Putinin Qarabağ PLANI - Gizli detalları açıqlandı

24-05-2016, 15:33Dünya
Putinin Qarabağ PLANI -

Ötən həftə Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya səfərinin bir məqsədi də Putin və İlham Əliyev görüşünün hazırlanması olub

Bu haqda bir neçə mənbənin məlumatında da deyilirdi. Ehtimal ki, Əliyev və Sarkisyanın iyun görüşü olacaqsa, bu, Putinin himayəsi altında Rusiyada baş tutacaq.

Bakunews.az Politika.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Karavayev deyib. Onun sözlərinə görə, bir çox hərbi və iqtisadi əməkdaşlıq sahələri Rusiyanın regiona diqqətinin artmasında stimul ola bilər. Politoloq qeyd edib ki, bu gün Azərbaycan Rusiya ilə bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində, eləcə də digər texnologiyaların idxalında sıx əməkdaşlıq edir: “Gələcəkdə, Qarabağ rayonlarının müharibədən sonrakı inkişafı üçün də məhz yüksək texnologiyalar lazım olacaq. Həm də bu layihələrdə üçüncü ölkələr, xüsusilə İran və Rusiya iştirak edəcək.

Buna görə də Rusiya və İranla əməkdaşlıq Azərbaycanın prioritetlərindən biridir. Bu mənada Rusiya üçün Azərbaycan-Ermənistan-İran bağının yaradılması əhəmiyyətlidir. Burada əsas aparıcı rolu Azərbaycan oynayır. Əgər doğru yanaşsaq, Qarabağ münaqişəsinin həlli Rusiyanın mövqelərinin möhkəmlənməsinin xeyrinədir. Həm də bu, Rusiyanın Azərbaycanda olan maraqları, eləcə də Ermənistanda iqtisadi mövqelərini gücləndirəcək. Ermənistanla Rusiya arasında nəqliyyat kommunikasiyaları yaranacaq, əlverişli investisiya iqlimi formalaşacaq.

Faktlar göstərir ki, Moskva İrəvana münaqişə ilə bağlı razılaşması üçün təzyiq göstərir”. Lakin politoloqun fikrincə, Qarabağ münaqişəsinin həlli sürətli olmayacaq. “Lakin Ukrayna böhranında pauzanın yaranmas, Suriya münaqişəsinin ətalət çərçivəsinə daxil olması Dağlıq Qarabağ məsələsinin Putinin qrafikində müəyyən yerə daxil olacağı gözləniləndir”, - deyə politoloq qeyd edib.
Oxunub: 59
Rəsmi

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
XƏBƏR LENTİ
15:40 Bakıda ər-arvadı maşın vurdu 15:29 Ruhi qaraya büründü...- FOTOLAR 15:15 Millimiz oyuna qara sarğı ilә çıxacaq 15:00 "Tacikistanın güclü komandasına qarşı oynadıq" 14:42 Həftəsonunun HAVAsı 14:27 38 nəfərin həlak olduğu oteldən yalvarış: "Kömək edin, biz soyuqdan ölürük"- VİDEO - FOTO 14:14 "Qafqaz"ın rektoru nazirliyə çağırıldı - 10 gün vaxt verildi 13:58 "25 il ərzində Azərbaycan mühüm siyasi, iqtisadi, sosial nailiyyətlər əldə edib" 13:44 Son dəqiqə: İŞİD Palmiranı MƏHV ETDİ 13:30 Hüquq müdafiəçisi məlumat yaydı: "17 yaşlı gənc polisdə işgəncəyə məruz qalıb" 13:10 “Reina” terrorçusu: Belə bir təklif gəlsə, yenə qətliam törədəcəm 13:00 Nazir müavini: Aİ ilə danışıqlar yaxın vaxtlarda başlayacaq 12:38 Lavrov və Nalbandyan Qarabağ münaqişəsini müzakirə ediblər 12:25 Bakıda gənc qız son anda ölümdən xilas oldu— VİDEO 12:11 Azərbaycan prezidenti Şəhidlər xiyabanını ziyarət edib 11:59 Kerri: “ABŞ Avropanı Rusiyaya qarşı sanksiyalar ətrafında birləşməyə sövq edib” 11:45 Azərbaycanda məmur vəfat edib 11:30 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür 22:07 27 il yaddaşlardan silinməyən QANLI FACİƏ -Qara 20 Yanvar 21:25 Türkiyə bu səhnədən danışır - 19:23 Generalın təqaüdə çıxmamasının şok səbəbi -Ramiz Zeynalovu qanunu pula dəyişənlərlə nə birləşdirir? 19:15 328 saylı baxça yoxsa, 328 adda oyun ... 19:15 Reynaldo üçün daha bir təklif 19:00 Donmuş göldən möhtəşəm görüntülər- FOTOLAR 18:40 Azərbaycanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlanıb 18:17 Daxili İşlər Nazirliyinin əməkdaşlarına 'Rəşadətli əməyə görə' nişanı təqdim olunub 18:15 Sabirabadda damında helikopter meydançası olan xəstəxana tikilir 18:13 İcra başçısının adı 8 milyonluq qalmaqalda hallanır –ABDİN FƏRZƏLİYEVİN ƏLBİR OLDUĞU 'İŞBAZLAR'... 18:00 Bu il daha hansı universitetlər bağlanacaq?- Slavyan, Turizm, Texniki... 17:38 Keçmiş nazirin “İsmayıllı tövbəsi”....– Villa və obyektlərini satıb 17:34 ‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da Əmək Kitabçası Qalmaqalı -ŞİKAYƏT 17:15 Bakıda 5 gün əvvəl intihara cəhd edən şəxs öldü 17:05 Baş həkimdən ana və körpəsinin ölümü ilə bağlı AÇIQLAMA 16:46 Ukrayna prezidentinin Azərbaycana dəstəyi Rusiyaya və Ermənistana mesajdır 16:33 AZAL qiymətləri artıracaq?- Rəsmi CAVAB 16:20 Metroda halı pisləşdi, təcili yardım gəldi, amma... 16:08 Cabir İmanov: Pul hər şeyi həll etmir... 15:59 Azərbaycanlı yazar “Forbes”in siyahısında 15:44 Məşhur DYP əməkdaşı işdən qovuldu 15:27 İtaliyada hotel qar altında qaldı– YENİLƏNİB