Anons

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

9-05-2019, 10:59 - Baxça müdirəsi deputat və icra başçısı, müavin tərəfindən müdafiə edilir - İDDİA... MASALLIDA

Texniki Universitetinin “İstilik energetikası” kafedrasının əməkdaşları Mehriban Əliyevaya məktub yazdılar

Tarix:11-06-2019, 16:15 Baxış Sayı:36

Texniki Universitetinin “İstilik energetikası” kafedrasının əməkdaşları Mehriban Əliyevaya məktub yazdılar

Azərbaycan Texniki Universitetinin "İstilik energetikası” kafedrasının əməkdaşları Mehriban Əliyevaya məktub yazıblar.

Anews.az məktubu sizə olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının vitse prezidenti Xanım Mehriban Əliyevaya

Hörmətli Mehriban xanım!

Sizin obyektiv, ziyalı və çox gözəl bir xanım olduğunuzu bilərək yenidən Sizə müraciət etmək qərarına gəlmişik. Ötən məktubumuzda biz Sizə kafedramızda baş verən hadisələri yazaraq nəzərinizə çatdırmışdıq. Bütün özbaşınalıqlarıyla "İstilik energetikası” kafedrasının müdiri Əzizova Lalə Ə. və Talıbov Misirxan A. hələ də əlbir olaraq rahat və sakit halda öz işlərinə davam edirlər. Özlərini elə aparırlar ki, elə bil hər şey belə də olmalıdır.

Qeyd edək ki, ötən məktubumuzdan sonra AzTU-nun rektor əvəzi X.Yahudov kafedra əməkdaşlarını toplayaraq iclas təşkil etdi. Təşkil olunan bu iclas videoçəkilişlə olmaqla 3,5 saat davam etdi. İclasda bir çox qaranlıq olan məsələlər aydınlaşdırıldı. Yəni, hər kəs mövcud vəziyyətə, abu havaya olan narazıçılığını dilə gətirdi. Əslində inanmırıq ki, iclasın video görüntülərini Sizə göndərmiş olsunlar. XaliqYahudov tapşırıq verdi ki, məktubu yazan tapılaraq cəzalandırılsın. Biz öz haqqımızı tələb ediriksə niyə cəzalandırılmalıyıq ki?

Xaliq Yahudov problemin tezliklə həll olunacağına söz versə də hələ də problem aktual olaraq qalır. Burdan belə bir nəticə ortaya çıxır ki, Xaliq Yahudov ya öz vəzifəsini yetərincə yerinə yetirmir ya da bu işdə onun da maddi marağı var. Korrupsiyayla bağlı ortaya qoyulan faktlardan sonra Misirxan A.Talıbova töhmət verilsə də bu töhmət sənədi gizlədilir. Halbuki, haqsız yerə töhmət verilən digər müəllimlərin töhmət əmri bütün Universitet kafedralarına paylanmışdı. Həddindən artıq korrupsiyaya bulaşmış Lalə Ə.Əzizova, Misirxan A.Talıbov cütlüyünün isə işləri tam olaraq qaydasında davam edir. Pul müqabilində (700 manat diplom, 100 manat praktika) tələbələrə buraxılış işlərinin yazılması hələ də davam edir.

Bununla yanaşı Misirxan A.Talıbova töhmətin verilməsindən sonra kafedrada yeni tam ştat professor vəzifəsinə seçkisinin keçirilməsi üçün elan verilib. Maraqlısı da budur ki, həmin vakant professor vəzifəsi sırf Misirxan A.Talıbov üçün ayrılıb. Bu işdə isə Misirxan A.Talıbova Xaliq Yahudov özü yaxından koməklik göstərir. Korrupsiya çirkabında itib batan birisinin Universitetimizdə professor vəzifəsinə seçilməsi isə ulu öndərimiz H.Əliyevin təhsilə göstərdiyi qayğıkeş siyasətinin təmamilə məhv edilməsi deməkdir. Biz isə buna öz etirazımızı bildiririk. Hörmətli prezidentimizin siyasətini dəstəkləyirik və bizim bu problemimizin tezliklə həll olunacağına ümid edirik.

Sizdən xahiş edirik ki, bizi bu bəladan tezliklə qurtarasınız. Yuxarıda adları çəkilən cütlüyü kafedramızdan uzaqlaşdırasınız.
Kafedra əməkdaşları ümid edir ki, Sizin köməyiniz sayəsində kafedrada haqq ədalət bərpa olunaraq sağlam iş şəraiti yaradılacaqdır.

Sizə dərin hörmətlə:
Azərbaycan Texniki Universitetinin "İstilik energetikası”
kafedrasının əməkdaşları

XƏBƏR LENTİ