Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

10 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür: “Pul silməkdən başqa bir şey deyil”

Tarix:12-07-2019, 10:45 Baxış Sayı:42

10 milyonluq dəftərxana “xərci” qalmaqalı böyüyür: “Pul silməkdən başqa bir şey deyil”

Ucar Rayon Mərkəzi Xəstəxanasının bir illik dəftərxana xərclərinə 10 milyon manatlıq tender elanı və bu tenderi "Köçəkli” MMC tərəfindən qazanılması ilə bağlı xəbərlər mediada müzakirə olunur. Mütəxəssislər bu məbləğdə dəftərxana xərcinin qeyri-mümkün olduğunu bildirdilər.
Mövzu ilə bağlı "Yeni Sabah”a açıqlama verən keçmiş deputat, ekspert Nazim Bəydəmirli də 10 milyon manatı bir ildə bir xəstəxanada dəftərxana işlərinə xərclənməsini mümükünsüz hesab edir. O bildirib ki, bu, pul silmək ilə bağlı bir əməliyyatdır və bu əməliyyat yalnız qurum sahibinin şəxsi biznes marağına xidmət edir.

Ekspert vurğulayır ki, Azərbaycanda tenderlərin yalnız kağız üzərində baş verdiyi haqqında hətta orta sinif şagirdlərinin də məlumatı var: "Çox təəssüf edirəm ki, dövlət satınalınmaları haqqında qanun olsa belə əməl olunmur. Hətta bununla bağlı agentlik də var idi. Bu barədə kifayət qədər danışılıb, həm Milli Məclisin deputatları, həm də müxtəlif ekspertlər tərəfindən.

Bununla bağlı jurnalist araşdırmaları da var və bu jurnalist araşdırmalarında sübut olunub ki, "Azərişıq”ın rəhbəri, "Azərsu” rəhbəri yeni təyin olunan zaman bir ayda yeni yaradılmış şirkətlərə, öz yaxın qohumlarının, öz ailə üzvlərinin şirkətlərinə 100 milyon manatlarla olan tenderləri vermişlər. Qanunvericilik birbaşa bu sahədə təcrübəsi olmayan, işləməyən şirkətlərin belə tenderdə iştirakını qadağan edir.

Təbii ki, hər bir belə fakt araşdırılmalıdır. Qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır və dövlətə vurulmuş ziyan ödənilməlidir. Necə ki, biz hər il şahidi oluruq, Hesablama Palatasının müvafiq hesabatlarında büdcə vəsaitlərinin hesablanması ilə bağlı çox təəssüf edirik ki, çox xırda rəqəmlər səsləndirilir. Bu rəqəmlər açıq-aşkar cinayət məsluyyəti yaradırki, bu da ən uzağı hər hansı bir məmurun işdən kənarlaşması faktı ilə nəticələnir.

Əlbəttə ki, bütün ölkələrdə korrupsiyaya meyl var. Amma Azərbaycanda "məmur sahibkarlığı” adlandırılan məfhum bütün sahələri iflic vəziyyətə salıb. Həmin tenderlerdə dövlət vəsaiti mənimsəmək, vəsaiti şəxsi məsələlər üçün istifadə etmək və pul silməkdən başqa bir şey deyildir.

İndi bütün hesabatlar elektron formada verilir. Ayrıca bir informasiya texnologiyalarından istifadə bu xərcələri azaldıb. Mən burda aylıq xərcin heç 100 AZN-i keçmədiyi qənaətindəyəm.

Bizim klinika balaca klinikadır, sosial kilinikadır. Bu dəftərxana xərclərinin üzərinə kortic dəyişdirilməsi xərclərini gəlsək belə, çox cüzi xərclərdir. Bu xərclər heç ümumi xərclərin 1%-i də deyil. Müqayisə etmək lüzumsuzdur.

Özünə hörmət edən orqanlar bürokratiyanı azaltmalıdırlar. Bundan əlavə çalışırıq ki, dövlət satınalmaları sahibkarlar tərəfindən bölüşdürülsün. Deyək ki, hər hansı bir saytın satın alınması adı altında müxtəlif tenderlər keçirirlər və burda katastrofik, astronamik qiymətlər ortaya çıxır. Milyonlarla manatlar hansısa saytın, informasiya resurslarının yaradılmasına xidmət edir. Mən başa düşürəm ki, bəzi dövlət orqaqnları təhlükəsizlik məqsədilə vəsait xərcləyə bilər və bu lazımdır. Ancaq bunlar milyonlarla manatlarla ölçülməməlidir”.

XƏBƏR LENTİ