Anons

18-04-2019, 10:00 - Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16% artıb

17-04-2019, 19:11 - DTX-nə yeni səlahiyyətlər verildi - FƏRMAN

17-04-2019, 19:09 - ​ADPU rektorunun Muxalifet.az-a qarşı iddiasına baxıldı – HAKİM LİNQVİSTİK EKSPERTİZA TƏYİN ETDİ

17-04-2019, 11:34 - Nazirlər Kabinetindən kommunal xidmət limitləri ilə bağlı - YENİ QƏRAR

17-04-2019, 09:12 - Həbsxanada kütləvi qaçış: ölən və yaralananlar var

17-04-2019, 08:55 - Şöbə müdiri: “Bu il Azərbaycanda biri güclü olmaqla 3 vulkan püskürməsi ehtimal olunur”

16-04-2019, 10:55 - Dərbənd rayon icra hakimiyyətinin başçısı Məhəmməd Cəlilov ikinci dəfə niyə qandallandı?

16-04-2019, 10:54 - Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Rusiya-Azərbaycan sərhəddində saxlanılaraq dindirilib

15-04-2019, 08:44 - Mingəçevirdə şəhid atasından ürəkparçalayan müraciət: “Məktubum prezidentə çatsa…” – Foto

15-04-2019, 08:37 - Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

11-04-2019, 10:30 - Saray qəsəbəsində məcburi köçkünün evi dağıdıldı - VİDEO

8-04-2019, 14:18 - Qobuda 1200-ə yaxın evin 6 minə yaxın sakini Prezident və Mehriban xanımdan kömək istəyir-VİDEO

8-04-2019, 12:24 - Xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb

8-04-2019, 09:57 - Ziyafət Əsgərovun qardaşının himayə etdiyi iddia edilən şəxs İmişlidə faciəyə səbəb ola bilər

4-04-2019, 09:05 - Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)

3-04-2019, 12:32 - Qasım Qasımov, Allahverdi Əliyev və... üçbucağının 20 000 avronu hara verdikləri məlum oldu

3-04-2019, 05:02 - 2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

3-04-2019, 04:25 - Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir – Sirləri öyrənin!

2-04-2019, 09:04 - Rusiyanın daxili işlər naziri gözlənilmədən KXDR-a gedib

1-04-2019, 08:59 - Yaponiyada köhnə həbsxana mehmanxana kimi fəaliyyətə başlayacaq - VİDEO - FOTO

29-03-2019, 09:15 - Uşaqları rus sektoruna qoymaq istəyən valideyinlərə - PİS XƏBƏR

29-03-2019, 08:50 - Bu gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vyanada görüşəcək

29-03-2019, 05:05 - Kimdir günahkar?

14-03-2019, 11:41 - Yaşıl Dərə sakinlər mavi yanacaqdan əziyyət çəkir - VİDEO

13-03-2019, 21:01 - “Sədərək” rəhbərliyi yetimin qazancına göz dikib - BİABIRÇILIQ

13-03-2019, 20:56 - DYP özbaşnalığı barədə aidiyyəti şəxslərə müraciət !!!

12-03-2019, 18:02 - Həqiqət Abdullayeva şəhər rəhbərliyi ilə münasibətlərini romantik hind filmi sujeti müstəvisində təqdim edir

11-03-2019, 14:24 - Gömrükdə “sahibkarlara anbar tələsi” - “Boşalt-yığ” əməliyyatından yığılan milyonlar…

Rusiya qlobal internetdən ayrılmaq istəyir

Tarix:11-04-2019, 17:15 Baxış Sayı:31

Rusiya qlobal internetdən ayrılmaq istəyir

Rusiya parlamenti “Müstəqil internet haqqında” qanunu nəzərdən keçirəcək. Lakin Rusiya internetinin asan idarə oluna biləcəyi məsələsi açıq qalır.

Bizimyol.info xəbər verir ki, bu barədə alman nəşri “Süddeutsche Zeitung” yazır.

“İnquşetyanın Maqas şəhərində parlamentinin qarşısında minlərlə insan toplaşaraq Çeçenistanla yeni sərhədə qarşı çıxıblar. Etirazçılar çadır tikdilər və meydanda cümə namazı qıldıqları zaman təhlükəsizlik qüvvələri də onlarla birlikdə dua etdilər. Moskvada bu kadırları izlənilməsini istəməyib və buna görə də çəkilişlər sosial şəbəkələrdə yayılmayıb. İnquşetiya əhalisi də həmin vaxt o foto və videoları intrnetə yükləyə bilmədi. Provayderlər bölgədə iki həftə 3G və 4G xidmətlərini bağladılar, çünki bunu Rusiya hakimiyyətinin senzurası istəmişdi”, – deyə jurnalist Silka Bigalkka qeyd edib.

“Bizimyol.info” “İnopressa.ru”ya istinadən bildirir ki, “Bunu bir test baxışı kimi istifadə etdilər. Kremlin ehtimal ki, bütün şəbəkəyə qoşulmağı və açılmağı yoxlamış oldu. Eyni zamanda bu, “Suveren internet haqqında” qanun qəbil edilməsi istiqamətdə bir addım hesab edilə bilər “, – deyə jurnalist bildirib.

Rusiyanın hüdudlarında rəqəmsal divar qurmaq həqiqətən mümkündürmü? Ekspertlər bu ehtimala şübhə ilə yanaşdıqlarını bildirirlər.

“RosKomSvoboda” internet azadlığını müdafiə edən qrupun fəallarından olan Aleksandr Isavnin bildirib ki, hakimiyyət telefon və televiziyada olduğu kimi internetin də onların nəzarətində olmasını istəyir. Onun sözlərinə görə səlahiyyətlilər, başa düşmürlər: “Qanunun müəllifləri internetə nəzarət etmək istəyirlər. Onlar bununla ölkəyə böyük zərər verə bilərlər. Lakin onlar anlamalıdırlar ki, bütün şəbəkəni blok edə bilməzlər”, – deyə İsavnin bildirib.

“Burada yalnız senzuraya deyil, həm də infrastruktur nəzərə alınmalıdır”, – deyə nəşrdə qeyd olunur. “Bu qanunun köməyi ilə Kremlin ölkə daxilində hansı məlumatların yayılmasına qərar verməkdə daha çox iştirak etmək istəyir. Ola bilsin ki, bütün ölkələrin internetə çıxışını əngəlləyə bilməyəcək, amma bəzi bölgələrdə, məsələn, İnquşetiyada bu mümkündür. (…) “The Red Web” kitabının müəllifi Andrey Soldatov yazır ki, Kremlin internet vasitəsi ilə insanların küçələrə çıxması etimalını dəyərləndirir və lazımı anda buna mane törətmək istəyir.

“2012-ci ildən etibarən qəbuledilməz saytların qara siyahısı hazırlanıb. Əvvəl bu siyahıda gənclər üçün təhlükəli olan saytlar var idi. Sonra buraya ekstremistlərin tərəfdarları və qeyri-qanuni etirazlara çağırışlar edənlər də əlavə edidi. Ona görə də bu qərar qeyri-müəyyəndir və demək olar ki, əsassız olaraq tətbiq edilə bilər”, – deyə Bigalka qeyd edir.

Jurnalist yazır ki: “Sosial şəbəkələrdə fərqli musiqi paylaşmağa görə, Krımın ilhaqını tənqid edir və ya kilsə təhqir edən insanlar cəzalandırır. Saxta xəbərlər yayan və hakimiyyətə qarşı çıxan saytlar qanun haqqında “qeyri-dəqiq şəkildə yazılmışdır, buna görə kimin harada sərhədi keçəcəyini dəqiq bilmir”, – deyə yazılar dərc ediblər. Gələcəkdə insanlar nəzarət altında olduqlarını daha güclü hiss edəcəklər və internetdə öz fikirlərini ifadə etməyə daha az səy göstərəcəklər”.

“Bu baxımdan Rusiyada internet o yerdir ki, orada müxalifət rahatlıqla idarə olunur. FTX-nin daxili təhlükəsizlik idarəsi “IC3PEAK” müxalifət qrupunun demək olar ki hər bir konsertinin qarşısını almaq üçün cəhdlər edir. Amma bu əks effekt verir, qrupu “Youtube”dan daha çox insan dinləməyə başlayır. Bu qrup etiraz simvolu oldu. Əks möveqli televiziya kanalları internetə köçürüldü, lisenziyasız film nümaişlərini “Youtube”da yaydılar: “Hökumətin əsas məqsədi müxalifətin qarşısını almaqdır, buna nail olmaq üçün daha çox qanun yaradacaq”, – deyə Al Eksaver İsavnin yazır.

“Rəqəmsal iqtisadiyyat yeni qaydalar və qanuni qeyri-müəyyənliklərdən əziyyət çəkir. Ekspertlər, bir çox kiçik internet provayderinin işini dayandıracağından qorxurlar. İnternetdə baş verən hadisələri nəzarət etmək üçün ən yaxşı yolu, bütün operatorları iqtisadi mənada öldürmək və inhisarçılıq yaratmaqdır “, – İsovnin deyir.

İnternet mütəxəssisi Soldatov öz növbəsində yeni qanunun Rusiyanın Yandex və Mail.ru kimi internet nəhənglərini təəccübünə səbəb olacağını bildirib. “Uzun illərdir ki, Rusiyanın İnternet Kremlindən müstəqil olaraq inkişaf etdiyini düşünürdük və ən böyük firmalar öz müstəqilliyindən qürur duydular. Hökumət yeni sistemin xərclərini almaq istəyirsə, indi demək olar ki, heç bir müqavimət yoxdur “,- deyir Süddeutsche Zeitung.

Rusiya qlobal internetdən ayrılmaq istəyir

Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bizimyol.info-ya bildirib ki, son zamanlar Rusiyada internetlə bağlı mühafizəkar siyasət yürüdülür: “Qərb ölkələrinin Rusiyaya qarşı təzyiqləri artdıqca rəsmi Moskva məhdudlaşdırıcı qanunverici aktları qəbul edir. Yəni istifadəçilərin internetə girişinin məhdudlaşdırılması, təhqir və böhtan məsələləri istiqamətində inzibati tədbirlər görülür”.
Ekspertin sözlərinə görə, Rusiya əlahiddə infrastruktur qurmaq istəmir: “Sadəcə daxili şəbəkə qura bilərlər. Amma Rusiyanın indiki durumu da böyük investsiyaların xərclənməsinə əsas vermir. Arzu ilə reallıq üst-üstə düşmür. Çünki Rusiya hazırda Avropanın iqtisadi sanksiyaları ilə üz-üzədir”.

XƏBƏR LENTİ