Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

STP-də nələr baş verir: Emin Məmmədov idarəçiliyi, Leyla Babayeva hegemonluğu və… – VİDEO

Tarix:26-02-2019, 10:28 Baxış Sayı:189

STP-də nələr baş verir: Emin Məmmədov idarəçiliyi, Leyla Babayeva hegemonluğu və… – VİDEO

Emin Məmmədovun bərbad idarəçiliyi – STP ilə yanaşı “Expressbank”a da rəhbərlik edən Emin Məmmədovdan çox saylı şikayətlər var…

İnşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ən böyük layihə hesab oluna bilər. Hazırda özündə 17 zavodu birləşdirən böyük Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verildi. Əlbəttə, ökədə qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə və mənimsəmələrə yol verirlər. 2 il əvvəl “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin baş direktor vəzifəsinə Emin Yaşar oğlu Məmmədov təyin olunub. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlardan aydın olur ki, bu təyinat heç də uğurlu olmadı. Əksinə STP-dəki bərbad idarəetmə indiyə kimi davam etməkdədir.

Qeyd edək ki, STP ilə yanaşı “Expressbank”a da rəhbərlik edən Emin Məmmədovdan çox saylı şikayətlər var. Şikayətlərdə birmənalı olaraq bildirilir ki, Emin Məmmədov STP-yə baş direktor vəzifəsinə təyin olunandan sonra işçilərlə əmək münasibətləri Azərbaycan qanunvericiliyi ilə deyil, baş direktorun qoyduğu şərtlərlə tənzimlənir. Bu isə STP rəhbərliyinə imkan verir ki, STP-də işləyib, təcrübə toplamış işçiləri heç bir təcrübəsi olmayanlarla əvəz etsin. Təbii ki, bu prosesdən STP rəhbərliyi merkantil maraqları üçün yararlanır. Ötən ilin sentyabr-oktyabr aylarından başlayaq STP-dən yüzlərlə işçi müxtəlif səbəblərdən işdən çıxarılıb. Bu barədə işdən çıxarılmış işçilər məlumat verib.

Baş verənlərlə bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, “Sumqayıt Texnologiyalar Parkı”nın rəhbərliyi heç bir əsaslı səbəb olmadan təcrübəli işçilərlə vidalaşır, əvəzində isə STP-də məsul vəzifədə çalışanların yaxın adamları işə qəbul edilir. Bu günlərdə isə “STP-nin daha 5 təcrübəli əməkdaşı- Səfərov Anar, Ələsgərov Ələsgər, Süleymanov Elçin, Əliyev Vüqar və Talıbov Rafiq – işdən çıxarılıb. Belə ki, Avtoparkın müdiri işdən çıxarılandan sonra burda çalışan 5 nəfərin hamısı ilə bağlanmış müqavilələrə birtərəfli şəkildə xitam verilib. Və işçilərə heç bir kompensasiya verilməyib.

İşdən çıxarılmış işçilərin dediyinə görə, bütün bu qanunsuzluqlar STP-nin baş direktoru Emin Məmmədovdan qaynaqlanır: “Emin Məmmədov STP-də faktiki olaraq idaretməni həyata keçirmir. Avtoparkın müdiri Pərviz müəllimi vəzifədən azad ediblər. Bu səbəbdən də bizi də də sıxışdırmağa başlayıblar. Anar Səfərov və Elçin Süleymanovun müqaviləsinə xitam veriblər. Dispetçer Vüqar Əliyevin müqaviləsi aprel ayında bitməsinə baxmayaraq, ona da işdən çıxarmaq barədə təzyiqlər edilir. Artıq Vüqar Əliyevin yanvar ayından başlayaraq işə buraxmırlar. Dəfələrlə Vüqar Əliyevə işdən azad olunması üçün hədə-qorxu gəliblər. Emin Məmmədovun kollektivi idarəetmə bacarığı yoxdur. Bu səbəbdən də bütün işləri STP-nin Təhlükəsizlik Departamentinin rəisi Rüfət Ağamaliyev idarə edir. Rüfət Ağamaliyev də STP-də elə bir şərait yaradıb ki, hansı işçi ona “işverənlik” etmir, onu müxtəlif bəhanələrlə işdən azad etdirir. Bu işdə Rüfət Ağamaliyevin köməyinə Kadrlar Şöbəsinin müdiri Leyla Babayeva gəlir. Leyla Babayeva işçilərə müxtəlif təzyiqlər edir və onlardan işdən azad olunması üçün ərizələr alır. Birmənalı olaraq qeyd edirik ki, STP-ni Emin Məmmədov yox, Rüfət Ağamaliyevlə Leyla Babayeva idarə edir.. Kimi istəyirlər işə qəbul edir, kimi istəyirlər işdən azad etdirirlər”.

STP-də rəhbərliklə işçilər arasında münasibətlərin necə qurulduğunu göstərən səsyazılarından da hər şey aydın olur. Bildirək ki, cumhuriyyet.az təqdim olunmuş səsyazısında STP-nin Kadrlar Şöbəsinin rəhbəri Leyla Babayevanın işçilərə necə hədə-qorxu gəldiyi əksini tapıb: Daxil olmuş məlumatlarda STP rəhbərliyinin yol verdiyi maxinasiyalar və oğurluq faktları əksini tapıb. Növbəti yazılarımızda bu barədə geniş məlumat verməyə çalışacağıq…

XƏBƏR LENTİ