Anons

Haqqımızda Əlaqə

İtkin düşmüş türk əsgəri evinə şəhid kimi döndü

Tarix:10-01-2017, 03:45 Baxış Sayı:31

İtkin düşmüş türk əsgəri evinə şəhid kimi döndü


Şəhidin cənazəsi Kilisə gətirilib və onun evindən böyük türk bayrağı asılıb

Türkiyə ordusu tərəfindən Suriyada keçirilən “Fərat qalxanı” antiterror əməliyyatının 98-ci günündə İŞİD terrorçuları tərəfindən qaçırılmış və türk hərbçilərinin 40 gündən çoxdur heç bir məlumat ala bilmədikləri əsgərin aqibəti məlum olub.

İstiPress-in "İhlas" agentliyinə istinadən verdiyi məlumata görə, çavuş Kıvanç Qaşıqçının şəhid olduğu dəqiqləşib. Onun şəhid olması haqda məlumatı ailəsinə Çanaqqala valisi Orxan Tavlı və qarnizon komandiri, kontr-admiral Təyyar Ertən verib.

Şəhidin cənazəsi Kilisə gətirilib və onun evindən böyük türk bayrağı asılıb.

Qeyd olunur ki, türk əsgəri ötən il noyabrın 29-da itkin düşmüşdü.

XƏBƏR LENTİ