycanda bəzi istehsal müəssisələrində kəllə qəndin ağardılması prosesində insan sağlamlığı üçün təhlükəli olan “sodium hidrosulfit” maddəsindən istifadə edilir

“Marketdən kəllə qənd aldım. Çay içən zaman qənddə xoşagəlməz dad hiss etdim. Dəfələrlə saytlarda oxumuşam ki, qənd istehsal edən zaman tərkibinə müxtəlif maddələr vururlar. Qınddə hiss etdiyim tam məni narahat etdi. “Qızıl Tac” firmasının istehsalı olan qəndin qablaşdırmasının üzərində tərkibi barədə heç bir məlumata rast gəlmədim”.

Bunu 24saat.org saytına oxuculardan biri yazıb. O, məsələnin araşdırılması və müvafiq qurumların qurumların rəyinin öyərinlməsi üçün saytımıza müraciət edib.

Araşdırmalarımız zamanı ortaya maraqlı faktlar çıxdı.

Belə ki, ölkədə sağlamlığa zərərli kəllə qəndlər satılması barədə mediada dəfələrlə məlumatlar dərc edilib. Məlumatlarda qeyd edilir ki, bəzi istehsal müəssisələri kəllə qəndin ağardılmasında kimyəvi məhsullardan, xüsusilə də insan səhhəti üçün çox zərərli olan “sodium hidrosulfit” maddəsindən istifadə edilir.

Azad İstehlakçılar Birliyinin ötən il apardığı araşdırmada isə “Qızıl Tac” firması da həmin maddədən istifadə edən firmalar sırasındadır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirmişdi ki, istehlakçılar mütəmadi olaraq qəndin ağardılmasında müxtəlif qadağan edilmiş kimyəvi maddələrdən istifadə edildiyi barədə məlumat verirdilər.

AİB ötən il istehlakçılardan daxil olmuş bu şikayətləri araşdırmaq üçün satışdakı qəndləri laborator yoxlamasını aparıb: “Ölkədə istehsal edilən 27 növ qəndin akreditasiya olunmuş laboratoriyada ekspertizasını keçirtdik. Ekpertizanın rəyindən məlum oldu ki, şəkər tozundan kəllə qənd istehsal edən kiçik sexlərin əksəriyyəti qəndin ağardılması zamanı insan orqanizmi üçün ciddi fəsad yaradan kimyəvi maddədən istifadə edirlər. Bəllidir ki, kəllə qənd əldə etmək üçün şəkər tozu qaynadılır. Bu zaman onun rəngi dəyişərək tündləşir. Şəkər tozundan ağ kəllə qənd istehsal etmək üçün texnoloji proses aparılmalıdır.

Bunun üçün “sentrafuqlma” adlanan qurğuda qənd ağardılma prosesindən keçməlidir.

Bu qurğu mərkəzdən qaçma qüvvəsinə əsaslanır. “Sentrafuqlma” yəni sürətli fırlanma prosesi hesabına qəndin tərkibindən rəngli maddə ayrılır, və ağ qənd qalır. Amma bu gün ölkədə fəaliyyət göstərən kiçik qənd sexlərində bu qurğu yoxdur. Bizim akreditasiya olunmuş laboratoriyada apardığımız ekspertiza zamanı məlum oldu ki, həmin sexlər qəndi ağartmaq üçün qeyd etdiyim kimi, çox təhlükəli maddədən yararlanırlar. Bu, “sodium hidrosulfit” adlanan maddədir. Bu maddənin tərkibi kükürdlə zəngindir.

Mədə-bağırsaq fəaliyyətinin pozulmasına səbəb ola biləcək kükürd tərkibli “sodium hidrosulfit” maddəsindən qida istehsalında norma daxilində istifadəyə icazə verilir.

Bildiyim qədər qənd istehsalında isə bu maddənin istifadəsi qəti yolverilməzdir. Çox təəssüf ki, ölkədə kəllə qənd istehsal edən sexlər, “sentrafuqlma” adlanan qurğunu almaq baha başa gəldiyindən, istehlakçıların sağlamlığını təhlükə altına ataraq kükürd tərkibli “sodium hidrosulfit”dən istifadə edirlər. Bizim apardığımız ekspertiza zamanı “Bolluq” firmasının 700 qramlıq kəllə qəndlərində, “Qidam”şirkətinin “Dişləmə” 500 qramlıq paketlərində, “Seçmə”, “Azeliya”, “Oman”, “Vesta”, “Tərlan”, “Qızıltac”, “Xəyal”, “Mastero”, “Unudulmaz”, “Bəxşiş” firmasının qəndlərində, Gəncəbasar zonasında istehsal olunan əksər kəllə qəndlərdə “sodium hidrosulfit” aşkarlandı” – deyə Eyyub Hüseynov bildirib.

24saat.org saytı məsələ ilə bağlı “Qızıl Tac” firmasının rəhbərliyi ilə əlaqə saxlayıb.

Firma rəhbərliyi qəndin tərkibinə “sodium hidrosulfit” maddəsinni vurulması ilə bağlı məlumatları təkzib edib. O bildirib ki, firmanın məhsulları yaxın vaxtlarda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb. Yoxlamaların nəticələri ilə bağlı sənədi təqdim etməsini istəsək də, hələlik redaksiyaya belə bir sənəd təqdim edilməyib.

24saat.org məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb və verilən cavabla bağlı əlavə məlumat dərc edəcəyik.

XƏBƏR LENTİ