Anons

Dünən, 18:10 - "Ərim məni əxlaqsızlıq yuvalarına aparırdı"- həbsdə olan katibənin məhkəməsi

Dünən, 17:29 - Xınalıq kəndində görünməmiş özbaşınalıq – Cavid Qurbanov ŞƏHİD ailəsinin evini bu hala saldı [VIDEO]

Dünən, 12:05 - Azərbaycanın tanınmış şirkəti satılır

20-07-2017, 14:34 - ŞOK! Prezidentin açılışında olduğu evi Aqil Nəzərli SATDI – VİDEO MÜRACİƏT

20-07-2017, 02:23 - Oğlu maşınla adam vurmaqda ittiham olunan rəis DANIŞDI

17-07-2017, 20:41 - Şabranda meşə yanğını baş verib... - Rafiq Ədilov yanğın baş verərkən harada olub?

15-07-2017, 01:33 - Gəlin və baldız uşaqlarla birgə itkin düşdü — QAXDA

14-07-2017, 23:55 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

13-07-2017, 12:08 - Ərdoğanın başına silah “dirəyən” rejissor tutuldu - VİDEO

12-07-2017, 11:19 - 642 vakant dövlət qulluğu vəzifəsi müsabiqəyə çıxarıldı - Naxçıvanda

11-07-2017, 16:20 - Vasif İmanovun SOCAR şefinə milyonluq hədiyyəsi narazılıq yaradıb - Rövnəq Abdullayevin Pirallahı "krallığı"

9-07-2017, 22:00 - KƏRƏM HƏSƏNOVUN IŞÇISININ RÜŞVƏT TERRORU - NƏ BAŞ VERİR?

9-07-2017, 15:19 - Abşeronu məhvə aparan idarəçilik...

8-07-2017, 22:37 - Sınaq müddətində Təhsil şöbəsinin müdiri Solmaz Rəhimovaya nədən töhmət verildi-Ağcabədidən tükürpədici məlumat

6-07-2017, 12:27 - Ramil Usubov iki polkovniki işdən çıxartdı

3-07-2017, 16:43 - Təhlükəsizlik xidmətinin əməkdaşı vəhşicəsinə döyüldü - Video

2-07-2017, 17:07 - Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

28-06-2017, 15:48 - "Məhərrəm Novruzov başıma silah dayayıb"-Məmurların səs yazıları yayılacaq

26-06-2017, 14:28 - Gəncənin Məharət Mustafayev bəlası

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

ERMƏNİSTAN TƏŞVİŞDƏ

Tarix:11-04-2016, 12:07 Baxış Sayı:343

ERMƏNİSTAN TƏŞVİŞDƏ

Təmas xəttində baş verən son hadisələr Ermənistanda da geniş müzakirə olunur. İşğalçı ölkənin əhalisi hesab edir ki, münaqişənin uzanması Ermənistanı daha böyük problemlərə düçar edəcək.

Bakunews.az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, Ermənistanda onu da anlayırlar ki, artıq həm hərb, həm də diplomatiya cəbhəsində Azərbaycana indi daha böyük fərqlə uduzmağa başlayıblar.


“Aykakan jamanak”: “Ermənistana müttəfiq kimi yox, forpost kimi yanaşılır”
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda apardığı danışıqlardan sonra TASS agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə bağlı “Aykakan jamanak” qəzeti yazır ki, Lavrov münaqişə ətrafında vəziyyəti nizama salmaq üçün Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsinin və eyni zamanda, status məsələsinin həllini tapmasının vacib olduğunu deyib: “Lavrov bildirir ki, Rusiya münaqişənin həlli üçün aktiv şəkildə müxtəlif ideyalar irəli sürüb. Bu ideyalar vəziyyəti Qarabağ ətrafındakı rayonların azad edilməsi və eyni zamanda, status məsələsinin həll edilməsi yolu ilə nizama salmağı nəzərdə tutur. O, tərəflərin 3-4 il əvvəl danışıqlarda müzakirə olunmuş variantlara qayıtmasının vacibliyini bildirib. Onun sözlərinə görə, həmsədr ölkələrlə birlikdə tərəflərin razılaşdırmağa çalışdıqları konkret addımlar var. Hadisələrin bu səpkidə inkişafı Ermənistanın maraqlarına ciddi zərbə və danışıqlarda zəif tərəf olmasının göstəricisidir”.


“Aykakan jamanak” qəzeti diplomatik mənbəyə istinadən belə məlumat da yayıb ki, Lavrovun Dağlıq Qarabağla bağlı planında ilk mərhələdə ən azından bir neçə rayonun Azərbaycana qaytarılması əsas komponentlərdəndir. Qarabağ münaqişəsinin nizama salınması ətrafında yeni səhnəarxası proses gedir: “Burada Qarabağətrafı rayonlardan bir neçəsinin Azərbaycana qaytarılması Ermənistan qarşısında əsas şərt kimi qoyulub. Bu, təslim sazişidir. Rusiya ümid edir ki, bunun qarşılığında Azərbaycanla müttəfiqlik əlaqələrini saxlayacaq. Ermənistana isə müttəfiq kimi yox, forpost kimi yanaşılır”.
“Armenianreport.com”: “S.Sarkisyan istefa verməyə borcludur”
Erməni mediası Rusiyanın Baş naziri Dmitri Medvedevin də Ermənistana səfərindən Yerevanın hansısa nailiyyət əldə edə bilmədiyini bildirir. Qeyd olunur ki, bütün bunlara səbəb Ermənistanın indiki rəhbərliyinin yarıtmaz siyasətidir.


“Armenianreport.com” saytı yazır ki, Ermənistan prezidenti, ali baş komandan Serj Sarkisyan baş verənlərdən sonra istefa verməyə məcburdur: “Ordumuz ağır məğlubiyyət aldı və rəqib uzun illərdir möhkəmləndiyimiz strateji əhəmiyyətli yüksəklikləri tutdu. Bizi aldatmağa davam edirlər ki, strateji əhəmiyyətli yüksəkliklər qaytarılıb. Onlar itkilərin həqiqi sayını gizlədirlər, hərçənd həqiqəti gizlətmək mümkün deyil. Xüsusən hökmdarlarımız bizi həmişə inandırırdılar ki, rəqibin təhdidləri boş sözlərdir. Onlar bizi aldadırdılar ki, Rusiya Azərbaycanın açıq hücumlarına imkan verməyəcək. Amma hər şey tamam fərqli oldu”.
Yazıda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin son bəyanatı da Ermənistan üçün çox təhlükəli adlandırılıb: “Amerikalı həmsədr bildirdi ki, münaqişənin həlli üçün Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı və torpaqlar Bakıya qaytarılmalıdır. Bu isə onu göstərir ki, ərazilərin taleyi haqqında ABŞ və Rusiya səhnə arxasında razılaşıb. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti hadisələrin bu cür təhlükəli gedişinə hazır deyil. Təhlükənin dərəcəsi artmaqda davam edir”.
“Reqnum”: “Ermənistan üçün növbəti ağrılı məqam…”
“Reqnum” agentliyi yazır ki, Rusiyanın Baş naziri Dmitri Medvedevin Serj Sarkisyanla görüşdə sammitin keçirildiyi məkanın dəyişdirilməsi barədə həmkarlarının mövqeyini müdafiə etməsi Ermənistan üçün növbəti ağrılı məqam oldu. Sarkisyan isə, sadəcə, aşağıdakıları bildirib: “Təəssüf ki, bizim Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə bəzi müttəfiqlərimiz əvvəldən planlaşdırılımış tədbirdə iştirak üçün Yerevana gəlməkdən imtina etdilər. Bilmirəm, onlar bununla Azərbaycana nə dərəcədə kömək etdilər, amma birmənalıdır ki, bizim təşkilatın nüfuzunu sarsıtdılar”.
“Epress.am”: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır”
Ermənilər sosial şəbəkələrdə də Yerevan rejiminə etiraz edirlər. Ermənistanın “epress.am” saytı cəbhə xəttində baş verən hadisələrdən sonra sadə ermənilərin Sarkisyan hakimiyyətinə qarşı sərt fikirlərini səsləndirib. Sadə ermənilər müharibə istəmir və Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edirlər. Məsələn, fikirlərin birində deyilir: “Niyə anlamırıq ki, Azərbaycanın ərazilərini ələ keçirsək də, onu həmişəlik saxlaya bilməyəcəyik. Rusiya bizi Azərbaycanın üzərinə hücum etməyə məcbur edir, bizi it yerinə sayırlar. Biz it yox, insanıq”.
Başqa bir misal: “Döyüşlərlə bağlı bizə verilən məlumatlara inanmayın. Hamısı yalandır”. “Azərbaycan əsgərləri postları ələ keçirəndə rəsmi qurumlar bu barədə bir kəlmə də danışmadılar. Biz daha nəyi bilmirik?! Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Harsrun Ovanisyanın dediklərinə inanırsınız? Bu axmaq yalan danışmağa nə vaxt son qoyacaq?”.

Yerevan Avrasiya İqtisadi İttifaqının qərarından narazıdır
Rusiyanın “Reqnum” agentliyinin Yerevan bürosunun hazırladığı materialda isə Ermənistanın müxtəlif mətbu orqanlarından sitatlar gətirməklə cəbhədəki son vəziyyət və Moskva-Yerevan münasibətləri barədə də maraqlı fikirlər səsləndirilir. Bildirilir ki, Yerevan Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası şurasının aprelin 8-nə planlaşdırılan iclasının cəbhədəki vəziyyət üzündən baş tutmamasından çox narazıdır.
“Reqnum” bununla bağlı “lragir.am” saytının aşağıdakı fikirlərinə xüsusi diqqət çəkir: “Rusiyanın son 4 gündə, yəni Dağlıq Qarabağda intensiv döyüşlər getdiyi vaxt atdığı bütün addımlar Azərbaycanın lehinədir, Ermənistan üçün təhqiredici haldır. Buna daha bir əyani misal isə Avrasiya İqtisadi İttifaqının hökumət başçılarının iclasının Qazaxıstanın tələbi ilə ləğv olunmasıdır”.

“Lratvakan” portalı isə yazır ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı üzrə müttəfiqləri cəbhədə son hadisələr zamanı qəribə mövqe tutublar. Qeyd olunur ki, Minskin mövqeyi xoşagəlməz sürpriz olsa da, Qazaxıstanın yanaşması tamamilə gözlənilən olub: “Məhz bu səbəbdən Qazaxıstanın təşəbbüsü ilə Avrasiya İqtisadi İttifaqının hökumət başçılarının iclası Moskvada keçiriləcək.

XƏBƏR LENTİ