Anons

28-07-2019, 19:11 - MOBİL OPERATORLAR AZƏRBAYCAN VƏTƏNDAŞLARINA QARŞI HÖRMƏTSİZLİK EDİR..?

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

Bakıda 49 saylı orta məktəbdə dəhşət: Rüşvət almadığını deyən müəllimədən çirkin addım

Tarix:11-03-2015, 10:57 Baxış Sayı:5 834

Bakıda 49 saylı orta məktəbdə dəhşət: Rüşvət almadığını deyən müəllimədən çirkin addım


Bir neçə gün öncə, 8 Mart ərəfəsində valideynlərdən pul yığdığına görə ittiham olunan 49 saylı "İntellekt" məktəb-liseyində ibtidai sinif müəllimi Tünzalə xanım bütün deyilənləri təkzib etmişdi. İlk əvvəl onunla bağlı şikayəti xatırladaq.

Bakunews.az xəbər verir ki, valideynlərdən birinin Milli.Az-a istinadən yazdığı müraciətdə deyilirdi ki, "49 saylı məktəbin ibtidai sinif rəhbəri Tünzalə müəllim əməlli-başlı sinifdə bazar açıb. Dediyinə görə, kim ona 20 manat pul versə, götürməyəcək. Ən azı, 50 manat olmalıdır. Nəzərə alsaq ki, sinifdə 30 uşaq var və hamının da imkanı yoxdur və yaxud da bir evdən iki uşaq məktəbə gedir, hesablasaq, nə qədər pul lazımdır bu müəllimlərə?"

Məsələ ilə bağlı sayt birbaşa məktəb direktorunun özü ilə əlaqə saxlayıb. Əməkdar müəllim Təhminə Əsədova deyilənlərin yalan və böhtan olduğunu bildirib: "Valideyin özü gəlsin, desin ki, bu filan müəllim məndən pul istəyir. Tünzalə müəllimin sinfindən sonuncu dəfə bir valideyn mənə yaxınlaşıb, o da pul söhbəti olmayıb. Problem müəllimin şagirdə aşağı qiymət yazması olub.

Tünzalə xanımdan narazılıq etdikdə mən də demişəm, keçir uşağı başqa bir sinfə. Valideyn uşağı digər müəllimin sinfinə keçirdikdən sonra gəlib üzümdən öpüb, hörmət kimi balaca bir şirniyyat da verib. Ancaq gedib bu cür yalanlar yazmaq yaxşı deyil.

10 ildən çoxdur ki, bu məktəbdəyəm, ancaq Tünzalə müəllimdən bir dəfə də olsun pul söhbəti eşitməmişəm. Müəllim özü məcburi köçkündür, heç vaxt ola bilməz ki, Tünzalə xanım kimdənsə pul istəsin.

Məktubu sizə yazan, yəqin ki, Əliyeva Aytənin valideyni olar. Sizdən sonra mən valideynlə danışıb məsələni dəqiqləşdirəcəm", - Təhminə Əsədova deyib.

Onu da bildirək ki, sonradan iddia ilə bağlı adıçəkilən müəllimin özü də açıqlama verib. Tünzalə müəllim deyilənlərin iftira olduğunu söyləyib.

"Mənim sinfimdə 8 Mart ərəfəsində belə bir şey olmayıb, ola da bilməz. Bu günədək heç kəs deyə bilməz ki, Tünzalə müəllim kimdənsə pul tələb edib. Yox, ömür boyu belə bir şey ola bilməz.

Bu yaxınlarda, Müəllimlər Günündə yığmışdılar valideynlər, ancaq inanın, heç baxmadım nədir-nə deyil, qaytardım geri.

Mənim sinfimdə valideyn komitəsi yoxdur ki, onlar yığıb pul versinlər. Mənə hörmət eləmək istəyən şəxs öz övladını yaxşı tərbiyə eləsin, məktəbə göndərsin, dərsinə hazırlıqlı olsun.

Ancaq pul məsələsinə gəldikdə isə yenə də deyirəm, bu günəcən mən heç kəsdən pul almamışam. Ümumiyyətlə, kimdənsə nəsə, pul almaq özü bir aşağılıqdır, ona görə də mən heç kəsin qabağında başıaşağı ola bilmərəm".

Hə, bütün bunlar onların dedikləridir. Amma reallıq isə tamam fərqli imiş və DİA.AZ-a daxil olan məlumatı eşitdiyinizdə hər birinizin tükləri biz-biz olacaq.

Bəli, rüşvət almadığını, pula gözünün ucu ilə belə baxmadığını iddia edən həmin Tünzalə müəllimə sən demə, həmin məktəbdə məhz direktorun «maddi tələb» maraqlarına ən yaxşı cavab verən müəllimə olması səbəbindən məktəb rəhbərliyi tərəfindən müdafiə olunub.

DİA.AZ-a danışan valideynlərdən birinin açıqladığı fakt isə daha dəhşətlidir. Hadisə çox da uzaqda, köhnə günlərdə baş verməyib. Valideynlərdən biri bildirir ki, elə dünən həmin Tünzalə müəllimə məhz 8 Martda sırf imkansızlığı səbəbindən ona pul gətirməyən şagirdi bütün dərs boyunca küncdə və ayaqüstdə saxlayıb.

Bəli, bu dəhşətli mənzərə 49 saylı məktəbdə dünən yaşanılıb və bu dəhşətli mənzərəni yaradan da RÜŞVƏT ALMADIĞINI BAĞIRA-BAĞIRA söyləyən Tünzalə müəllimə olub.

O müəllimə ki, valideynlərə iki oğluna və evli olan oğullarından birinin ailəsinə təkbaşına baxdığını və ona çoxlu pul la-zım olduğunu deyio. O müəllimə ki, məhz atası yataq xəstəsi olan, anası ağır işdə işləyən uşağı 8 Martda pul gətirmədiyinə görə bütün sinif qarşısında aşağılayaraq, onu bir dərs saatı boyunca küncdə ayaqüstə saxlayır…

İndi isə sözümüz Sizədir, Cənab Mikayıl Cabbarov! Belə bir müəllimənin övladlarımıza nəsə yaxşı bir şeyi öyrədə biləcəyinə inanırsınızmı?

XƏBƏR LENTİ