Anons

Bu gün, 16:59 - Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, bəzi rayonlara dolu düşəcək

21-04-2017, 16:01 - Albina Muradxanovanın saxta sənədləri ifşa olundu - Samur bələdiyyəsinin sədri

21-04-2017, 14:40 - Gülməmməd Cavadovun qohumu S.Cəfərov fəhlələrə qan uddurur - Nazir müavini niyə məsələyə münasibət bildirmir...?

19-04-2017, 03:52 - 286 saylı məktəbdə 7 sinif şagirdi bıçaqlanıb... - ŞOK MƏLUMATLAR

17-04-2017, 15:53 - Cəlal Əliyevin adından istifadə edən zavod sədri – S.CƏFƏROV

16-04-2017, 13:45 - Polis general-mayoru H.Şirinovun ailəsində itki baş verib - Başsağlığı

16-04-2017, 10:29 - Ermənistan silahlı bölmələri atəşkəsi 120 dəfə pozub

15-04-2017, 10:44 - Qüdrət Şükürov -Bakı lift idarəsinin rəisi və ya milyonlara sahib, xaricdə yaxtası, villaları, maşınları olan oliqarx -

12-04-2017, 02:30 - Məktəbin ərazisində tikinti işlərinin aparılması etiraza səbəb oldu - VİDEO

10-04-2017, 03:18 - Deputat qohumunun 300 min aldığını təsdiqləyən sənəd ortaya çıxdı - FAKT

8-04-2017, 00:02 - Azərbaycanda FETÖ-çuların rəhbəri Şahmar İbadovdur...?

7-04-2017, 15:57 - Saxta diplomla GDU-da necə işləmək mümkün olur…?

6-04-2017, 06:33 - Türkiyədə zəlzələ olub

6-04-2017, 02:15 - Günün qoroskopu: gərginləşməyə davam edəcək

6-04-2017, 02:12 - Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər

5-04-2017, 16:48 - Masallı DYPŞ-nin baş inspektorundan nazirə müraciət ünvanlandı - ARAŞDIRMA(VİDEO)

5-04-2017, 01:35 - 136 saylı məktəbdə bıçaqlanma hadisəsi baş verib - Olay

4-04-2017, 14:53 - Qovulmuş tələbə necə general oldu – Vüsal Növruzovun Çovdarovsayağı yüksəlişi

4-04-2017, 13:26 - Azərbaycanda tanınmış ailənin övladı, Çində istintaq qarşısında

3-04-2017, 10:55 - "Azercell" abunəçilərinə xəbərdarlıq edib

3-04-2017, 00:33 - Xocavənddə özbaşınalıq- Sələmçi İslam Allahverdiyev 1 milyonluq mülkə necə sahiblənib?

2-04-2017, 17:51 - Ramin Quluzadəyə qarşı çıxan qovşaq rəisi Zaur Məmmədov

2-04-2017, 16:28 - “Bizim maket”lərin sahibi haqda şok ifadə: 17 milyonluq mülk necə alınıb?

2-04-2017, 02:39 - Firdovsi Cəbrayılov ilə Eldar Əzizov arasında gərginlik...

1-04-2017, 11:32 - Aprel savaşında ordumuz Ermənistana böyük dərs verdi

30-03-2017, 21:10 - Əlillərə 2 milyon manat ayrıldı

30-03-2017, 20:51 - Milli Bankın rəhbəri vəzifədən getdi

30-03-2017, 19:39 - Təhsil Nazirinin qohumu Tərtər təhsilin öz biznesinə çevirib... TAR-MAR EDİR

Dərman mafiyasının

Tarix:7-01-2016, 16:11 Baxış Sayı:254

Dərman mafiyasının



Səhiyyə Nazirliyinin icazəsi olmadan 844 adda dərman vasitəsi ölkəyə necə idxal olunub?


Xəbər verildiyi kimi Səhiyyə Nazirliyi Azərbaycanda müxtəlif adda olan 844 adda dərman vasitəsinin dövriyyəsinə qadağa qoyub. Bu dərmanlar artıq tibbdə istifadə olunmayacaq. Dövriyyəsi qadağan edilən dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar daha çox üstünlük təşkil edir. Onların arasında əhali tərəfindən gündəlik həyatda istifadə olunan və adları hər kəsə yaxşı tanış olan dərmanlar da var.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət Inspeksiyasının rəisi Pərviz Əzizbəyov bu məsələyə aydınlıq gətirərkən maraqlı açıqlamalar verib. “Müəyyən mərhələdə dərman vasitəsi bir seriya ilə idxala buraxılır. Növbəti mərhələdə isə həmin dərman vasitəsi eyni formada və dozada başqa seriya nömrələri ilə buraxılır. Misal olaraq, bəzən elə dərman vasitəsi olur ki, Azərbaycana idxal olunanda onun 5-6, hətta 10 seriyası olur. Mərkəzin rəsmi internet səhifəsində qeyd olunan 844 dərman vasitəsi isə Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə idxal olunub. Ona görə də onların dövriyyəsinə qadağa qoyulub. Lakin siyahıda adları olan dərmanların başqa seriyalarına bu qadağa şamil edilmir”,-deyə o “Şərq” qəzetinə bildirib.

Pərviz Əzizbəyovun bu açıqlaması əslində hökumətin ifşasıdır. Təsəvvür edin, Səhiyyə Nazirliyinin rəsmisi açıq şəkildə bəyan edir ki, 844 dərman vasitəsi qurumun icazəsi olmadan ölkəyə idxal olunub. Məlumat üçün deyək ki, Azərbaycanda təxminən 4500 adda dərman dövriyyədədir. Aydın olur ki, bunun 844-ünə Səhiyyə Nazirliyi icazə verməyib. Bəs bu dərmanları ölkəyə kim gətirib? Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, hüquq-mühafizə orqanları hansı səbəbdən bunun qarşısını ala bilməyiblər? Niyə vətəndaşların taleyinə biganə yanaşılıb? Pərviz Əzizbəyov bu suallara aydınlıq gətirməyib. Biz aydınlıq gətirməyə çalışacağıq. Azərbaycanda dərman biznesi ilə adi sahibkarların məşğul olmadığı bəllidir. Illərdir mətbuat yazır ki, dərman biznesi hakim ailənin monopoliyasındadır. Mərhum Heydər Əliyevin hakimiyyəti illərində bu sahə onun mərhum qardaşı Aqil Əliyevin nəzarətində idi. Ilham Əliyev hakimiyyətə gələndən sonra sonra isə Paşayevlər Aqil Əliyevin oğlu Ilqar Əliyevi bazardan çıxardılar. Dərman biznesi demək olar ki, tamamilə Paşayevlərin nəzarətinə keçdi. Məhz bu səbəbdəndir ki, Səhiyyə Nazirliyinin icazəsinə əhəmiyyət verilməyib. Oqtay Şirəliyev və həmin dərmanların ölkəyə idxalında məsuliyyət payı olan dövlət gömrük komitəsinin sədri Aydın Əliyev də Paşayevlərdən ehtiyat edərək baş verənləri sükutla izləyib.

Görünür, artıq vəziyyət təhlükəli həddə çatdığı üçün hakimiyyətin zirvəsi müəyyən addımlar atmaq qərarına gəlib.azadliq.info

XƏBƏR LENTİ