Süleyman Mikayılov nakautda: 500 minlik qalmaqallı pul "razborka"sı

1-02-2016, 12:24Gündəm
Süleyman Mikayılov nakautda: 500 minlik qalmaqallı pul

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karyerası dövründə ən çətin günlərini yaşayır. Belə ki, savash.org-un verdiyi məlumata görə, icra başçısı I Avropa Oyunları ərəfəsində guya ondan fantastik dərəcədə pulun alınmasını ictimailəşdirdiyinə görə cəzalana bilər.

Belə ki, Avropa Oyunlarından dərhal sonra sahibkarlardan və büdcə təşkilatlarından hər ay topladığı rüşvətin məbləğini artıran Süleyman Mikayılov bunu Avropa Oyunları zamanı ciddi xərcə düşməsi ilə izah etməyə çalışıb. Bununla bağlı informasiyalar "yuxarılar”a çatdıqdan sonra isə ona qarşı münasibət mənfiyə doğru dəyişib.
Bu günlərdə isə ölkə mətbuatında qardaşı Bağır Mikayılovla bağlı yayılmış Qaradağ RİH başçısı üçün gözlənilməz zərbə olub. Həmin məlumatlarda deyilir ki, Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər. Bəzi bilgilərə görə, belə adamların toplam sayı 50 nəfərdən çoxdur. Məlumatda qeyd edilir ki, Bağır Mikayılovun həmin şəxslərə 500 min manatdan artıq borcu yaranıb. Həmin şəxslər isə pullarını geri ala bilmədiklərindən şikayətçi düşüblər. İcra başçısının qardaşını müdafiə etməsi isə şikayətçilərin daha yuxarı instansiyalara müraciət etməsinə səbəb olub. Bu isə onsuz da etimadı zədələnmiş icra başçısı üçün daha bir zərbə olub.
Savash.org-u məlumatlandıran mənbə iddia edib ki, Qaradağ RİH başçısına özünü doğrultmaq və şikayətləri yoluna qoymaq üçün son şans verilib. Təlaşa düşən icra başçısı isə qardaşının müəllifliyi ilə həyata keçirilən 500 minlik qalmaqalı təcili olaraq həll edəcəyinə söz verib. Süleyman Mikayılov eyni zamanda mətbuatda əleyhinə dərc olunmuş yazıların "təmizlənməsi” üçün də xüsusi canfəşanlıq göstərir.
Mövzuya qayıdacağıq.
Oxunub: 239
Rəsmi

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub
Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub

Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
XƏBƏR LENTİ
22:07 27 il yaddaşlardan silinməyən QANLI FACİƏ -Qara 20 Yanvar 21:25 Türkiyə bu səhnədən danışır - 19:23 Generalın təqaüdə çıxmamasının şok səbəbi -Ramiz Zeynalovu qanunu pula dəyişənlərlə nə birləşdirir? 19:15 328 saylı baxça yoxsa, 328 adda oyun ... 19:15 Reynaldo üçün daha bir təklif 19:00 Donmuş göldən möhtəşəm görüntülər- FOTOLAR 18:40 Azərbaycanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlanıb 18:17 Daxili İşlər Nazirliyinin əməkdaşlarına 'Rəşadətli əməyə görə' nişanı təqdim olunub 18:15 Sabirabadda damında helikopter meydançası olan xəstəxana tikilir 18:13 İcra başçısının adı 8 milyonluq qalmaqalda hallanır –ABDİN FƏRZƏLİYEVİN ƏLBİR OLDUĞU 'İŞBAZLAR'... 18:00 Bu il daha hansı universitetlər bağlanacaq?- Slavyan, Turizm, Texniki... 17:38 Keçmiş nazirin “İsmayıllı tövbəsi”....– Villa və obyektlərini satıb 17:34 ‘Abır–həyanın’ satıldığı ‘VİKTORİYA’da Əmək Kitabçası Qalmaqalı -ŞİKAYƏT 17:15 Bakıda 5 gün əvvəl intihara cəhd edən şəxs öldü 17:05 Baş həkimdən ana və körpəsinin ölümü ilə bağlı AÇIQLAMA 16:46 Ukrayna prezidentinin Azərbaycana dəstəyi Rusiyaya və Ermənistana mesajdır 16:33 AZAL qiymətləri artıracaq?- Rəsmi CAVAB 16:20 Metroda halı pisləşdi, təcili yardım gəldi, amma... 16:08 Cabir İmanov: Pul hər şeyi həll etmir... 15:59 Azərbaycanlı yazar “Forbes”in siyahısında 15:44 Məşhur DYP əməkdaşı işdən qovuldu 15:27 İtaliyada hotel qar altında qaldı– YENİLƏNİB 15:15 Ana tualetdə doğduğu uşağı zibil qabına atdı 15:00 İtkin neftçi qardaşların ailə üzvləri axtarışlara başlayıb- VİDEO+FOTO 14:50 Serj Sarkisyan ölü dirildir 14:45 Telefon və internet pulu terminalla ödəniləcək 13:37 Ağcabədidə ana və körpə doğuş zamanı ölüb 13:25 Azərbaycan neft hasilatının azaldılmasını dəstəkləməyə hazırdır 13:11 Emin Ağalarov: Tramp dünyanı daha yaxşı edəcək- FOTO 12:57 Sabah ölkə ərazisində sulu qar yağacaq 12:45 "Real"ı doğma azarkeşləri qarşısında uddular 12:18 Sabah bu yollar bağlı olacaq - DİQQƏT 12:05 Polis maşınla piyadanı vurdu - Bakıda 12:00 AMEA-nın institutunda 303 minlik şübhəli tender- ARAŞDIRMA 11:36 Polis bölməsinə çağırılan Kamil Zeynallı danışdı 11:13 Ramil Usubov genralları topladı - rəsmi 11:00 Qaradağın icra başçısı sakinləri hədələdi 10:50 "Tramp müsəlmanları qeydiyyata almaq niyyətində deyil" 10:38 Gədəbəyin Meşə idarəsində "MEŞƏ QANUN"LARI- Nazirliyin rəhbər vəzifəliləri... 10:27 Qazın qiymətinin yenidən artacağının anonsu verildi