Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Dövlət İmtahan Mərkəzi KİV-ə müraciət edib

Tarix:5-09-2019, 19:30 Baxış Sayı:51

Dövlət İmtahan Mərkəzi KİV-ə müraciət edib

Dövlət İmtahan Mərkəzi kütləvi informasiya vasitələrinə müraciət edib.

ONA-nın xəbərinə görə, DİM-in yaydığı müraciətdə bildirilir ki, Mərkəz hər il qəbul kampaniyası başa çatdıqdan sonra ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə səviyyəsində, həm də ayrı-ayrı bölgə və məktəblər üzrə göstəriciləri, eləcə də abituriyentlərin ayrı-ayrı fənlər üzrə nəticələri, onların müxtəlif ixtisas qruplarına meyil və maraqları, ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri, yüksək və zəif göstəricili rayon və məktəblər, ali məktəblərin reytinqi, magistraturaya və rezidenturaya qəbulun nəticələri, həmçinin ümumtəhsil müəssisələri şagirdlərinin buraxılış imtahanları üzrə nəticələri və s. məsələlərə dair əhatəli elmi araşdırmalar aparır və "Abituriyent” jurnalının 12 saylı buraxılışında dərc edir: "2019-cu ilin qəbul kampaniyası hələlik başa çatmayıb və bu ilə aid nəticələrin analizinin ilin sonlarında tamamlanması və "Abituriyent” jurnalının 12 saylı buraxılışında nəşr olunması nəzərdə tutulur. 2018-ci il, həmçinin son 8 ilin nəticələrinin əks olunduğu jurnalları, ödəniş etmədən DİM-in saytının Fəaliyyət>>Tədqiqat>>Statistik təhlil bölməsindən əldə edə bilərsiniz".

Məlumatda qeyd olunur ki, dünən sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında tələbə qəbulu nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbulolma faizinə görə ən yüksək nəticə göstərən 20 bölgəyə aid yanlış məlumatlar, faiz göstəriciləri yayılıb: "Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, kiminsə Facebook profilində verilən informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər. Dövlət İmtahan Mərkəzi fəaliyyət müddəti ərzində daim ictimaiyyətə, xüsusilə kütləvi informasiya vasitələrinə qəbul kampaniyasının bütün gedişi, mərhələləri, istiqamətləri barədə operativ məlumat təqdim edilməsinə böyük önəm verib. Təqdim olunan sorğulara mümkün qısa vaxt ərzində cavab verilir. Cəmiyyətin maraqlarını daha operativ şəkildə təmin etmək çoxsaylı informasiya sorğularını azaltmaq məqsədilə ən vacib məlumatlar DİM-in saytı və nəşr etdiyi jurnallar vasitəsilə dərhal verilir.

Lakin digər rəsmi olmayan mənbələrdə verilən hər hansı bir məlumatı dərc etməmişdən öncə onu ilkin informasiya sahibi ilə dəqiqləşdirmək hər birimizin vəzifə borcu olmalıdır. Xüsusilə statistik məlumatlar paylaşılarkən diqqətli olmaq lazımdır. Böyük məlumat bazasına malik olmadan, dərin elmi-statistik təhlillər aparılmadan bu tip göstəricilərin qısa vaxt ərzində müəyyən edilməsi mümkün deyil. Kiminsə Facebook profilindən yanlış məlumatı götürərək onu informasiya sahibi ilə dəqiqləşdirmədən birbaşa paylaşmaqla gələcəkdə yarana biləcək məsuliyyəti nəzərə almalıyıq.
Bir daha qeyd edirik ki, bu ilə aid imtahan nəticələrinin elmi-statistik təhlili qəbul kampaniyası tam başa çatdıqdan sonra aparılacaq və nəşr olunacaqdır. Sosial şəbəkələrdə imtahan nəticələrinə əsasən qəbulolma faizinə görə ən yüksək nəticə göstərən bölgələrlə bağlı yayılan rəqəmlər və faiz göstəriciləri yanlışdır.

Bu məlumatlar 2018-ci ilin müvafiq göstəriciləri ilə də uyğunluq təşkil etmir".
2018-ci ilin imtahan nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbulolma faizinə görə 10 ən yüksək və ən aşağı nəticə göstərən bölgələrin siyahısı "Abituriyent 12” (2018-ci il) jurnalının 141-ci səhifəsində Cədvəl 1.68 və 1.69-da verilib. Orada, həmçinin Respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin (2018-ci il və əvvəlki illərin məzunları) ali təhsil müəssisələrinə qəbulolma göstəriciləri 1.70 saylı cədvəldə təqdim edilib (səh.142). Bütün bölgələr üzrə 2018-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrinin geniş təhlili isə jurnalın 185-242-ci səhifələrində verilib.

DİM KİV nümayəndələrinin nəzərinə çatdırıb ki, qeyri-rəsmi mənbələrdən götürdükləri məlumatları DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər.

XƏBƏR LENTİ