Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

İran-Türkiyə böhranı

Tarix:12-01-2015, 11:59 Baxış Sayı:548

İran-Türkiyə böhranı


Bir müddət öncə İranın Türkiyə ilə yaşadığı TIR böhranı ikincinin Azərbaycanla müqavilə bağlamasıyla nəticələnə bilər.

Bakunews.az Axar.az-a istinadən xəbər verir ki, iki ölkə arasında yaranan gərginlik artıq pik həddə çatıb və yaxın günlərdə Türkiyə tranzit yol kimi Azərbaycanla uzunmüddətli müqavilə imzalaya bilər.

Türkiyə Azərbaycana Xəzərdə dəniz daşımalarının sistemləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə birgə müəssisə yaratmağı təklif edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Denizhaber" agentliyinə ölkənin Nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan məlumat verib.

Nazir əmin olduğunu bildirib ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun istismara verilməsi Xəzərdə dəniz daşımalarının sayının və intensivliyinin artmasına səbəb olacaq: “Bu məsələ (Xəzərdə daşımaların sistemləşdirilməsi üzrə əməkdaşlıq) Azərbaycanla aparılan danışıqların mövzusudur və biz səhmdar kimi çıxış edə biləcəyimiz birgə müəssisənin yaradılmasına hazırıq”.

Bildirək ki, bir müddət öncə İrandan Azərbaycana gələn TIR-lar sərhəddə problem yaşayırdı. Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) sədri Fatih Şener açıqlamasında ölkəsinin İranla yaşadığı TIR böhranından sonra istiqamətləri dəyişmək məcburiyyətində qaldığını söyləmişdi.

İki ay öncə isə İran Türkiyə TIR-larının sərhəddən keçidi üçün son məbləği 5 dəfə artırdı. Bir müddətdən sonra bununla kifayətlənməyən cənub qonşumuz rüsumu yenidən iki dəfə qaldırdı. Böhranın pik həddi isə İranın 750 dollarlıq keçid haqqını 1500 dollara yüksəltməsi oldu. Bundan yarım saat sonra isə Türkiyə tərəfi də keçid haqqını 1500 dollara bərabərləşdirdi. İran daha bir qarşılıq verərək, keçid haqqını 2250 dollara qaldırdı.

Daha sonra İran hökuməti dekabrın 1-dən Türkiyə TIR-larına yanacaq satılmasını qadağan etdi və Türkiyə ərazisindən yanacaq dolduran yük maşınlarının sürücülərindən İran ərazisinə daxil olarkən əlavə rüsum tələb etdi. Böhranın həlli üçün Türkiyə nümayəndələri ilə İran arasında danışıqlar aparılsa da, bu, heç bir nəticə verməyib.

Bu qadağa 10 günlük dayandırılsa da, “Gürbulaq” keçid məntəqəsində 20 km-dən artıq yaranmış uzun növbənin azalmasına çox cüzi təsir etdi.

Yaranmış böhranın qarşısını almaq üçün Türkiyə başqa bir varianta əl atdı. Qəbul olunan qərara görə, TIR-lar bundan sonra tranzit yol kimi İrandan yox, Azərbaycandan keçəcək.

XƏBƏR LENTİ