Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

İsrail Azərbaycana “hə” dedi: gərginlik səngiyir

Tarix:8-01-2015, 16:04 Baxış Sayı:531

İsrail Azərbaycana “hə” dedi: gərginlik səngiyir



Bakı-Tel Əviv arasında dekabrın ortalarında İsrailin “Haaretz” qəzetində Azərbaycan barəsində tənqidi məqalənin dərc olunması ilə başlanan siyasi gərginlik aradan qalxır.

Bakunews.az Axar.az-a istinadən xəbər verir ki, artıq hökumətlər arasında razılıq əldə olunub və bunu İsrail tərəfi açıq-aydın bildirib.

Bildirək ki, qəzetdə dərc olunan Azərbaycanla bağlı kəskin fikirlərə anında reaksiya, hətta bu reaksiyanın İsral ekspertləri və yəhudi icmaları tərəfindən verilməsi İsrail hökumətini geri addım atmağa vadar edən səbəblərdən ola bilər.

Məqalə tirajlandıqdan dərhal sonra verilən reaksiyalar bu ölkənin Azərbaycandakı səfirliyini hərəkətə gətirib.

“Trend”ə açıqlama verən səfir Rafael Harpaz ölkəsinin qondarma “erməni soyqırım”ını tanımaq niyyətində olmadığını bildirib.

Səfir bildirib ki, İsrail demokratik ölkədir və hər kəsin bir fikri ola bilər:

“Hər bir insanın fərdi fikirləri var. Ancaq hökumətin aydın mövqeyi mövcuddur. Bu məsələyə gəlincə isə İsrail heç vaxt bunu tanımayacaq və tanımaq niyyətində də deyil”.

R.Harpaz əlavə edib ki, İsrailin Xarici İşlər naziri Adviqor Liberman da hökumətin bu mövqeyini əvvəllər də bəyan edib.

İsrail ilə Türkiyə arasında müşahidə olunan soyuq siyasi münasibətlər məsələsinə gəlincə, səfir iki ölkə arasında siyasi əlaqələrin yaxşılaşacağına ümidvar olduğunu bildirib:

“Bizim əməkdaşlığımız üçün kifayət qədər ümumi məsələlər və maraqlar mövcuddur. Burada Türk Hava Yollarını misal gətirmək olar. Türk Hava Yolları İsraildə fəaliyyət göstərən ən böyük xarici aviaşirkətdir. Turizm, ticarət sahəsində də əməkdaşlıq artan xətt üzrə gedir. Ümid edirik ki, iki ölkə arasında siyasi münasibətlər də yaxşılaşacaq”.

XƏBƏR LENTİ