Gürcüstanda Tbilisinin mərkəzindəki Tamar Mepe prospektində yaşayış binası yanır.
Günorta saatlarından üçmərtəbəli binada başlayan yanğının səbəbi hələ məlum deyil.
Hadisə yerinə 20-yə qədər yanğınsöndürmə briqadası səfərbər edilib.
Artıq bütün sakinlər binadan təxliyə olunub. Onlardan bir neçəsinə tibbi yardım göstərilib.
Mənbə: Sputnik Gürcüstan