Anons

Bu gün, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

14-05-2019, 13:30 - Həkim Qafar Cəfərov vətəndaşı yaraladı, Polisin hərəkətsizliyindən Prezidentə şikayət edildi -Foto

Abşeron rayon sakinləri “Azərsu ASC”in qarşısında etiraz aksiyası keçirdi-Video

Tarix:14-06-2019, 12:30 Baxış Sayı:88

Abşeron rayon sakinləri “Azərsu ASC”in qarşısında etiraz aksiyası keçirdi-Video

Su həyat mənbəyidir. Susuz həyatda yaşamağı təsəvvür etmək belə olmur. Ta qədim zamanlarda köçəri həyat yaşayan qəbilə və tayfalar,yaşayış üçün məntəqə seçdikdə,hər zaman su olan ərazidə düşərgə salardılar. Bir sözlə desək su həm bitkilərə,həm heyvanlara və ən əsası isanlara vacib olan bir nemətdi. Dövlətimiz müstəqilliyi əldə etdikdən sonra bir çox şəhər,rayon və kəndlərdə içməli suyla insanları təmin etmək üçün,müxtəlif texniki avadanlıqlar quraşdıraraq əhalini su ilə təmin etmişdir.

Bu isə məsələnin tam həlli demək deyil. Ölkə əhalisinin sayı günü-gündən artır və belə olduğü təqdirdə yeni kənd və qəsəbələr salınmaqdadır. Məhz bunun üçündə ilk öncə su,işıq və qazın olması vacib şərtlərdən biridir. Düzünü desək bu gün yaşayıyış üçün müəyyən olunan ərazilərdə, qəsəbə və kəndlərin salınması düşünülməmiş formada salınır. Məlumdur ki,qəsəbə və kəndlər salındıqda ilk öncə oranın kommunikasiya sistemin, ( işıq,qaz və suyu ) təmin olunmalıdır.

Bəs görəsən bu belədirmi. DogruXeber.az informasiya agentliyinin redaksiyasına bu haqda çox saylı şikayət xarakterli məktublar daxil olmaqdadır. Həmin şikayətlərdən birini sizlərin diqqətinə çatdırırıq. Belə ki,Abşeron rayon Novxanı qəsəbəsi qurd dərəsi adlanan ərazidə yaşayan bir qurup sakinlər,”Azərsu ASC”-in qarşısına yığışaraq öz etirazlarını bildirmişdilər.

Sakinlərin sözlərinə görən bir neçə ildir ki,sudan əziyyət çəkirlər. “Dəfələrlə “Azərsu ASC”-nə müraciət etmişik, amma bizim müraciətlərimizə məhəl qoymurlar. Hətta yaşadığımız məntəqəyə çəkilən su borusunu da öz vəsaitimiz hesabına çəkdirmişik.” Çarəsiz durumda qalan sakinlər nə edəcəklərini bilmirlər. Qeyd edək ki,sakinlərin “Azəru ASC”-in qarşısında etiraz etdikləri vaxt, qurumdan iki sakini qəbul edərək məsələnin mahiyyətini öyrəniblər. Qəbulda olan sakinlər bildirib ki,qurumdan dedilər ki,sabah əraziyə mütəxəsislər gəlib məsələni yoluna qoyacaqlar.

Bu gün redaksiyamızla əlaqə saxlayan qəsəbə sakinləri bildirib ki,azərsudan bir qurup şəxs gəlib,bizə bildirdilər ki, əsas girişdən su nasosu qoyulmalıdır ki,nasos gücüylə suyun gəlməsi təmin olunsun. Əks halda su gəlməyəcək. İndi su nasosu yoxdur ki,əhali suyla təmin olunsun. Yerli sakinlərin sözlərinə görə aidiatı qurumlar məsələnin həllini bir-birilərinin üzərinə ataraq əhalini susuz qoyublar.

Ölkə Prezidentinin daxildə və xaricdə apardığı uğurlu siyasətə kölgə salan bir sıra dövlət qurumları var ki, onlarda biridə “Azəru ASC” dir. Bu sözləri deyən qəzəbli qəsəbə sakinləri,məsələ qısa müddət ərzində həll olunmadığı halda Prezident aparatının qarşısında aksiya edəcəklərini bildiriblər.

P.S. Düşünürük ki,hər bir halda “Azərsu ASC” ti əhalinin su ilə təmin etməlidir.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq:/dogruxeber.az/

XƏBƏR LENTİ