Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Türkmənbaşı xalq qarşısına at belində çıxdı

Tarix:5-08-2019, 10:37 Baxış Sayı:49

Türkmənbaşı xalq qarşısına at belində çıxdı

Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədov aradan on gündən də çox keçəndən sonra ilk dəfə dövlət televiziyasında görünüb. Türkmən televiziyasının “Vatan” proqramı xəbər verib ki, Berdiməhəmmədov məzuniyyəti zamanı aktiv istirahətlə məşğul olur.
“Azatlık” radiosu isə xəbər verib ki, axşam efirində Türkmənistan liderinin velosiped sürdüyü, at belində gəzdiyi və avtomatik silahdan atəş açdığı barədə reportaj nümayiş olunub.

Bundan əlavə, dövlət televiziyasının məlumatına görə, Berdiməhəmmədov idman avtomobilinin sükanı arxasında Karakum səhrasından keçərək əhali arasında “Cəhənnəm qapıları” adı ilə daha yaxşı tanınan yanan qaz krateri Darvaza qədər uzun bir məsafə qət edib…

Qeyd edək ki, Rusiyanın Baş naziri Dmitri Medvedev ilk Xəzər İqtisadi Forumunda iştirak etmək üçün 11-12 avqust tarixlərində Türkmənistana səfər planlaşdırır.

Bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

“Azattık” radiosu isə bəyan edib ki, səfər çərçivəsində onun Türkmənistan Prezidenti Qurbanqulı Berdiməhəmmədovla görüşü və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Q.Berdiməhəmmədovun iyulun 5-dən sonra ictimai arenada, o cümlədən Avropa İttifaqı Xarici İşlər Nazirliyinin rəhbəri Federika Mogerininin iyulun 6-da Aşqabada səfəri zamanı görünməməsi, Türkmənistan Prezidentinin səhhəti ilə bağlı bəzi fərziyyələr doğurub. Hakimiyyət təmsilçiləri dəfələrlə Prezidentin avqustun 15-dək məzuniyyətdə olduğunu bildiriblər. Planlaşdırılan Xəzər forumu isə onun məzuniyyətinin rəsmən başa çatmasından əvvəl başlayacaq.

İyulun 15-də Türkmənistanın dövlət mediası 62 yaşlı Qurbanqulı Berdiməhəmmədovun yeni kitab üzərində işlədiyi və nəvələri ilə oynadığı barədə video nümayiş etdirdi. İyulun 25-də, doqquz günlük fasilədən sonra isə Türkmənbaşı dövlət televiziyasının kameraları qarşısına çıxdı və Aşqabad şəhərinin gələcəyi ilə bağlı bir sıra tikinti layihələrini təsdiqlədi. Yeri gəlmişkən, bu məlumatı “Türkmən Dövlət Xəbərləri” agentliyi yaymışdı. (virtualaz.org)

XƏBƏR LENTİ