Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

“Qaçqınlıq”, beynəlxalq hüquq və vicdan müstəvisində

Tarix:17-05-2016, 19:27 Baxış Sayı:1 742

“Qaçqınlıq”, beynəlxalq hüquq və vicdan müstəvisində

Qaçqınlıq və mühacirət(immigrasiya) bir tərəfdən xəyal və ümid, digər tərəfdən qorxu, güvənlik və gələcək qayğısı, həsrət, yanlızlıq yanğısı, qəribçilik mənalarına gələn iki “səfər”

Demək olar ki, hər gün dünyanın ağlımıza belə gəlməyən yerlərində xeyli insan, evini, cəmiyyətini və ölkəsini tərk edir. Bəziləri bu maceralarda sevdikləri və ailələri ilə bərabər olarkən, bəziləri onların zərər görəcəyindən ehtiyatlanaraq tək başlarına, bəlkə də onları bir daha görə bilməməyi gözə alaraq təhlükəli səfərlərə çıxırlar.

Qaçqın, didərgin, mühacir və yerlərindən olan digərləri hamı kimi insandırlar, yəni haqq sahibidirlər.Ancaq onlara çox vaxt pis həyat şərtləri rəva görülməkdədir.Yollarda və ya çatdıqları “yeni vətən”lərində qarşılarına çıxan çoxlu sayda qanun və hüquq pozuntusuna qarşı müdafiəsizdirlər. Dünyanın bir çox yerində dövlətlər və kütləvi informasiya vasitələrində insan və haqq sahibi olduqları, yaşadıqları torpaqlardan ayrılma səbəblərinin bu haqların pozuntusu olduğu,özləri və ailələri üçün daha yaşanılabilən bir yer tapmaq olduğu göz ardı edilərək çox vaxt istismara məruz qalır, hətta “terrorist” damğası vurulur.

Qaçqın və mühacirlər “məzlumlar” olaraq deyil, daha çox “məşhur” müzakirə mövzusu olaraq diqqət çəkirlər.İş fəaliyyətə gəldikdə isə elə icraatlar vardır ki, hökumətlərin qaçqın və mühacirləri öz ölkələrinə buraxmamaq məsələsindəki qərarlılıqlarını göz önünə sərməkdədir.Hətta bu qərarlılıq dövlətlərin hüquq sisteminə belə nüfuz etmiş vəziyyətdədir.

Müasir hüquq sistemində öz yurd yuvalarını tərk etmiş şəxslərlə əlaqədar bir sıra təsnifatlar mövcuddur.Bu təsnifatların izahını verək:

“Didərgin” - Siyasi, dini, etnik, sosial qruplara bağlılıq səbəbindən şiddət və zülmə məruz qalan insanların öz yaşayış yerlərini tərk etməsi və öz ölkəsinə qayıtmasının ciddi risk təşkil etməsi

“Qaçqın” hüquqi statusdur və yuxarıda qeyd edilən səbəblərə görə müraciət etmiş şəxsə, müraciət etdiyi ölkə tərəfindən verilir.

“Məcburi köçkün” bir ölkə sərhədləri daxilində yuxarıdakı səbəblərdən dolayı öz yaşayış yerlərini dəyişənlərdir.

“Mühacir” və ya “immigrant” əsasən iqtisadi səbəbdən bir yerdən ayrılaraq başqa yerə köçənlərdir. Bu, iqtisadi, sosial, mədəni baxımdan daha keyfiyyətli yaşam arzulamaqla əlaqədardır.

“Qaçaq mühacir” - getdiyi ölkənin qanunlarına zidd şəkildə, qanunsuz yolla ölkə sərhədlərini keçən mühacirlərdir.

Azərbaycan keçmiş sovet respublikaları arasında qaçqın problemi ilə üzləşən ilk ölkə idi.

Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirmişdir. Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan 60 min, digər ətraf rayonlardan isə 600 mindən çox azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olmuşlar. Burdan başqa, respublikanın Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının, Ağstafa, Qazax, Tovuz, Ağcabədi, Gədəbəy, Goranboy və Tərtər rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərədək azərbaycanlı da hərbi təcavüzə məruz qaldıqlarına görə öz daimi yaşayış yerlərini məcburən tərk etmişlər. Eyni zamanda, əvvəllər Gürcüstandan deportasiya olunaraq Orta Asiya respublikalarında yerləşdirilmiş, 1990-cı ildə orada baş vermiş milli münaqişə zəminində didərgin salınmış 50 minədək məshəti türkləri də Azərbaycanda qaçqın kimi məskunlaşmışdır.

Azərbaycanda, həmçinin İran İslam Respublikasından, Rusiyadan, Əfqanıstandan, İraq Respublikasından olan 11 min nəfərədək qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər də vardır.

Beləliklə hazırda Respublikamızda 1 milyondan çox qaçqın və məcburi köçkün var.

Bəs Beynəlxalq hüquq normaları 80 -cı illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistandan qaçqın düşmüş şəxslərə hansı statusu verir?BMT-nin 60 milyonnan artıq qaçqın siyahısına bu şəxslər daxil edilməyib. BMT Qaçqınlar üzrə Ali Komissarlığının ( QAK) -ın statistikası Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasının meyarları əsasında aparılır və bu statistikaya sığınacaq ölkəsinin vətəndaşlığını əldə etmiş şəxslər daxil edilmir. Ermənistandan zorla çıxarılmış şəxslər isə Azərbaycan vətəndaşlığını qəbul etdikləri üçün bu siyahıya daxil edilməyiblər.Dağlıq Qarabağ və ətraf rayonlardan köçkün düşmüş şəxslər də bir ölkə daxilində yer dəyişdirdikləri üçün Beynəlxalq müstəvidə “qaçqın” statusu və beləliklə də böyükhəcmli yardımlar ala bilmirlər.

Artıq bütün dünyanın gördüyü həqiqətdir ki, bugün immiqrasiyanın sayı laqeyd qalınmıyacaq səviyyədə artmışdır. Hazırda müharibələr, diktatorial rejimlər, ölkədaxili münaqişələr, bəzi siyasi güc mərkəzlərinin özlərini dəstəkləməyənlərə göstərdikləri şiddət , müxalifətə və müxaliflərə qarşı zor , qaçqınların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olmuşdur.Başda yaşamaq arzusu olmaq üzrə insanlar, qazandıqlarını qorumaq və qarantiyə almaq üçün, yaşayacaqları çətinlikləri nəzərə almadan başqa bir ölkəyə sığınmaqda və ya qaçaq olaraq keçməkdə, hətta bu yolda ölməkdədirlər.
Belə görünür ki, günümüzdə immiqrasiyanın əsasını siyasi səbəblər təşkil edir.Ancaq gələcəkdə insanlar müxtəlif səbəblərdən , xüsusilə, qlobal istiləşmə və ya təbii fəlakətlər səbəbindən köç etmək məcburiyyətində qala bilərlər.(Ki, belə vəziyyətdə qaçqın və mühacir məfhumları arasındakı fərq əhəmiyyətli dərəcədə daralacaqdır). Beləliklə yaşadığımız ölkənin siyasi - iqtisadi vəziyyətinə güvənərək qaçqın və mühacirlərə laqeyd yanaşmaq, fərqli səbəblərlə hər an hər birimizin bu vəziyyətə düşə biləcəyimiz üçün doğru deyildir.Başqa sözlə desək, doğma yurd-yuvalarından olan milyonlarla insanın varlığı vicdanımızı sızlatmırsa, dünya üzərində yaşayan hər bir insanın bu təhlükə ilə üz üzə olduğunu nəzərə alaraq məsuliyyət almasının lazımlığını demək olar.

Elbrus Həsənli
BakuNews.az

“Qaçqınlıq”, beynəlxalq hüquq və vicdan müstəvisində
“Qaçqınlıq”, beynəlxalq hüquq və vicdan müstəvisində
“Qaçqınlıq”, beynəlxalq hüquq və vicdan müstəvisində
“Qaçqınlıq”, beynəlxalq hüquq və vicdan müstəvisində

XƏBƏR LENTİ