Anons

22-06-2017, 13:09 - Bakıda faciəvi şəkildə ölən Susananın anasından ŞOK İDDİALAR

22-06-2017, 13:05 - "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur“ - Q.Quliyevanın həkimi

20-06-2017, 01:10 - Vasif İsmayılov saxta staj alverindən və POÇTA 1500 manata işə... – AĞSUDA ŞOK İDDİA

19-06-2017, 11:27 - Atəşkəs 124 dəfə pozuldu

16-06-2017, 14:39 - Müsəlmanlar namazları ilə xristianları özlərindən çıxartdı

10-06-2017, 21:10 - Bəzi ödəmə terminallarında "Bakıkarta" balans yükləmək olmur - PROBLEM - VİDEO

10-06-2017, 20:11 - "İSTƏDİYİM PULU VERSƏLƏR, YATAĞA GİRƏRƏM" — AZƏRBAYCANLI TELEAPARICI

9-06-2017, 15:47 - DTX nəşriyyatda əməliyyat keçirdi - "reket jurnalist" həbs olundu

9-06-2017, 15:44 - Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

9-06-2017, 14:25 - Bakı Şampan Şərablar zavodunda qadınlar əxlaqsız ifadələrlə təhqir edilib...

9-06-2017, 01:58 - Ramazanın 14-cü günün duası: imsak və iftar vaxtı

6-06-2017, 12:42 - Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

6-06-2017, 00:21 - Məhərrəm Əliyev vəzifəyə təyin edilib

5-06-2017, 12:16 - Ucar kolxoz bazarında antisanitariya höküm sürür - SAKİNLƏR PREZİDENTDƏN KÖMƏK İSTƏYİR!

5-06-2017, 10:06 - Natiq Əliyev xüsusi təyyarə və türk həkimlərin müşayiəti ilə Türkiyəyə aparılıb

4-06-2017, 14:42 - Azərbaycanda nazir xəstəxanaya yerləşdirildi – REANİMASİYADADIR

1-06-2017, 15:07 - Çarəsiz ata Azərbaycan xalqına səsləndi - KÖMƏK EDİN

1-06-2017, 14:59 - Ucar sakini DTX rəisi cənab Mədət Quliyevə - MÜRACİƏT ETDİ!

31-05-2017, 16:37 - Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi məhv edilib - VİDEO

30-05-2017, 00:46 - Gəzməyə gəldilər, çayda boğuldular - MASALLIDA FACİƏ

29-05-2017, 01:54 - Xanım baş redaktor Oktay Şirəliyevdən pulunu tələb edir... - FOTOLAR

27-05-2017, 23:27 - Ramazanın 2-ci gününün duası - İmsak və iftar vaxtı

25-05-2017, 12:32 - Yasamal rayonu məmur özbaşınalığının qurbanına çevrilir

19-05-2017, 14:36 - Dolların məzənnəsi 1,70 manat səviyyəsində sabitləşəcək

16-05-2017, 13:01 - Azərbaycanda yağışlı hava sabah da davam edəcək

12-05-2017, 19:02 - Azərbaycanda baş redaktor həbs olundu

12-05-2017, 16:20 - Nəzrinin başına nələr gəldi - KÖLGƏ

12-05-2017, 10:37 - Ermənistan cəbhədə atəşkəs rejimini 135 dəfə pozub

Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri -

Tarix:29-04-2016, 14:21 Baxış Sayı:374

Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri -


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax mənzilinin 115 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizin regionlarını birləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan bu yol uzun müddət əsaslı təmir edilmədən istismarda olub. Yolu fərqləndirən cəhət bəzi yerlərdə çətin dağlıq ərazidən keçməsidir. Buna görə yol boyu geniş bərkitmə və torpaq işləri aparılıb. Əsaslı şəkildə yenidən qurulan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir. Yolun yenidən qurulması layihəsində nəzərdə tutulan 7 eyni səviyyəli dairəvi yol kəsişməsinin, 54 yol birləşməsinin və 263 suötürücü borunun tikintisi işləri aparılıb, həmçinin 6 körpü sökülərək yenidən inşa edilib. Bundan başqa, layihə üzrə avtomobil yolunda yol qurğuları və avadanlıqlarının, elektrik dirəklərinin quraşdırma işləri həyata keçirilib, 39 avtobus dayanacağının tikintisi aparılıb, yol hərəkəti nişanları qoyulub, piyada səkiləri tikilib, drenaj işləri görülüb. Onu da qeyd edək ki, bu yolun əsaslı şəkildə yenidən qurulmasına Prezident İlham Əliyevin tapşırığı ilə 2010-cu ilin martında başlanılmışdı. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.


14:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib. Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Dövlət başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirdi ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, poliklinika şöbələri fəaliyyət göstərəcək. Bundan əlavə, şüa-diaqnostika, hemodializ, patoloji-anatomiya və laboratoriya şöbələri də xəstələrin istifadəsində olacaq. Bu şöbələrin hamısı tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

13:59

Bakunews.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verdi ki, ulu öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

XƏBƏR LENTİ