Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Mübariz İbrahimov haqqında statusla bağlı ekspertizanın rəyi açıqlandı: "Şərəfini ləkələyib"

Tarix:10-10-2019, 21:32 Baxış Sayı:34

Mübariz İbrahimov haqqında statusla bağlı ekspertizanın rəyi açıqlandı: "Şərəfini ləkələyib"

Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təyin edilən ekspertizanın nəticəsi açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elçin İsmayılov psixoloq Nərmin Şahmarzadənin "Facebook"da Mübariz İbrahimov haqqında yazdığı fikirlərlə bağlı rəyini verib. Həmin rəy həm Nərmin Şahmarzadənin özünə də göndərilib, Ş.İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmova da təqdim olunub.

Mübariz İbrahimov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı
"... öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "... Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardır",- deyə rəydə yazılıb.

Oktyabrın 10-da məhkəmədə ekspertin rəyi müzakirə olunmalıydı, lakin N.Şahmarzadə məhkəmə prosesinə gəlmədiyinə görə mümkün olmayıb. Hakim bildirib ki, oktyabrın 21-də keçiriləcək növbəti məhkəməyə də gəlməsə, onun haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.

Ramil Rüstəmov Ramil Rüstəmov
Milli Qəhrəmanın anasının vəkili Ramil Rüstəmov Bizimyol.info-ya bildirib ki, ekspertiza rəyi obyektivdir: "Bu rəydən sonra onun cinayət məsuliyyətinə cəlb olunması labüddür. Çünki ortada rəy var ki, Milli Qəhrəman təhqir olunub".

Ş.İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini - həbs olunmasını istəyir.

N.Şahmarzadə isə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, ötən il dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb.

Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

Onun meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.

XƏBƏR LENTİ