Anons

Bu gün, 03:50 - “Mədət Quliyevə müraciət edəcəyik”- MTN GENERALININ OTEL QALMAQALI-FOTO

Bu gün, 01:31 - Sabah bəzi yerlərdə yağış, dağlarda qar yağacaq

21-03-2017, 00:29 - TƏRTƏRİN YENİ DYP RƏİSİ HAQQINDA İLGİNC AÇIQLMA

19-03-2017, 19:23 - NƏRİMANOV PARKINDA POLİSİN GÖZÜ ÖNÜNDƏ AÇIQ FAHİŞƏ BAZARI...

18-03-2017, 22:37 - Hərbi dənizçilərlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nümayəndələrinin görüşü keçirilib

17-03-2017, 03:20 - ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək - TƏKLİF

15-03-2017, 20:47 - Metropolitenində səbəbsiz tuneldə peyda olan tüstülənmə sərnişinlərə çətin anlar yaşadıb

15-03-2017, 03:30 - Putin və Sarkisyan bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

14-03-2017, 16:10 - Prezident də həyəcan təbili çalır, ancaq...

13-03-2017, 21:22 - Bakı-Sumqayıt yolunda qəzada yaralanan tələbələrin aqibəti

13-03-2017, 18:47 - Düşmən atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub

13-03-2017, 18:44 - PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

13-03-2017, 11:42 - Nazir Ramil Usubovdan yeni rəis təyinatı

11-03-2017, 23:23 - İcra başçısı sənədli evləri sökdürür - Sakinlər aksiya keçirib-FOTO+VİDEO

11-03-2017, 18:53 - REGİONUMUZA SOXULAN İRTİCA: ABŞ-İsrail cütlüyünün sürətlə silahlanması bütün dünyaya təhlükədir; onlar vuruşmağa yox, vuruşdurmağa çalışırlar – TƏHLİL

10-03-2017, 23:14 - Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun rüşvət və biznes dünyası

10-03-2017, 17:10 - “Ştutqart”la bağlı FAKT təsdiqini tapdı – FOTOFAKT

10-03-2017, 15:08 - Tərtər təhsilində SURXAY MİRZƏYEV müəmması - Dövrü oyun silsiləsində təhsil məhvi

10-03-2017, 01:56 - Təbrik edirik cənab General!

10-03-2017, 00:44 - Sabahdan bu yol bağlı olacaq - Xəbərdarlıq

10-03-2017, 00:17 - 40 yaşından sonra tələbə olan indiki icra başçıları -

8-03-2017, 15:25 - Məktəb direktoru Mahir Əliyev hərbi xidmətdən…

2-03-2017, 17:49 - Təranə Güləliyeva Jurnalistlərin fəaliyyətinə rayon daxilində qadağalar qoyur...

2-03-2017, 15:58 - Polis özbaşınalığı: Serjant eks naziri maşından düşürdü – VİDEO

2-03-2017, 14:59 - TƏRTƏR TƏHSİLİNDƏN BakuNews.az-a YENİ TƏHDİD - SURXAY MİRZƏYEV NƏYƏ NAİL OLMAĞA ÇALIŞIR

1-03-2017, 14:26 - Həbsdəki məmurlar arasında qarşıdurma - “Qorxusundan pul ödəyib”

1-03-2017, 13:47 - Jurnalist İkram Rafiqoğlu həbsdən azad edildi

28-02-2017, 16:53 - Mətbuat Şurası KİV-ə müraciət edib

Haqqımızda Əlaqə

Ziya Məmmədov Arif Əsgərova görə “məşhər ayağına” çəkilir -

Tarix:12-02-2016, 12:11 Baxış Sayı:184

Ziya Məmmədov Arif Əsgərova görə “məşhər ayağına” çəkilir -

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri, nəqliyyat nazirinin müavini Arif Əsgərovun müəllifliyi ilə həyata keçirilmiş maliyyə yeyintiləri ilə bağlı yeni araşdırmaya start verilib.
Mənbələrdən sızan informasiyaya görə, bu təhqiqatların yekunu olaraq təkcə Arif Əsgərovun deyil, eyni zamanda onu özünə müavin təyin etməklə qoruması altına almış nəqliyyat naziri Ziya Məmmədovun da başı ağrıyacaq.
Xatırladaq ki, Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri kimi fəaliyyət göstərdiyi 6 il ərzində ölkəmizin dəmir yolu təsərrüfatını demək olar ki, bərbad hala salıb. Məhz onun rəhbərliyi dövründə yüzlərlə təcrübəli işçi heç bir səbəb olmadan işdən kənarlaşdırılıb. Ümumiyyətlə, qurumun keçmiş rəhbəri 2009-2015-ci illər ərzində çoxsaylı qanun pozuntularına, külli miqdarda yeyintilərə və digər neqativ işlərə şərait yaratmaqla bu sahədə ciddi problemlərin yaranmasına səbəb olub.
Arif Əsgərovun nəqliyyat nazirinin müavini təyin olunmasından bir müddət öncə isə "Azərbaycan Dəmir Yolları" QSC-də 48 milyonluq yeyintinin üstü açılmış və bu cinayətə görə qurumun marketinq şöbəsinin müdiri Rahib Hüseynov həbs olunmuşdu.
Qeyd edək ki, həbs olunan Rahib Hüseynov Arif Əsgərovun yaxın qohumu idi. Bu məsələnin üstü açılandan sonra Arif Əsgərov çıxılmaz duruma düşmüş, hətta onun özünün barəsində cinayət işinin açılacağı barədə məlumatlar yayılmışdı. Amma gözləntilərin əksinə olaraq Arif Əsgərov bu təhlükədən canını qurtara bildi, eyni zamanda nəqliyyat nazirinin müavini postuna sahiblənməyi də bacardı.
Arif Əsgərovun Nəqliyyat Nazirliyində yüksək vəzifəyə təyinat almasının sirri ilə bağlı "Unikal”a danışan mənbəmiz isə olduqca ilginc informasiyalar verib. Qaynağın sözlərinə görə, həmin vaxt Arif Əsgərovun həbs olunması gündəmdə imiş. Çünki "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində baş vermiş maliyyə yeyintiləri, mənimsəmələrlə bağlı konkret faktlar aşkarlanmışdı:
"Amma Arif Əsgərov həmin ərəfədə nəqliyyat naziri Ziya Məmmədovu şantaj edərək, bu yeyintiləri təkbaşına etmədiyini söyləmiş və həbs olunacağı təqdirdə baş verənlərdə Ziya Məmmədovun da iştirakçı olduğunu söyləyəcəyini bildirib. Doğrudan da fakt bundan ibarətdir ki, Arif Əsgərov dəyəri milyonlarla ölçülən mənimsəmələri Ziya Məmmədovun xəbəri olmadan reallaşdıra bilməzdi”.
Mənbəmiz bildirir ki, Arif Əsgərovun nəqliyyat nazirini şantaj etməsi onun işinə yarayıb və canını labüd həbs təhlükəsindən qurtarıb: "Ziya Məmmədov məcburiyyət qarşısında qalaraq onu müdafiə etdi. Hətta Arif Əsgərovu yanına gətirmək üçün rəhbərlik etdiyi nazirlikdə əlavə müavinlik ştatı açıldı və beləliklə Arif Əsgərov nəqliyyat nazirinin müavini təyin olundu”.
Amma "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Arif Əsgərovun sədr olduğu illəri əhatə edən yeni təhqiqata start verilməsi mövzunu yenidən gündəmə daşıyıb. Mənbəmiz iddia edir ki, həm Ziya Məmmədov, həm də Arif Əsgərov bu təftişlərdən ciddi şəkildə narahat olsalar da baş verənlərə müdaxilə etmək iqtidarında deyillər.xalqxeber.az

XƏBƏR LENTİ