Anons

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

7-05-2019, 12:42 - Amerikada gözəllik yaradan azərbaycanlı xanım

7-05-2019, 10:37 - “Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…

7-05-2019, 10:33 - Azərbaycanlı qız “ölüm” reysindən necə qurtuldu?

7-05-2019, 10:12 - Düşmən atəşkəs rejimini yenə pozdu

7-05-2019, 10:10 - Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

6-05-2019, 12:31 - Ulu öndərə sadiq insan ( Telefonçu qız )

6-05-2019, 10:15 - DYPŞ polis mayoru Namik Məmmədov vətəndaşın hüquqlarını pozması iddiası ilə nazirə müraciət edildi - FOTO

2-05-2019, 16:15 - Səbuhi Abbasov “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi

2-05-2019, 16:07 - Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

2-05-2019, 15:58 - Cəlilabad təhsil şöbəsinin müdirinə ittiham - "... Bizimki sayı itirib"

30-04-2019, 03:45 - Yasamal DYP qəza şöbəsi vətəndaşı rüşvət vermədiyinə görə necə qəzanın günahkarı çıxarıb..?

30-04-2019, 02:28 - Priverdiyev bəlası bitdi, Balababa bəlasına start verildi..?

26-04-2019, 15:02 - AĞSUNUN QARA GÜNLƏRİ - Video

26-04-2019, 14:30 - Ağdam rayon 71 saylı tam orta məktəbdə Nazir necə aldadılır

Azərbaycanda kosmetoloq qızın burnunu çürütdü (FOTOLAR)

Tarix:19-04-2019, 14:15 Baxış Sayı:84

Azərbaycanda kosmetoloq qızın burnunu çürütdü (FOTOLAR)

Bakıda son zamanlar geniş yayılmış gel ilə burun düzəltmə adlı inyeksion rinoplastika az qala bir qızın burnunu itirməsi ilə nəticələnəcəkdi.

Rayonlardan birində burnuna kosmetoloq vasitəsilə filler dolğu etdirən 24 yaşlı qız 3 gün sonra burnunun qaraldığını görür. Kosmetoloquna zəng edib, bu barədə desə də, o "keçəcək, maz çək” deyib.

Lakin 5 gün sonra burnunun çürüdüyünü görən qız kosmetoloqa gedib, o isə gördüyü mənzərədən dəhşətə gələrək, pasiyenti tez Bakıya göndərib.

Pasiyent tanınmış həkim-kosmetoloq Sevinc Abdullayevanın müayinəsində olarkən məlum olub ki, qızın burnundakı əsas damara gel düşüb və burunda qanqren başlayıb.

Həkim Medicina.az-a açıqlamasında bildirib ki, xəstə 2 gün də gec gəlsəydi, burnu çürüyüb düşəcəkdi.

Azərbaycanda kosmetoloq qızın burnunu çürütdü (FOTOLAR)


"Belə prosedurları edən kosmetoloqlar həkim olub, anatomiyanı bilməlidir. Görünür, bu xanımda buruna dolğu edən kosmetoloqun tibbi təhsili yox imiş. Əgər kosmetoloq anatomiyanı bilmirsə, filler damara düşür. Damara gel düşdüyündən, qan dövranı dayanıb, burun toxumasında çürümə, qanqren başlayıb.

Əgər kosmetoloq professional həkimdirsə, damara düşəndə simptomlarla bunu görür və vaxtında tədbir görür.

Bu xanımda 5 gün idi ki, çürümə başlamışdı. Yaxşı ki, 6 gün sonra həkimə gəldi. Çünki 1-2 gün də geciksəydi, burnu çürüyüb düşəcəkdi. Əməliyyatla burun götürülməli, yeni burun yaradılmalıydı.

Xanım hər dəqiqə nəzarətimizdə idi. 2 gün içində çürüməni saxladıq. Hətta Ukraynadakı tanınmış estetik cərrahla danışmışdım, burunu göstərmişdim. O demişdi ki, əgər düzəlməsə, gəlsin bura, təmənnasız onu əməliyyat edib, yeni burun bərpa edərik. Yəni vəziyyət o qədər ciddi idi”.

Sevinc Abdullayeva apardığı müalicələr barədə qısaca olaraq onu deyib ki, gialuron turşusunun əks antidotu ilə damarda olan geri əridib. Daha sonra dərman preparatları və əlavə kosmetoloji prosedurlarla burunda sağalmaya nail olub.

Kosmetoloq həkim gənc xanımlara kosmetoloji prosedurları kimə etibar etdiklərini bilməyi tövsiyə edi:

”Həkim olmayan insana burun etibar etmək olmaz. Hər reklam olunan videoya, şəklə, ucuz qiymətə aldanmasınlar. Elə bu xanım da, qiymət ucuz idi deyə, həvəslənmişdi. Pula görə burnunuzu, dərinizi, dodağınızı itirə bilərsiz.

Fillerlə burun rinoplastikası manikür-pedikür deyil, saça boya qoymaq deyil. Bu proseduru yalnız və yalnız həkimlər etməlidir. Dırnaqarası sertifikatlı, kurs keçmiş kosmetoloqlara bu kimi prosedurları etdirmək təəssüf ki, belə ağır nəticələr verə bilər”.

Azərbaycanda kosmetoloq qızın burnunu çürütdü (FOTOLAR)
Azərbaycanda kosmetoloq qızın burnunu çürütdü (FOTOLAR)

XƏBƏR LENTİ