Anons

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

11-03-2019, 11:32 - Təbrik edirik cənab General!

11-03-2019, 10:55 - “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun göstərişidir, bütün şamaxılılar işdən azad edilsinlər”-VİDEO

27-02-2019, 10:07 - Salzburqda Xocalı şəhidləri anıldı

26-02-2019, 09:10 - Ermənilərin Qarabağda girov götürdükləri ruslar başlarına gətirilən müsibətləri danışırlar

25-02-2019, 15:28 - Nəsimiyə həsr olunan rəsm müsabiqəsi elan edildi - Mükafat 10 min manat

21-02-2019, 12:06 - Pulu saymağa 4 işçi ayrılıbmış… - 5,5 milyardlıq iş

20-02-2019, 09:14 - Azərbaycanın Dövlət Gerbindən istifadə qaydalarını müəyyən edən yeni qanun qəbul edildi

18-02-2019, 18:05 - Habil Vəliyevin anasının Prezidentə ürək parçalayan müraciəti…

18-02-2019, 11:03 - “Azərbaycanda nəinki bələdiyyə institutu, heç texnikumu da yoxdur” - Müqəddəs Mehdiyev

14-02-2019, 16:24 - Azərbaycanda DYP tələbəyə “avtobus sürücüsü” adı ilə 5 müxtəlif cərimə yazdı - FOTOLAR

14-02-2019, 10:54 - Azərbaycanda 17 min cəriməsi olan sürücülər var- ŞOK FAKT

12-02-2019, 09:59 - İpoteka Fondu ilə banklar arasında qalmaqal – Fondun rəhbərliyilə bağlı ŞOK iddialar…

11-02-2019, 11:26 - Ramil Usubov bu rayona rəis müavini TƏYİN ETDİ

11-02-2019, 11:20 - Qaradağ rayon 4 saylı uşaq xəstəxanasında “bazar qaydaları” dəhşətli görüntülər - VİDEO FOTO

8-02-2019, 18:21 - Bir xəyanətin hekayəsi... - Yaxud Orduxanlarla Aynur Camalı nə və ya kimlər bağlayır?!

7-02-2019, 21:02 - Respublika Klinik Xəstəxanasında ciddi qanun pozuntuları... - VİDEOFAKT

7-02-2019, 10:20 - Yasamal Bələdiyyəsində yaşananlar: Zakir Cəfərov qurumu dolandırmağı bacarmır

6-02-2019, 11:47 - “Əzizbəy KM” -MMC vətəndaşın 77000 min manatını mənimsəyərək onu evsiz qoyub - VİDEO

5-02-2019, 11:29 - Azərbaycanın "şanlı" məmuru Saleh Məmmədovun 22 yaşlı milyoner oğlu - FOTOFAKT

5-02-2019, 08:48 - “Metalistlər” ölkə başçısına necə yalan danışırlar? - Müstəqilliyimizə endirilmiş dəmir yumruq

4-02-2019, 09:43 - “Azərsu”ya qarşı şok iddia: “20 ədəd kanalizasiya quyusunun əvəzinə, cəmi 5 ədəd…” - VİDEO

4-02-2019, 08:59 - Adı MTN işində hallanan klinika rəhbəri TƏBİB-ə sədr gətirilir…

4-02-2019, 08:57 - KİVDF qərarını geri oxuyur – qəzetlərin maliyyələşməsi davam edəcək

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev:”Nə qədər insan ailəsinə qovuşacaq, körpələrin üzü güləcək”

Tarix:14-03-2019, 09:20 Baxış Sayı:45

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev:”Nə qədər insan ailəsinə qovuşacaq, körpələrin üzü güləcək”

«Bu il Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının 10-a qədər iclası keçirildi və 100-lərlə ərazilərə baxıldı».
Strateq.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir.
Onun vurğulamasına görə, Əfv Komissiyasının iclasları fevral ayının ortalarından mart ayının ilk ongünlüyünə kimi davam edib.
Ə.Nuriyevin sözlərinə görə, komissiyada gələn bütün müraciətlərə baxılıb.
O qeyd edib ki, müraciətlər tək cəza çəkənlərdən yox, habelə hüquq-müdafiə təşkilatları və məhkumların yaxınlarından da gəlib:
«Müraciət edənlərin arasında siyasi məhbus sayılan şəxslər də varmı?» sualını komissiya üzvü ad çəkmədən müsbət cavablandırıb: «Dediyim kimi, bütün kateqoriyadan olan məhkumların müraciətləri olub, bütün müraciətlərə baxılıb. Amma kimlərin həbsdən azad olunacaqları ölkə prezidentinin müstəsna səlahiyyətidir».
Əfv sərəncamının nə zaman veriləcəyinə gəlincə, Ə.Nuriyev bunları bildirib: «Bunu ancaq ölkə prezidenti bilir. Əfv sərəncamını imzalamaq da onun müstəsna səlahiyyətidir. Odur ki, əfv sərəncamının nə zaman imzalanacağı tarixi barədə heç nə bilmirəm. Amma aydın olan budur ki, yenə də nə qədər insan ailəsinə, valideynlərinə qovuşacaq, nə qədər körpələrin üzü güləcək».
Xatırladaq ki, Azərbaycanda buna qədər sonuncu əfv sərəncamı keçən il mayın 24-də 28 May – Respublika Günü ərəfəsində imzalanıb. Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzalanan həmin sərəncam 634 şəxsə şamil edilmişdi. Onlardan isə yalnız 12 nəfər siyasi məhbus siyahılarında yer alırdı.
Yerli hüquq müdafiəçilərinin hazırladıqları siyahılara görə, Azərbaycanda hazırda 130 civarında siyasi məhbus var.
Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XƏBƏR LENTİ