Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Qaradağda məscidlə bağlı qalmaqal... - İH susur, ancaq vətəndaş vasitəsi ilə icma sədrini savadsızlıqda ittiham edir

Tarix:26-05-2019, 14:21 Baxış Sayı:60

Qaradağda məscidlə bağlı qalmaqal... - İH susur, ancaq vətəndaş vasitəsi ilə icma sədrini savadsızlıqda ittiham edir

Bakının Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən məscidin ərazisinin hasarının icra başçısı Süleyman Mikayılovun göstərişi ilə sökülərək, ərazisinin alınması ilə bağlı qalmaqal davam edir.

Xatırladaq ki, Bakunews.az saytı "Yeni Müsavat"a istinadən bu braədə qalmaqalla bağlı dünən xəbər yayıb.

Həmin xəbərdə qeyd edilirdi ki, rayon icra başçısı Süleyman Mikayılovun göstərişi əsasında mayın 23-də əraziyə gələn İH əməkdaşları məscidin həyətyanı ərazisinin hasarını söküb. Söküntü prosesində icra başçısının müavini və arxitektor iştirak edib.

İH rəsmiləri sökülmə ilə bağlı icmaya hər hansı bir rəsmi sənəd təqdim etməyiblər. Bildirilib ki, bir neçə gün əvvəl əraziyə gələn rayonun icra başçısı məscidin ərazisinin geniş olduğunu, bu qədər ərazinin məscid üçün çox olduğunu deyərək əməkdaşlara ərazini kiçiltməyi göstəriş verib.

Məsələ ilə bağlı icma sədri Ramin Həsənli bildirib ki, "Qarabağ şəhidləri” adı verilmiş məscid Ümid qəsəbəsində 2000-ci ildə inşa olunub. 2009-cu ildə isə məscidin icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb və rəsmi status alıb.

İcma sədri deyir ki, 2012-ci ildə məscidin ərazisi qəsəbə bələdiyyəsi tərəfindən təsdiqlənib və 120 metr uzunluğu və 120 metr eni olmaqla ümumilikdə 1,44 hektar ərazi məscidə verilib. 2014-cü ildən isə məscid QMİ-nin balansına daxil olub. 2014-cü ildən sonra məscidin həyəti hasarlanıb və məscid yardımçı binalarla birlikdə icmanın balansında olub.

Çox maraqlıdır ki, rayon İcra Hakimiyyəti iddialara birbaşa deyil, qəsəbədə yaşayan şəxslərin adı ilə münasibət bildirib.

Belə ki, rayon İcra Hakimiyyətinin həmişə saytlara press-reliz göndərilən poçtundan (Qaradağ Rayon İcra Hakimiyyətixeberlerimiz@gmail.com) Mia.az-a Ümid Qəsəbə sakini Ceyhun Abdullayevin adı ilə təkzib məktubu daxil olub.

Həmin şəxs iddia edib ki, Ümid qəsəbə məscidinin icma sədri Ramin yalan danışır, ictimaiyyəti çaşdırır: "Onun savadsızlığı ucbatından 14 sot torpaq sahəsi videoda 1,4 hektar kimi göstərilir...

Qaradağ rayonunun Ümid qəsəbəsində qəsəbə Məscidi 2000-ci ildə bələdiyyə tırıfindın ayrılmış torpaq sahəsində tikilmişdir. Orada məscid, ölü meyidi yuma yeri, sanitar qovşağı və digər yardımçı binalar inşa olunmuşdur.

İcma sədri Raminin müsahibəsi ilə bağlı bildirirəm ki, zəbt olunmuş torpaq boşaldılıb.

Hal-hazırda məscidin ərazisi çox genişdir. Qeyd edim ki, artıq musavat.com saytinda rəsmi cavab yerləşdirilib və Qafqaz müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə rəsmi nümayəndəsi bu məsələ ilə bağlı münasibət bildirib.



İcma sədrini narahat edən isə onun istifadəsində olan qanunsuz 1 ha torpaq sahəsinin zəbtdən azad olunaraq, dövlətə qaytarılmasıdır.

Məscid isə yerindədir, sökülməmişdir və bu məscidin Qarabağ qaziləri adına olmasını ilk dəfə bu videodan eşitdim".

Qəsəbə sakini iddia edib ki, bu barədə bəzi saytlarda yayımlanan məlumatlar yalandır.

XƏBƏR LENTİ