Anons

Haqqımızda Əlaqə

Namaz qılarkən Allaha qovuşdu

Tarix:23-11-2016, 12:28 Baxış Sayı:374

Namaz qılarkən Allaha qovuşdu


Noyabrın 20-dən sosial şəbəkələrdə yayılmış çox nadir hallarda baş verə bilən bir olayı təsvir edən bu video-çarx getdikcə daha çox populyarlıq qazanmaqdadır. Məsciddə namaz qılanlardan biri səcdə halında dünyasını dəyişir...

Həmin şəxs digərləri ilə birgə namaz qılır. Yanındakılar namazdakı sonuncu səcdədən qalxıb ibadəti bitirdikdən sonra bu müsəlmanın hələ də səcdədə qaldığını görürlər. Əvvəlcə onun, sadəcə, dua etdiyini zənn edirlər. Ancaq bir müddət sonra cavan oğlanı ehmalca tərpədərək çağırdıqda cansız bədəni yerə sərilir. Məlum olur ki, bu insan sonuncu ibadətini edərək Yaradana qovuşub.

Kimsə bu görüntülərin, sadəcə, bir tamaşa olduğunu düşünə bilər. Ancaq belə olaylar nadir olsa da, gerçəkdən baş verir və bir çix möminlər namaz qılarkən, özəlliklə səcdə halında vəfat etməyi xüsusi xoşbəxtlik kimi qəbul edirlər. /moderator.az/

XƏBƏR LENTİ