Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

Ehtiyata buraxılan hərbi qulluqçu bələdiyyədən şikayətçidir

Tarix:15-04-2019, 10:39 Baxış Sayı:143

Ehtiyata buraxılan hərbi qulluqçu bələdiyyədən şikayətçidir


Məlahət Yusifova:
“Bu qədər süründürməçilik olarmı?!”
Dövlət Sərhəd Xidmətindən yaşla əlaqədar ehtiyata buraxılmış hərbi qulluqçu Məlahət Yusifova məmur özbaşınalığından şikayətçidir. Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində, sonradan isə Dövlət Sərhəd Xidmətində, ümumilikdə 18 il qüsursuz xidmət etmiş M.Yusifova təqaüdə göndəriləndən sonra, nəhayət ki, kirayədə yaşamaqdan qurtulmaq qərarını verib.

Bunun üçün təqaüddə olan hərbçi xanım “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması ilə əlaqədar Səbayel Bələdiyyəsinə dəfələrlə müraciət edib: “Ailəm böyükdür, ona görə də dövlətin hərbi qulluqçulara verilməsini qanunla təsbit etdiyi torpaq sahəsi alıb ev tikmək istədik. Səbayel Bələdiyyəsi isə bildirir ki:”...onlara aid torpaqların hüdudları, növləri, ölçüləri və elektron xəritəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verildikdən sonra sizə torpaq sahəsi ayrılması məsələsinə baxa bilərik". Baxmayaraq ki, qanunvericilikdə hərbi qulluqçunun müraciət etdikdən sonra 6 ay müddətində torpaq sahəsi almaq hüququ olduğu göstərilir, iki ildir ki, bizim müraciətlərə baxılmır. Bu gün hamımıza bəllidir ki, ölkəmiz bütün sahələrdə qadınların fəal iştirakı sayəsində çox irəli gedib. Bu faktlar danılmazdır. 18 ildən artıq silahlı qüvvələrdə hərbi xidmət keçmişəm. Həyatımı bu sahəyə həsr etmişəm və yaş həddinə görə ehtiyata buraxılmışam. Dövlətimizin qəbul etdiyi qanunlara müvafiq olaraq torpaq sahəsi almaq üçün müraciət etdiyim orqanlar məni get-gələ salıb. Sözün əsl mənasında bürokratizmlə məşğuldurlar. Bu qədər süründürməçilik olarmı?! Belə ki, müraciətlərə Səbayel Bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov bildirir ki, onlara aid torpaqların hüdudları, torpaq növləri, ölçüləri, habelə elektron xəritəsi müəyyənləşdikdən sonra mənə torpaq sahəsi ayrılmasına baxıla bilər. Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini isə mənə bələdiyyələrə aid qanunları xatırladır. O, qanunları mənə xatırlatmaqdansa, dəvət edib istəyimə əsasən başqa bir bələdiyyədən fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmasına göstəriş verə bilərdi. Əgər baş idarələrdə oturan böyük məmurlar qadınların hüquqlarını belə pozurlarsa, yerlərdə fəaliyyət göstərən kiçik məmurlardan nə gözləmək olar?! Bu məmurlar bilərəkdən və ya bilməmizlikdən mənə torpaq sahəsi ayrılmasında maraqlı deyillər".

Ehtiyatda olan hərbçi xanım ədliyyə naziri, ədliyyə general-polkovniki Fikrət Məmmədova da müraciət edib: “Xahiş edirəm ki, müraciətimə baxılmasını nəzarətə götürüb, köməklik göstərsin. Prezident Administrasiyasına, Bələdiyyələrlə İş Mərkəzə ünvanlanan məktublarım bələdiyyəyə yönləndirilir, onlar da eyni məzmunlu cavabı verirlər. Bələdiyyələrlə İş Mərkəzi isə ünvanladığı cavablarda bildirir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Ədliyyə Nazirliyinin hər hansı bir səlahiyyəti yoxdur. Bəs bələdiyyə ilə bağlı şikayətimizi hara bildirək?! Əminəm ki, dövlət rəhbərliyinin bu özbaşınalıqlardan xəbəri yoxdur”.

M.Yusifova bələdiyyənin üzərinə ona torpaq sahəsi ayrılması öhdəliyinin qoyulması ilə bağlı 1 saylı İnzibatı İqtisad Məhkəməsinə də müraciət edib. Lakin məhkəmə iddianı əsas olmadan rədd edib. Halbuki rəddetmə haqda qərarda da, hərbçilərə qanunla bələdiyyələrin torpaq sahəsi ayırması da vurğulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçu bələdiyyədən şikayətçidir
Ehtiyata buraxılan hərbi qulluqçu bələdiyyədən şikayətçidir

XƏBƏR LENTİ