Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

İMAM SƏCCADIN (Ə) ŞƏHADƏT GÜNÜDÜR!

Tarix:26-10-2015, 12:58 Baxış Sayı:651

İMAM SƏCCADIN (Ə) ŞƏHADƏT GÜNÜDÜR!

Bəzi rəvayətlərə əsasən bu gün vilayət səmasının 4-cü parlaq ulduzu İmam Əli bin Hüseynnin (ə) (Zeynul-Abidin, Səccad) şəhadət günüdür. Bu münasibətlə başda Əhli-beytin qaimi Hz. Məhdi (ə.f.) olmaqla bütün müsəlmanlara baş sağlığı veririk.

İmam Səccad (ə) hicrətin otuz səkkizinci ilində dünyaya gəlmişdir. Uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. O, təxminən iki il babası Əlinin (ə) hakimiyyət illərini görmüş, ondan sonra isə on il əmisi Həzrət Həsənin (ə) İmamət dövrünü dərk etmişdir. İmam Həsən (ə) bu on ilin yalnız altı ayını zahiri hakimiyyət başında durmuşdur. Hicrətin əllinci ili İmam Həsənin (ə) şəhadətindən sonra Müaviyənin hakimiyyətinin möhkəmləndiyi bir dövrdə onunla mübarizə aparan İmam Hüseyn (ə) ilə on il çiyin-çiyinə durmuşdur. Hicrətin altmış birinci ilinin məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada olmuşdur. Kərbəla faciəsindən sonra digər Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o, müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O, bu səfər zamanı öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etdi və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamağa başladı. Nəhayət hicrətin doxsan dörd, ya da doxsan beşinci ili zəhərləndirilməklə şəhadətə qovuşdu. O Həzrət Bəqi qəbiristanlığında əmisi İmam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur.

Kərbəla facisindən sonra İmam Səccad (ə) təbliği, tərbiyəvi və qeyri-müstəqil bir mübarizə silsiləsinə başladı. Hakim istibdadın heç xəbəri də olmadan bir sıra fəaliyyətlər həyata keçirdi Bu fəaliyyətlərin ən mühümlərini aşağıdakı bölmələrdə xülasə etmək olar:

Tələbələr yetişdirmək
İmam Səccadın (ə) bəyanatlarından başqa bir nümunəsi o Həzrətin ən yaxşı və ən yaxın dostlarından olan Əbu Həmzə Sumalinin rəvayət etdiyi xütbədir. Bu xütbə nisbətən geniş xütbədir. Xütbənin mətnindən məlum olur ki, İmam(ə) onu ardıcıllarının və xüsusi dostlarının yanında söyləmişdir. İmam xütbənin əsnasında buyurur: "Allah biz və sizi zalımların hiyləsindən, paxılların zülmündən və yağıların zorakılığındın qorusun. Ey möminlər! Dünya dalınca olan, ürəklərini dünyaya bağlayan, dünyaya qəlbən bağlanan, onun dəyərsiz və gəldi-gedər nemətlərinə aldanan şeytanlar sizi aldatmasın... Canıma and olsun, keçmiş günlərdə bir sıra hadisələri arxada qoydunuz və fitnə-fəsaddan uzaq oldunuz. Daima azğın və bidətçilərdən uzaqlaşırdınız. İndi də Allahdan kömək istəyin və Allaha , indiki hakimlərdən ləyaqətli olan Allah hüccətinə tərəf qayıdın.
... Allahın qanununu, Allah itaətlərini vacib edən şəxslərə (İmamlara) itaət etməyi hər şeydən üstün tutun. Dünyaya aldanıb ona aşiq olan şeytanların itaətini heç vaxt Allah və İlahi hüccətlərin itaətindən üstün tutmayın... Günahkar və azğın adamlarla oturub-durmayın, zalımlarla həmkarlıq etməyin, fasiqlərlə əlaqədə olmayın və onların fitnə-fəsadından uzaq olun. Onlardan uzaqlaşın və bilin ki, Allah övliyaları ilə müxalifətçilik edən, Allahın dinindən başqa dinə itaət edən və İlahi hüccətlərə qarşı özbaşınalıq edən şəxs cəhənnəmdə şölələnmiş alovla üzləşməli olacaq..." (1)

Ümmətin əxlaqının tənəzzülə uğraması
Əbdülməlik və oğlu Vəlidin hakimiyyəti dövründə camaatın əxlaqi səviyyəsinin tənəzzülə uğramasını və İslam təlim-tərbiyəsinin kölgədə qalmasını nəzərə aldıqda İmam Səccadın (ə) bu nəsihət və moizələrinin əhəmiyyətini görərik.
Məlumdur ki, təxminən hicrətin otuzuncu ilindən (Osmanın hakimiyyət dövrünün ikinci yarısından) başlayaraq cəmiyyət arasında iqtisadi pozğunluq və əxlaq səviyyəsinin tənəzzülü genişlənməyə başlamış, dövlət xəzinəsindən çoxlu gəliri olan Qüreyş əyan-əşrəfi dövrün hakimlərinin bəxşişlərindən istifadə edərək sərvət yığmağa aludə olmuşdur. Beləliklə də İslam cəmiyyətində rifahtələblik və sərvət yığımı adət oldu. Varlılar çoxlu mal-qara, arpa-buğda toplayıb, çoxlu qulam-nökər və kənizlər saxlayırdı. Və bu adət digər təbəqələrə sirayət etməyə, xalq arasında dəyər olaraq qəbul edilməyə başlandı.
Bu əxlaqi tənəzzül lənətlik Yezidin hakimiyyəti dövründə öz kuliminasiya nöqtəsinə çatdı. Belə ki, hətta müqəddəs şəhərlər sayılan Məkkə və Mədinə də bu əxlaqi tənəzzüldən geri qalmadı. Məsudi yazır: "Yezidin pozğunçuluğu onun hakimlərinə və ətrafındakılara da keçdi. Onun dövründə Məkkə və Mədinədə oxuyub-çalmaq meydana çıxdı, kef məclisləri quruldu və camaat açıq-açığına şərab içməyə başladı." (2)
Bu vəziyyət Əbdülməlikin dövründə də davam etdi. Belə ki, Şövqi Dayf Məkkə və Mədinə şəhərlərində rifah və əyan-əşraflığın geniş yayılmasını qeyd etdikdən sonra əlavə edir: "Sanki Hicazın bu iki böyük şəhərini xanəndələr üçün yaratmışlar. İş o yerə çatmışdı ki, nəinki təkcə adi və avam adamlar, hətta zahid və aliml sayılanlar da xanəndələrin məclisinə tələsirdilər." (3)
Qazı Əbu Yusif Mədinənin bəzi əhalisinə deyirdi: "Ey Mədinə camaatı! Sizin işiniz bu cür xanəndəliklərlə çox təəccüblüdür. Çünki sizdən heç kim, istər hörmətlisi, istərsə də qeyri-hörmətlisi bundan çəkinmir." (4) Mədinə şəhərinin mühiti elə olmuşdu ki, nə alimlər musiqini qadağan edirdilər, nə də abidlər onun qarşısını alırdılar.(5)
Bir gün Dəhman adlı bir müğənni bir nəfər mədinəli ilə bir iraqlı arasında olan mübahisədə Mədinə qazısı Əbdüləziz Məxzuminin yanına gəlib mədinəlinin xeyrinə şahid durdu. Qazı onu adil şəxs kimi tanıyıb şahidliyini qəbul etdi. İraqlı şəxs qazıya dedi: "Bu ki Dəhmandır!" Əbdüləziz dedi: "Tanıyıram , tanımasaydım kim olduğunu soruşardım." İraqlı şəxs dedi: "O, xanəndədir, mahnı ilə məşğul olur və kənizlərə mahnı öyrədir!" Qazı dedi: "Allah məni və sizi bağışlasın, bizdən hansı birimiz mahnı əhli deyilik? Get kişinin haqqını ver." (6)
Mədinədə rəqs və mahnı məclisləri qadınlarla kişilər arasında heç bir pərdə olmadan qarışıq şəkildə qurulurdu. (7)
Təlhənin qızı Aişə kişili-arvadlı musiqi məclisləri təşkil edir və orada İzzətül-meyla adlı müğənni mahnı oxuyardı. (8)
İş o yerə çatmışdı ki, o dövrün ən tanınmış xanəndələrindən olan Cəmilə adlı bir qadın Məkkəyə səfər edərkən yol boyu onu qarşılamağa o qədər adam çıxmışdı ki , heç bir müfti, alim, hədisçi, təfsirçi, qazı və zahidi qarşılamağa o qədər adam çıxmamışdı. Bu səfərin dastanını belə yazırlar: "Cəmilə həcc ziyarəti məqsədi ilə Məkkəyə hərəkət edərkən o dövrün tanınmış oxuyan kişilərindən Həyit, Tüvyes, Dəllal, Bərdulfuad, Nəvmətuz-zuha, Rəfnəd, Rəhmət, Mubid, Malik, ibn Aişə, Nafi ibn Tunburə, Budeyhulməlih və Nafiul-xeyr (bəziləri onların sayını otuz nəfər qeyd etmişlər), xanəndə qadınlardan isə Fərihə, İzzətül-meyla, Həbbabə, Səllamə, Hulidə, Uqilə, Şummasiyə, Firə, Bülbülə, Ləzzətül-eyş, Suidə və Zərqa onu müşaiyət etmişlər. Cəmilənin karvanı Məkkəyə yaxınlaşdıqda onları bir dəstə Məkkə əyan-əşrəfi və başqa adamlar böyük sevinc içərisində qarşıladılar. Mədinəyə qayıtdıqda da şəhər əhalisi tərəfindən qarşılandı. Bu vaxt elə hay-küy düşmüşdü ki , Mədinə camaatı qapılarının ağzında dayanıb bu hadisəyə tamaşa edirdi. (9)
Bu dastan o dövrün Mədinə əhalisi arasında əxlaq tənəzzülünün bir hissəsinin göstəricisidir. Bu səfər zamanı Cəmiləni müşayiət etmiş şəxslər öz dövrlərinin məşhur müğənnilərindən olub bütün aləmə səs salmışdılar. İndi təsəvvür etsək ki, onların hər birinin bir neçə şagirdi olmuş və eləcə də bəzi xanəndə və rəqqasələrin Cəmiləni müşayiət etməyib şəhərdə qalma ehtimalını inkar etməsək, elə bir rəqəm alınacaq ki , ona inanmaq adama bir az çətin gəlir. Müsəlmanların qibləgahı və İslam hökumətinin təsisçisi olan şəhərdə vəziyyət belə olarsa, Dəməşq , Bəsrə və digər böyük şəhərlərin vəziyyətinin necə olduğunu təxmin etmək olar. (10)

Əhkamı bəyan etməyin və əsl İslam mədəniyyətini yaymağın labüdlüyü
Bu acınacaqlı vəziyyətlə yanaşı, camaatın İslam təlim-tərbiyəsindən xəbərsiz olduğunu və bidətlərin yayılmasını nəzərə aldıqda faciənin böyüklüyü daha da aydın olur. Bu zaman yaxşı başa düşəcəyik ki , imam Səccad (ə) cəmiyyətin bu dərdini nəzərə alaraq, onları nəsihət və moizə yolu ilə oyadırmış. İndi isə sizin nəzərinizi İslam təlim-tərbiyəsinin kənarda qalmasına və camaatın İslami vəzifələrdən xəbərsiz qalıb bidətlərlə ünsiyyətdə olmasına dair nümunələrə cəlb edirik:
1) Bəzi alimlərin dediyinə görə İmam Səccadın (ə) dövründə Bəni-Haşimdə elə şəxslər var idi ki, namaz qılmağın, həcc ziyarətinin əməllərini bilmirdilər. Ümumiyyətlə, bir çox müsəlmanlar dini əhkam sahəsində ancaq onun-bunun ağzından eşitdiklərini bilirdilər. (11)
İslamın əsası olan, hər müsəlmana gecə-gündüz qılınması beş dəfə vacib olan namaz kimi bir əməlin bu sahədə hamıdan çox bilməsi lazım olan Bəni-Haşim qəbiləsi bu vəziyyətdə idisə, indi gör başqa şəhər və məntəqələrin adi müsəlmanlarının dini agahlığı nə dərəcədə idi!
2) Tanınmış səhabələrdən olan Ənəs ibn Malik deyirdi: "Peyğəmbər zamanında icra olunan şeylərin heç birindən indi sorağ yoxdur." Dedilər: "Bəs namaz nədir?" Dedi: "Bəs namazın başına gətirdiyiniz nə idi?"
3) Hicrətin səksən yeddinci ilində Vəlid ibn Əbdülməlikin hakimiyyəti dövründə Mədinə hakimi Ömər ibn Əbdüləziz hacıların üstündə dəstə rəhbəri kimi həccə getdi, ancaq Qurban bayramının qaydasını düzgün yerinə yetirmədi. (12)
4) Mühəmməd ibn Müslim ibn Şəhab Zühəri deyir: "Dəməşqdə Ənəs ibn Malikin yanına gedib gördük ki , tək oturub ağlayır. Ağlamasının səbəbini soruşduqda dedi: "İslam qayda-qanunlarından öyrəndiklərimdən təkcə bu namaz qalıbdır, onu da zay ediblər."
5) Ənəs ibn Malikin dövründən bir az sonra Həsəni Bəsri deyirdi: "Əgər Peyğəmbər (s) sizin aranıza qayıtsa, sizə öyrətdiyi şeylərin içindən qiblənizdən başqa heç bir şeyi tanımayacaq." (13)

XƏBƏR LENTİ