Anons

Dünən, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

Dünən, 17:29 - Xınalıq kəndində görünməmiş özbaşınalıq – Cavid Qurbanov ŞƏHİD ailəsinin evini bu hala saldı [VIDEO]

Dünən, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

20-07-2017, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

20-07-2017, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

17-07-2017, 20:41 - Şabranda meşə yanğını baş verib... - Rafiq Ədilov yanğın baş verərkən harada olub?

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

6-07-2017, 12:27 - Ramil Usubov iki polkovniki işdən çıxartdı

3-07-2017, 16:43 - Təhlükəsizlik xidmətinin əməkdaşı vəhşicəsinə döyüldü - Video

2-07-2017, 17:07 - Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

28-06-2017, 15:48 - "Məhərrəm Novruzov başıma silah dayayıb"-Məmurların səs yazıları yayılacaq

26-06-2017, 14:28 - Gəncənin Məharət Mustafayev bəlası

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

19 ədədinin “Quran”dakı sirləri

Tarix:10-11-2016, 17:24 Baxış Sayı:382

19 ədədinin “Quran”dakı sirləri


“İnsan Mənim sirrimdir, Mən də insanın sirriyəm!” (Allah-təala, qüdsi hədislərdən)

Əvvəlki yazılarımızdan da gördüyünüz kimi, “Quran”ın surə və ayələrinin düzülüşü təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu yazımızda 19 ədədindən və onun hkmətlərindən bəhs edəcəyik.

Hesablamalarımız göstərir ki, 19-cu ayə “Quran”da 82 dəfə keçir (yəni, müqəddəs kitabın cəmi səksən iki surəsində 19-cu ayə var; qalan surələrdə ayələrin sayı 19-dan azdır). Burada diqqət çəkən məqamlardan biri də budur ki, 82-ci (!) surə də 19 ayədir.

“Quran”ın rəmzi (kodu) olan 114 ədədi cəmi üç rəqəmə (2, 6, 19) bölünür ki, onlardan da biri 19-dur.
Maraqlıdır ki, müqəddəs kitabda 114 surədən də cəmi üçü (82; 87 və 96-cı surələr) 19 ayədən ibarətdir.

19 ədədində diqqət çəkən digər məqam onun elmə və yradılışa bağlı olmasıdır. Belə ki, “Quran”ın ilk nazil olan surəsi (“Laxtalanmış qan”) 19 ayədən ibarət olmaqla, insana oxumağı əmr edir:

“(Məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu!
O, insanı laxtalanmış qandan yaratdı.
Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!
O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. “Laxtalanmış qan” surəsi, 1-5-ci ayələr.

Göründüyü kimi, nazil olan ilk vəhy oxumağın, yaradılışı dərk etməyin vacibliyini anladır oxucuya. Həm də 19 ədədi altında anladır bunları. Bildiyimiz kimi, artıq biologiya elmi insanın (dölün) ana bətnində yaranış prosesinin laxtalanmış qandan başladığını təsdiq etmişdir.

Yaradılış (çoxalma) iki cürdür: toxumla və tozlanma ilə. Birinci hal insanlarda və heyvanlarda, ikinci hal isə, bitkilərdə müşahidə edilməkdədir. Lakin, İsa Peyğəmbərin yaradılışı istisnalıq təşkil edir. Belə ki, o, yeganə bəşərdir ki, tozlanma (üfürmə) yolu ilə yaranmışdır. Burada diqqət çəkən ən maraqlı məqam isə, həmin hadisənin 19-cu (!) surədə (“Məryəm”) xəbər verilməsidir.
Həzrət Məryəmin yaranması haqda Allah-təala buyurur:
“Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan (bitki) kimi böyütdü...”. “Quran”, 3:37
Burada Məryəmin fidana (bitkiyə) bənzədilməsi gələcəkdə onun bitkilərdə olduğu kimi (tozlanma üsulu ilə) İsaya hamilə qalmasına işarə verir.
Qurani-Kərimin 19-cu sursinin 19-cu (!) ayəsində Allah-təala buyurur:
“(Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin göndərdiyi elçisiyəm!” – dedi”.
(Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!”
(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!”
(Məryəm) artıq (Cəbrailin üfürməsi ilə İsaya) hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi...”. “Məryəm” surəsi, 19-20-21-ci ayələr.
Ayələrdən görünür ki, Həzrəti İsanın yaranma prosesi bitkilərin tozlanma yolu ilə çoxalma prosesi ilə üst-üstə düşür.

Elmi-lədun araşdırmalarımız göstərir ki, üfürmə (tozlanma) yolu ilə insanın yaranması mümkün olduğu kimi, onun müalicəsi də mümkündür. Təsadüfü deyildir ki, qədimlərdə yaşamış (elə indi də mövcud olan) nadir kəramət sahibləri xəstənin üzünə üfürməklə, yaxud, qəndin üzərinə üfürərək xəstəyə yedizdirməklə, onun şəfa tapmasına nail olmuşlar. Şübhəsiz ki, bəzi oxucularımız bunu xurafat kimi qəbul edəcəklər. Çünki, onlara elə gəlir ki, bunun elmi izahı yoxdur. Əslində isə, bu xurafat deyil, elmdir – elmi-lədundur. Yəni, elmin dərin gizli qatlarıdır ki, bura hər yetən baş vura bilməz!
Elə isə, məsələn, qəndə üfürüb, xəstəyə verməyi və onun şəfa tapmasını elmi cəhətdən necə izah etmək olar?
Bildiyimiz kimi, kompyuter insanın alt kopiyası olaraq yaradılmışdır. Ona görə də alt kopiyada olan bütün funksiyaların “üst kopya”da (insanda) görünməsi təəccüblü olmamalıdır. Təəssüflər olsun ki, insan kompyuteri kəşf etsə də, özünü kəşf (dərk) etməkdə tarix boyu çətinlik çəkmişdir.

Diqqətinizi maraqlı bir məqama cəlb etmək istəyirəm: bir kompyuterdə yazılmış sözlərin (Sözün enerji yükünü və dünyanın “Ol” sözü ilə yarandığını unutmayaq!) digər kopyuterə daşımaq üçün yaddaş kartından (flaşkartdan) istifadə edirik. Kəramət sahiblərinin enerji yüklü (Əvvəlki yazılarımızda onları transformatorlarla müqayisə etmişdik.) olduqlarını nəzərə alsaq görərik ki, onların oxuyub üfürdükləri (oxu: tozlandırdıqları) qənd əslində enerjini daşıyan yaddaş kartı (flaşkard) rolunu oynayır.

Əvvəllər qeyd etdiyimiz kimi, bütün xəstəliklərin təməlində (fundamentində) neqativ enerji dayanır. Təbabət xəstəliyin üst qatını (görünən hissəsini) müalicə etsə də, təməlini (neqativ enerjini) yox etməkdə acizdir. Bu səbəbdəndir ki, insanlar xəstəlikdən birdəfəlik deyil, ancaq müvəqqəti – bir neçə aylıq xilas ola bilirlər və ildə ən azı iki dəfə müalicə almaq məcburiyyətində qalırlar.

Araşdırmalarımız göstərir ki, tibb elmi inkişaf etməmişdən öncə (50-60 il bundan qabaq) insanlar bu problemi daha asan yolla həll etmişlər. Belə ki, onlar yaşadıqları ərazidə olan kəramət sahibinə müraciət etmiş, onların enerji yüklü sözlərini (dualarını) ya birbaşa üzlərinə, ya da qənd (oxu: flaşkard) vasitəsi ilə ötürməklə, müsbət enerjini bədənlərinə qəbul edirdilər. Beləliklə də həmin müsbət enerji bədəndə olan mənfi enerjini yox edirdi.

Bu prosesi fizikada tester cihazı ilə də müqayisə edə bilərik. Belə ki, tester cihazdakı dəyişən cərəyanı sabit cərəyana çevirdiyi kimi, kəramət sahibləri də (Bu qurupa peyğəmbərlər, imamlar və digər Allah dostları aiddirlər.) insandakı neqativ enerjini (dəyişən cərəyanı) sabitləşdirilər ki, bununla da xəstəliyi yaradan səbəb (fundament) aradan qalxmış olur. Daxili enerjisi sabit olan inssanda heç vaxt heç bir xəstəlik baş vermir.
Təəssüflər olsun ki, bu gün səhiyyə sistemi mafiyoz qurupların nəzarətində olduğundan bu cür qabiliyyətə malik nadir adamların üzə çıxmasına və fəaliyyət göstərməsinə imkan verilmir.

İnsana enerjinin üfürülməklə ötürülməsi yuxarıda bəhs etdiyimiz Həzrəti İsanın (üfürməklə) yaranma prosesi və bitkilərin küləklə tozlanma yolu ilə çoxalma prosesinin eynidir. Təsadüfü deyildir ki, Allah-təala “Nuh” surəsində insanı bitkiyə bənzədir:
“Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi”.

Sonda onu da qeyd edək ki, yazıdakı kəramətlə bağlı məqama etiraz edən, “fanatizm” sayan olarsa, əyani olaraq sübut edə bilərik. Sadəcə reklam sayılmasın və yazının məğzinə xələl gəlməsin deyə burada ad çəkmədik.
"İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimin doğruluğunu sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" “Quran”, “Peyğəmbərlər” surəsi, 37.

XƏBƏR LENTİ