Anons

30-10-2018, 16:33 - Səbail rayonuna yeni icra başçısı təyin edildi

29-10-2018, 10:28 - Zəngilanın işğalından 25 il ötür

25-10-2018, 10:05 - Azərbaycan nefti 78 dollara satılır –İki dollardan artıq ucuzlaşma var

23-10-2018, 15:31 - Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

23-10-2018, 10:48 - AMEA-nın Elmi Mərkəzi Kitabxanasında nə baş verir? – Tort kəsilir, şadyanalıq edilir

26-09-2018, 19:05 - Qadın və kişi həvəskar velosipedçilər arasında "Dövlət Müstəqillik günü"-nə həsr edilmiş Respublika açıq birinçiliyi keçiriləcəkdir

22-09-2018, 13:00 - Havanın temperaturu 2-4 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

27-08-2018, 12:52 - TƏCİLİ - Körpə balaların Azərbaycan xalqının dəstəyinə ehtiyacı var

21-08-2018, 01:36 - Vətəndaş Lütvəli Babayevin qanunsuz əməlindən Fazil Mustafayevin xəbəri olub olmadığın soruşur

14-08-2018, 12:48 - Sel Zaqatala və Balakəndə küçələri dağıdıb, sahələri məhv edib - VİDEO

11-08-2018, 22:31 - SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır - VİDEO

14-07-2018, 13:18 - Ekologiyamıza qənim kəsilənlər və Muxtar Babayevin susqunluğu nədən xəbər verir? - VİDEO/FOTO

13-07-2018, 16:42 - ŞOK! ŞOK! At oğrusu və müdhiş korrupsiya iddiası - SHXÇDX-də nələr baş verir?

3-07-2018, 14:10 - NAR ABUNƏÇİLƏRİNİN NƏZƏRİNƏ

3-07-2018, 05:43 - Baş verən böyük qəza ilə bağlı son məlumat - rəsmi

2-07-2018, 14:54 - Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

19-06-2018, 08:31 - Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi - Səfər Mehdiyev kimdir?

5-06-2018, 09:15 - Amerikanın qorxulu “Böyük Ermənistan” projesi - SENSASİON İDDİA

18-05-2018, 09:49 - Sayt əməkdaşı baş həkimə qarşı böhtan atdığı üçün işdən azad edilib

18-05-2018, 09:28 - Laçın rayonunun işğalından 26 il ötür

10-05-2018, 17:06 - Eldar Mahmudov və generalları bu şəxsin başına min oyun açdı - ŞOK FAKTLAR ÜZƏ ÇIXARDI

7-05-2018, 10:14 - Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün test mərhələsi üzrə təkrar sınaq imtahanı keçiriləcək

1-05-2018, 15:45 - Müşfiq Rəhimovun ailəsində ağır itki baş verib

20-04-2018, 09:55 - SON DƏQİQƏ Toyda partlayış - Azı 13 yaralı

18-04-2018, 09:19 - “Formula-1” yarışı ilə bağlı Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılacaq

9-04-2018, 17:28 - İşsiz və evsiz olan xanım müəllim, “Uşaqlarımı oxuda bilmirəm”

7-04-2018, 01:13 - Azyaşlı şagirdin məktəb direktoru ilə intim videosu qalmaqal yaradıb

2-04-2018, 10:12 - Düşmən atəşkəs rejimini 98 dəfə pozub

Lavaş ermənilərin boğazında belə qaldı - Qalmaqal

Tarix:24-02-2018, 10:38 Baxış Sayı:450

Lavaş ermənilərin boğazında belə qaldı - Qalmaqal

XX əsrin əvvəllərinədək erməni lüğətlərində "lavaş” sözünə rast gəlinmir. Lakin 2014-cü il noyabrın 26-da Parisdə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasının gedişində Ermənistan "ənənəvi erməni çörəyi – lavaşın” qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün ərizə ilə müraciət etmişdi.

Kult.az xəbər verir ki. bu barədə təfərrüat Nazim Mustafa, Araz Qurbanov və Elşad Əlilinin müəllifliyi ilə yenicə dərc olunan "Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabında əksini tapıb. Məlumatda bildirilir ki, Ermənistan tərəfinin quruma təqdim etdiyi fayl "Lavaş: ənənəvi erməni çörəyinin hazırlanması, əhəmiyyəti və xarici görünüşü mədəniyyətin ifadəsi kimi” adlanırdı.

"İlkin olaraq YUNESKO-nun Hökumətlərarası Komissiyası bu formulu qəbul etmişdi. Lakin Azərbaycan, İran və Türkiyə dərhal bu formula etiraz etdilər. İran tərəfi lavaşın qədim İran çörək növü olduğunu bildirdi. Azərbaycan lavaşın bütünlükdə bölgənin mədəni elementi olduğunu bəyan etdi. Türkiyə Azərbaycanın mövqeyinə dəstək verdi. Etirazlardan sonra UNESCO formulu dəyişərək faylı belə adlandırdı: "Lavaş: ənənəvi çörəyin hazırlanması, əhəmiyyəti və xarici görünüşü Ermənistanda mədəniyyətin ifadəsi kimi”, - məqalədə bildirilib.
Daha sonra kitabda lavaş haqda maraqlı məlumat əksini tapıb:

"Mayasız xəmirdən hazırlanmış lavaş tarixən Qafqazda, Türkiyədə, İranda, Orta Asiya və Volqaboyu bölgələrində yayılmışdır. Bəzi Şərq ölkələrində isə bu çörəyin öz regional adları vardır. Təkcə elə bu səbəbdən erməni tərəfinin bu məmulatı müstəsna olaraq öz mədəniyyətinə aid etmək cəhdləri heyrət doğurur. "Lavaş” sözü bir çox türk dillərində yayılıb və yalnız çörək adı deyil. Bu kəlmə bir çox nazik, yayılmış, laylanmış qida növlərinə də aid edilir. Erməni dilinin daşıyıcıları isə türk dilinin bu incəliklərini bilmədən "lavaş” sözünü sırf nazik yayılmış çörəyə şamil edirlər. "Lavaş” sözü XIII əsr türk mətnlərində qeydə alındığı halda, erməni lüğətlərində bu sözə hətta XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində də rast gəlinmir. Qeyd edək ki, hələ XX əsrin birinci yarısında erməni mütəxəssisləri öz kitablarında lavaşın türklərə aid edilən mətbəx nümunəsi olduğunu etiraf edirdilər. Məsələn, 1940-cı ildə Moskvada "Azərbaycan mətbəxinin 50 yemək növü” adlı kitab (tərtibçilər S.İ.Mesropyan və V.İ.Sxirtladze) nəşr olunmuşdu. Müəlliflər Azərbaycan mətbəxinə aid olan "lülə kababı” barədə izahat verərkən, hazırlandıqdan sonra onun "Azərbaycan milli çörəyi olan lavaşa” bürünərək süfrəyə təqdim edildiyini yazmışlar.471 Təbii ki, S.İ.Mesropyan və V.İ.Sxirtladze kimi müəlliflər Cənubi Qafqazın mətbəxinə yaxından bələd idilər”.

XƏBƏR LENTİ