"Planeta" İstehsal-Kommersiya şirkəti cərimələnib.
bakunews.az-nun qaynarinfo-ya istinadən məlumatına görə, apteklər şəbəkəsini özündə birləşdirən "Planeta” şirkətinə tətbiq olunan protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. İş hakim Habil Bəhmənovun icraatına verilib.
MMC-lərə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə protokol tərtib edilib. Qeyd edək ki, bu inzibati xətaya görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə tətbiq edilir. Cərimə apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə olunur.
"Planeta" İstehsal-Kommersiya şirkəti reyestr məlumatlarında qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur. Mətbuatda gedən xəbərlərdə o, iş adamı kimi təqdim olunur.
1997-ci ildə qeydiyyatdan keçən müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Hüquqi ünvanı isə Nəsimi rayonu, Cavadxan 24-dür. E.Yaqubovun qanuni nümayəndə olduğu daha bir müəssisə də Bioloji Təbabət Klinikasıdır. 2008-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 10 manatdır. Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30, mənzil 48-dir. Bioloji Təbabət Klinikası və apteki Masallı rayonunda 2018-ci ilin dekabr ayının 1-də açılıb.
bakunews.az