Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov BŞ və Kanadanın
Buxara Yəhudiləri Konqresinin koordinatoru, “Bukharian Times” qəzetinin baş
redaktoru Rafael Nektalov ilə görüşüb.
Qonağı səmimi salamlayan komitə sədri Azərbaycanın dostunu ölkəmizdə
görməkdən məmnunluq ifadə edib. Qeyd olunub ki, “Bukharian Times” qəzetində
davamlı olaraq Azərbaycanla bağlı məlumatlar verilir və həqiqətlər beynəlxalq
ictimaiyyətə olduğu kimi çatdırılır. Buxara yəhudilərinin azərbaycanlılara böyük
sevgi bəslədikləri, ABŞ və Kanadada olan Azərbaycan icması ilə sıx əlaqələri
diqqətə çatdırılıb, tarix və mədəniyyətimizin bir-birinə yaxınlığı bir daha
vurğulanıb.
Qonağa ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə çap olunan “Öndə
gedən” kitabı hədiyyə olunub. Görüşdə həmçinin əməkdaşlıq perspektivləri
müzakirə olunub.
Qazaxıstanda yaşayan azərbaycanlı musiqiçi, mahir tar ifaçısı “Xəzər” Etno-
Mədəni Birliyinin sədr müavini Sadiq Namazovla görüşdə isə iki ölkə arasındakı
münasibətərin sarsılmazlığından, dost ölkədə yaşayan azərbaycanlıların bu
münasibətlərin inkişafına verdiyi töhfələrdən və soydaşlarımızın yaşadıqları
cəmiyyətə uğurlu inteqrasiyasından danışılıb. Bir sıra beynəlxalq müsabiqələrdə
Azərbaycan və türk musiqilərinin təbliğindəki roluna görə nüfuzlu mükafatlara
layiq görülən və bir neçə müsabiqənin laureatı olan soydaşımıza uğurlu diaspor
fəaliyyətinə görə komitə adından təşəkkürnamə təqdim olunub.