Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Azərbaycanda rüşvət alan müəllimlər universitetdən qovulublar – Rektor

Tarix:4-06-2019, 15:30 Baxış Sayı:73

Azərbaycanda rüşvət alan müəllimlər universitetdən qovulublar – Rektor

Axar.az "Rektor saatı” rubrikasında Azərbaycan Texnologiya Universitetinin rektoru, texnika elmləri doktoru, professor Akif Süleymanovla söhbəti təqdim edir:

- Akif bəy, əvvəlcə universitetin yaranma tarixindən danışaq.

- 1970-ci ildə Heydər Əliyev Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Kirovabad (indiki Gəncə) filialını yaradıb. Kadra ehtiyac çox olduğu üçün 1980-ci ildə Krasnodar Politexnik İnstitutunun Bakı filialı, həmçinin S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası” ixtisası bu instituta birləşdirilib. 2000-ci ildə institutun profili yüksəldilərək universitet statusu verilib və Azərbaycan Texnologiya Universiteti adı verilib. Əvvəllər də bu universitet təkcə Azərbaycan üçün deyil, Rusiya, Dağıstan və digər qonşu dövlətlər üçün kadr hazırlayıb. O dövrdə buraya qəbul olmaq, oxumaq çox vacib idi. ATU-da 7000-ə qədər tələbə vardı. Təəssüf ki, SSRİ dağılan zaman müəssisələr bağlanıb və kadra tələbat azalıb. Bunun üçün də mühəndis, texnoloqa ehtiyac olmayıb. Get-gedə universitetin statusu aşağı düşməyə başlayıb və tələbələrin sayı 2000-ə qədər azalıb. Hətta bu universitetin statusu başqa bir təhsil müəssisəsinə birləşdirilməsinə qədər düşmüşdü. Universitetin buraxdığı kadrlara artıq ehtiyac yox idi və keyfiyyət də aşağı düşmüşdü. Lakin universitetin inkişaf tarixinə baxanda görmək olar ki, bu, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətilə bağlı olub.

- Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla ATU-ya rektor təyin edildiniz. Universitetdə hansı ilklərə imza atmısınız?

- Mən Azərbaycan Texnologiya Universitetinin ağır vəziyyətində buraya gəlmişəm. Təhsilin inkişafı dövlət strategiyası ilə eyni vaxta düşdü.

2013-cü ildən universitetimiz inkişaf etməyə başladı. Müəssisələr fəaliyyətini bərpa etdi və texnoloqlara ehtiyac yarandı. İndi texnologiyanın bir çox sahəsi bu universitetdə tədris edilir. Təhsilin keyfiyyəti, müəllim-tələbə münasibəti önəmlidir. Fəaliyyətimin ilk dövrlərində də mən müəllimin tələbəylə dost olmasının önəmini hər zaman vurğulamışam. Tələbələrin davamiyyəti düzəldi, müəllimlərin bilik və bacarıqları yoxlanıldı. Tələbələrdən rüşvət alan müəllimləri universitetdən uzaqlaşdırdıq. Buraya gələndə gördüm ki, xeyli struktur bölməsi var və heç bir iş görmürlər. 300-ə yaxın süpürgəçi var idi. İnsan kapitalının optimallaşdırılması prosesini həyata keçirdik. Maddi-texniki bazanı düzəltdik. Universitetdə internet yox idi. Texnologiya Universitetini internetsiz təsəvvür etmək olmaz. Bu gün universitetimiz yüksək sürətli internetlə tam təmin olunub. İstilik sistemini bərpa etmişik. Bundan başqa, iki yataqxanamız var idi. Əvvəllər orada qaçqınlar yaşayırdı. İndi onu öz hesabımıza təmir etdiririk, tələbələrin bu yataqxanada yerləşməsini həyata keçiririk.
Artıq burada oxumaq istəyən tələbələr çoxluq təşkil edir. Hər il komissiyamız gənclərin müəllim vəzifəsinə qəbulu üçün müsabiqə keçirir. Biz kadr hazırlığına, xarici dil bilən, beynəlxalq təcrübəsi olanlara xüsusi önəm veririk. Dərs vəsaitlərimiz də təkmilləşdirilir. Proqramlarımız ikili diplomlara uyğun tərtib edilir. Azərbaycanda Texnologiya Universiteti bu gün ən modern universitetlər siyahısındadır. Bu universitet məzunlarından 7-si icra başçısıdır. Bu gün ATU-nun həm daxili, həm xarici əlaqələri genişlənib. Hər il universitetdə beynəlxalq konfranslar keçirilir.

- Bu konfranslar tələbələrə nə qazandırır?

- Bu il elmi-praktiki əhəmiyyəti olan "Qida və yüngül sənayenin aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirdik. Burada bizim güclü tərəfdaşlarımız var idi. Konfransda elə ideallar səsləndirilir ki, onlar birbaşa istehsalata gedir. Universitetin bu konfransda iştirak etməsi üçün əvvəlcə onun nailiyyətləri, elmi potensialı olmalıdır.

Beynəlxalq əlaqələrimiz olduğu üçün biz tələbəni yalnız Azərbaycan üçün hazırlamırıq. Onların diplomlarının digər ölkələrdə də tanınması və beynəlxalq standartlara uyğun olması önəmlidir. Belə beynəlxalq konfranslar da buna xidmət edir.

- Universitetə qəbul olanların sayında dəyişiklik varmı? Ümumiyyətlə, burada təhsil almaq üçün tələb olunan minimum bal nə qədərdir?

- Bu il universitetə qəbul olanların sayı 40 faiz artdı. Gələn il bu göstəricinin daha da yaxşı olması üçün çalışırıq. Əvvəllər qəbul imtahanından ən aşağı bal toplayanlar bizim universitetə üz tuturdu. Artıq buraya 300-dən yuxarı bal toplayanlar qəbul olur.

Hətta 500-dən, 600-dən yuxarı bal toplayan bəzi abituriyentlər də bizi seçir. Universitetimizdə təhsil alan tələbələr üçün əlavə təqaüd sistemi də yaratmışıq. Elmi şuranın qərarı ilə hər fakültədən ən yaxşı oxuyan 3 nəfərə rektor təqaüdü təyin etmişik. Bu təqaüdün tələbə üçün böyük əhəmiyyəti var.


- Akif bəy, 2020-ci ildə universitet 50 illiyini qeyd edəcək. Gələcək üçün hansı planlarınız var?

- Əsas vəzifəmiz Texnologiya Universitetinin reytinqini artırmaqdır. Bu gün universitetin tədris sahəsinin daha da genişləndirilməsi, tələbələrin, kadrların sayının artırılması üçün tədbirlər görürük. Biz Gəncədə bir çox işimizlə digər təhsil müəssisəsindən öndəyik və onlara nümunəyik.

- Hansı xarici universitetlərlə əməkdaşlıq edirsiniz?

- Çoxdur, amma onlardan əsasları Türkiyədəki Rəcəb Tayyib Ərdoğan Universiteti, Rusiyada Nijni Novqorod Dövlət Universitetidir. Tələbələrimiz bu universitetlərə biliklərini daha da artırmaq üçün üz tuturlar.

- Bəs yerli şirkətlər sizinlə əməkdaşlıq edirmi?

- Bakı Beynəlxalq Dəniz Ticarət Limanı müəssisəsi var. Bu, neft layihəsinə bərabər layihədir. Havadan sudan, qurudan gələn yüklər Azərbaycandan keçir.

Bizim coğrafi mövqeyimiz buna imkan verir ki, bu yükləri daha tez mənzil başına çatdıraq. Əvvəl bir aya gedən yüklər artıq 3 günə danışacaq. "Port Baku” şirkəti bizim universitetdə laboratoriya yaradıb. 10 tələbəmizi müasir texnologiyaları öyrənmək üçün xaricdə təhsil almağa göndərdilər. Oranın mütəxəssisləri də bizim tələbələrimizə təlim keçirlər və öz müəssisələrinə dəvət edirlər. Belə bir müəssisə bizimlə birlikdə çalışır. Bir çox şirkətin bu gün bizim universitetə böyük marağı var. Yuxarı kurs tələbələrimiz bizimlə əməkdaşlıq edən müəssisələrdə artıq yarımştat işə götürülür.

- Azərbaycan Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilmək üçün lazım olan standartlara cavab verir?

- Universitetin publik hüquqi şəxsə çevrilməsi üçün strukturlarda, müəssisələrdə interqasiya getməlidir. Mənə elə gəlir ki, Texnologiya Universiteti publik hüquqi şəxsə çevrilə bilər.

XƏBƏR LENTİ