Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən axtarışda olan daha bir təhlükəli terrorçu Təbiş Suriya ərazisində dəqiq atəşlə məhv edilib.
bakunews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) terrorçu Təbişin İraqdan qaçaraq Suriya ərazisindəki Hasəkə şəhərində gizləndiyini təsbit edib və onu zərərsizləşdirib.
Terrorçu Təbiş 2008-ci il iyulun 27-də İstanbulun Güngörən rayonunda beşi uşaq olmaqla 18 nəfərin ölümünə, 154 nəfərin yaralanmasına səbəb olan qanlı terror aktının təşkilatçısı olub.
Terror təşkilatı sıralarına 1995-ci ildə Siirt vilayətinin Baykan rayonunda qatılıb, daha sonra Demokratik Xalq Partiyasının (DEHAP) İstanbul Əsənyurt və Bəylikdüzü rayon təşkilatlarında fəaliyyət göstərən terrorçu Təbiş həmin dövrdə PKK-nın funksiyasını yerinə yetirib. O, Güngörən terrorundan sonra isə İraqa qaçıb.
Türkiyə məhkəməsi təhlükəli terrorçu Təbiş haqqında 18 dəfə ağırlaşdırılmış iş apararaq ona 1258 il qiyabi həbs cəzası kəsib.
bakunews.az