Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

“Gürcüstanın Bakıda keçirilməsi planlaşdırılan hərbi təlimlərdə iştirak etməsi Gürcüstana və gürcü tarixinə böyük təhqirdir”-Gürcüstan Leyboristlər partiyasının sədri Şalva Natelaşvili

Tarix:2-09-2019, 21:52 Baxış Sayı:74

“Gürcüstanın Bakıda keçirilməsi planlaşdırılan hərbi təlimlərdə iştirak etməsi Gürcüstana və gürcü tarixinə böyük təhqirdir”-Gürcüstan Leyboristlər partiyasının sədri Şalva Natelaşvili

Gürcüstan Leyboristlər partiyasının erməniəsilli başçısı Şalva Natelaşvilinin təxribatçı bəyanatı başadüşüləndir -Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev

Avqustun 30-da Gürcüstan Leyboristlər partiyasının lideri Şalva Natelaşvili Azərbaycan əleyhinə bəyanatla çıxış edib. Qonşu respublikadakı “24News.ge” saytının məlumatına görə, partiya sədri Keşikçidağ monastr kompleksində baş verən hadisələrə cavab olaraq belə bir addım atmağın vacibliyini söyləyib. O deyib: “Prezident Əliyev biraz bundan əvvəl Davit Qareciyi, Bartubaniyi, Ağdqoma Monastrını, ikinci Yerusəlim olan, qədim gürcü mədəni irsimizi, abidəmizi əlimizdən aldı və oraya silahlı qüvvələr daxil etdi, orada böyük avtoban yaratdı və indi, heçnə olmamış kimi, bizim silahlı qüvvələrimizin Bakıya gedib, hərbi təlimlərdə iştirak etməsi gürcü xalqına, Gürcüstan tarixinə və gürcü əsgərlərinə böyük təhqirdir”. Daha sonra Şalva Natelaşvili Gürcüstanın müdafiə nazirliyinə də müraciət göndərdiyini açıqlayıb. “İqtidara müraciət edirəm ki, heç bir əsgərimizi Azərbaycana göndərməsin və ərazilərimizi və dini abidələrimizi əlimizdən alan o ölkə ilə, ağılları başına gələnə qədər heç bir strateji partnyorluq etməsinlər”.

Məlumat üçün bildirək ki, sentyabrın 2-dən 6-dək Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimləri keçiriləcək.

“Azərbaycana qarşı daim əsassız və böhtan xarakterli bəyanatları ilə tanınan Ş. Natelaşvilinin canfəşanlığı başa düşüləndir”. Bu sözləri isə “Şimal xəbərləri”nə açıqlamasında Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib. O bildirib ki, Şalva erməniəsillidir. Gürcüstanın siyasi dairələrində bunu hamı bilir. Onun məqsədi Azərbaycanla Gürcüstan arasında münasibətləri gərginləşdirməkdir. Şalva Natelaşvilidən fərqli olaraq bizim ağlımız yerindədir. Moskvadakı və İrəvandakı havadarları qarşısında quyruq bulayan Leyboristlər partiyasının lideri məqsədinə çata bilməyəcək. “Rus qoşunları hər gün Gürcüstan torpaqlarının içərisinə doğru addım-addım irəliləyirlər. Əgər Şalva belə cəsarət sahibirsə və Gürcüstanı sevirsə hərbçilərin qarşısına çıxsın, Moskvaya qarşı etirazını bildirsin. Narahat olmasın, Azərbaycan və Gürcüstan rəhbərləri danışıqalar yolu ilə problemi yoluna qoyacaqlar”. Şimali Qafqaz üzrə ekspert onu da vurğulayıb ki, son aylar daşnak ideoloqları Gürcüstan ərazisində at oynadırlar. Amma qonşu dövlətin rəhbərləri susqunluq nümayiş etdirirlər. Yaxşı araşdırsalar görərlər ki, Gürcüstan siyasətində yer alanların bəziləri gürcü soyadı ilə gizlənən ermənilərdir. “Məni bir məsələ də ciddi düşündürür. Nə vaxtadək Gürcüstanda yaşayan azərbaycanlılar susacaqlar? Vaxt çatıb ki, Şalva Natelaşvili kimi siyasi nökərlərə layiqli cavab verilsin. ”

“Şimal xəbərləri”

XƏBƏR LENTİ