Anons

Haqqımızda Əlaqə

Misir Mərdanovun xalası oğluna zərbə –

Tarix:28-04-2016, 12:53 Baxış Sayı:261

Misir Mərdanovun xalası oğluna zərbə –

Allahverdi Dəmirova məxsus olan «Deluxe» otel sökülə bilər.

Bildiyiniz kimi, Bakıda aparılan abadlıq işləri çərçivəsində daha bir otel sökülüb. Belə ki, paytaxtın Yasamal rayonu Məhəmməd Füzuli küçəsi- 1 ünvanında yerləşən "Grand Hotel" artıq sökülməyə başlayıb. Söküntü işlərinə ağır texnika cəlb edilib. Şəhərin abadlaşdırma planı çərçivəsində sökülən otelin yerləşdiyi ərazidə iş hələ başa çatdırılmayıb. Özəl mənbələr tərəfindən gundelik-baku.com-a daxil olan məlumata görə, Bakının abadlıq işləri çərçivəsində daha bir neçə məşhur obyekt sökülə bilər. Onlardan biri də Nərimanov rayonu, Həsən Əliyev 119 ünvanında yerləşən «Deluxe» otelidir. Yəqin ki, bu hotelin adı oxucularımıza tanışdır. Çünki bir neçə gün əvvəl ölkə mediasında adıçəkilən obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə məlumat yayıldı. «Buranı türkiyəli iş adamı Ali Altınterim icarəyə işlədir. O vergidən yayınmaq üçün bütün biznes planlarını azərbaycanlı bir xanımın adı ilə həyata keçirir. Paytaxtın mərkəzi hissəsində yerləşən 36 otaqdan ibarət bu lüks otel sabiq təhsil naziri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirova məxsusdur.


Otel türkiyəli iş adamına aylıq 25 min manat qarşılığında kirayə verilib. Allahverdi Dəmirov paytaxtda saysız-hesabsız mülklərə sahibdir. Təkcə "Texnikabank” ASC-nin 4,9 faiz səhmləri sabiq nazirin xalası oğluna məxsusdur. Allahverdi Dəmirov əvvəllər Misir Mərdanovun dəstəyi ilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəhbəri olub. Həmin vaxtlarda o, nazirliyin tikinti layihələrinə cavabdeh olub və barəsində ciddi korrupsiya iddiaları mövcuddur. A.Dəmirov 2011-ci ildə işdən çıxarılıb. Onun Təhsil Nazirliyində korrupsiya işi üzrə Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dəfələrlə dindirildiyi haqda xəbərlər yayılmışdı. Ali Altınterim bundan əvvəl "Ramada Plaza Gəncə”, "Ambassador Hotel Baku”, "The Crown Hotel”, "Ramada Baku”, "Shah Palace”, "Sirvan Hotel”, "Sakit gol”, "Sheki Palace” kimi otellərdə çalışıb», deyə məlumatda qeyd olunurdu. Etibarlı mənbənin bildirdiyinə əsasən, «Deluxe» otel ölkəmizin mövcud tikinti normaları gözlənilmədən inşa edildiyi, həmçinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi üçün sökülə bilər. İddialara görə, bundan xəbər tutan otelin sahibi Allahverdi Dəmirov bəzi əlaqələrini, hətta xalası oğlu Misir Mərdanovu işə salsa da, heç bir xeyri olmayıb. Deyilənə görə, yaxın günlərdə otel buldozerlərin qabağına veriləcək. Yazı ilə bağlı qarşı tərəfləri də dinləyə bilərik. gundelik-baku.com

SON XƏBƏRLƏR
Azərbaycanda müharibəyə hazırlıq: Ən yeni döyüş təyyarələri alındı
Sizə “Ə” deyimmi, Nuşirəvan Səfərov?
Sarkisyanın yeni müharibə çağırışına rəsmi Bakıdan cavab
Leyla Əliyeva çağırış etdi
Sarkisyan xalqa Qarabağda yeni müharibə vəd edir
Türkiyə Azərbaycanı silahlandırmağa başladı
Sərhəd bölgəsinə minə yaxın hərbçi göndərilir
Pulu pulla qazananlar: Araz Ağalarov və Telman İsmayılovun da iştirak etdiyi OLİQARX TOYLARI
Sarkisyan Qarabağda müharibənin başlayacağı tarixi açıqladı
General: Zakir Həsənov nazir oğullarını da orduya çağırtdırır
Həbsdəki jurnalist əfv ərizəsi yazıb - Ərşad İbrahimov prezidentə üz tutdu
Deputat: "Bu, Ermənistanın növbəti təxribatıdır"
Tramp lap Stalin kimi danışmağa başladı:
Zeynəb Xanlarovadan mühüm siyasi gediş
Dənizdən çıxarılan meyitin itkin neftçilərdən birinə məxsus olduğu dəqiqləşdi -
Ermənistan mart ayında Qarabağda yeni müharibəyə başlayacaq - Hərbi mənbə
“Siyahıda Əli İnsanov və İlqar Məmmədovun adı var”
ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək
Hakimiyyətin qara siyahısında olan icra başçıları
"Prezidentin sərəncamı hüquqi islahatların keyfiyyətcə yeni mərhələsidir"
Bakının mərkəzində QAZ BÖHRANI - Rövnəq Abdullayevdən Prezidentə şikayət
Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi - BDU in ilahiyyat fakultəsində nə baş verir ŞİKAYƏT
“Ermənistan əsgəri ölmək istəmirsə…” – Hərbi ekspert
BDU-nun dekan müavinindən şikayət var
Cavid Qurbanov 276 milyon kredit götürdü -
Rusiya XİN: Biz öz ərazimizi qaytarmırıq
BU GÜN ARİF MİRCƏLAL OĞLU PAŞAYEVİN DOĞUM GÜNÜDÜR
Milli Məclisdə bələdiyyələrin fəaliyyəti tənqid olundu
2-ci Aprel döyüşləri başlayır - “Azərbaycanın atacağı addımlar amansız və sərt olacaq”
Səfirlərin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri başlayıb - YENİLƏNİB