Anons

Haqqımızda Əlaqə

Neftçala sakinləri İsmayıl Vəliyevə

Tarix:15-01-2016, 22:45 Baxış Sayı:581


Neftçala sakinləri İsmayıl Vəliyevə

Neftçalada balıq alverçiləri ilə icra başçısı İsmayıl Vəliyev arasında gərginlik yaranıb. Bu barədə rayon sakinləri məlumat verib.

Belə ki, uzun illərdir Neftçalada balıq bazarı fəaliyyət göstərirdi. İsmayıl Vəliyev rayona icra başçısı təyin edildikdən sonra özü üçün ikinci balıq bazarını açdırıb.

Bu günlərdə isə köhnə balıq bazarında ticarətlə məşğul olan alverçilərə qarşı təzyiqlər başlayıb. Sakinlərin sözlərinə görə, İsmayıl Vəliyev balıq alverçilərini məcburi şəkildə öz bazarına gətirmək istəyir ki, gündəlik yer pulu yığsın. Buna görə, alverçilərə polis vasitəsi ilə təzyiq edirir, onları həbs olunmaqla hədələyir.

Məlumata görə, bu gün balıq alverçiləri ilə İsmayıl Vəliyev arasında gərginlik yaranıb. Alverçilər halal çörəklərini qazanmalarına mane olan icra başçısına hücum edib.xalqxeber.az

XƏBƏR LENTİ