Anons

18-06-2019, 15:06 - GDU dekanına qarşı ittiham dolu məktub – 166000 manat kimin cibinə...

18-06-2019, 11:20 - Bakı metrosunda təşviş - Sərnişinlər boşaldıldı

15-06-2019, 15:49 - Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı

15-06-2019, 15:36 - Sumqayıt təhsilində biabırçılığa son qoyulmur – Himayədarım var deyənlər hələdə vəzifədədir

13-06-2019, 10:27 - Bakıda məktəb direktorlarının arayış biznesi: Bakı Türk litseyinin nüfuzu təhlükə altında

13-06-2019, 10:25 - "QUBANIN İCRA BAŞÇISI UKRANYADAKI ZAVODUNDA BİZNESMEN KİMİ GƏZİR"

13-06-2019, 10:20 - GDU-DƏ BAYRAM APOYEVİN ÖZBAŞINALIQLARINA DUR DEYƏN TAPILACAQMI?

13-06-2019, 09:26 - Beyləqanda Bazar sahibi Xəqani Əhmədovun dövlət torpaqlarını qanunsuz zəbt etməsini məhkəmədə subut edilib

2-06-2019, 04:56 - MÜƏMMALI GÖMRÜK-KARQO “İTTİFAQI” – “Nədən bizi karqoların qucağına atdılar?…”

2-06-2019, 04:15 - “Azercell Telekom” MMC Bakunews.az-a mövqeyin bildirdi - Şikayət məktubu ilə araşdırma yazını ayıra bilməyən kimdir?

30-05-2019, 11:11 - Cəlilabaddan ŞOK VİDEO: Baş həkim Kərəm Həsənovu ifşa etdi

30-05-2019, 11:07 - Respublika Müalicəvi Diaqnostika Mərkəzi 16000 pulumuzu qaytarmasalar

30-05-2019, 09:55 - 40 yaxın şəxs nazirliyin qarşısına toplaşdı - ETSN açıqlama verdi

30-05-2019, 09:40 - Azərbaycan nefti 2%-ə yaxın ucuzlaşıb

29-05-2019, 17:48 - DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd etdi

28-05-2019, 19:06 - Avtomobillərdə plyonka məsələsi: qanun qadağan edir, polis “olar” deyir

23-05-2019, 19:29 - 459 manat ödədi amma... Chevrolet-in rəsmi servisində ÖZBAŞINALIQ!

23-05-2019, 15:41 - İsgəndər Həmidovun niyyətini pozan SPARTAK kimdir? – Müxalif şəxslərə müxalif çıxan şəxslə bağlı təfərüat

16-05-2019, 11:15 - Polis müstəntiqi Şahin Osmanov 3 uşaq atasını 10 min rüşvətə görə tutdurmaq istəyir – BÜTÜN ÖLKƏ ŞOKDA

16-05-2019, 10:33 - Azercell yazardan oğurlanan konturu geri qaytardı: “Bəs, onminlərin hüququ necə olacaq?”

16-05-2019, 10:02 - 13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı

16-05-2019, 09:28 - Qazaxıstanda XII iqtisadi forum başlayıb

16-05-2019, 09:25 - ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası keçiriləcək

16-05-2019, 01:27 - CAVİD QURBANOVUN "İSPAN TAPMACASI": 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?

16-05-2019, 01:21 - Azərsu Qorxmaz necə Hamam Qorxmaz oldu?

14-05-2019, 20:43 - Bakı sakininə qarşı ŞOK DƏLƏDUZLUQ - Maliyyə Nazirliyi, BŞİH və “Unibank” Həmayıl Xəlilovanın evinə necə yiyələnib?

14-05-2019, 20:41 - Dövlət Gömrük Komitəsində NÖVBƏTİ RƏZALƏT - Qurumun yarıtmaz siyasəti nəticəsində 8500 nəfər 4 aydır işsiz qalıb

14-05-2019, 17:36 - “1600 AZN kompensasiya düşür, 516 manat rüşvət istəyirlər” - “Muğanbank”a ittiham

Abutalıbov islamçıların mitinq keçirməsini qəti şəkildə qadağan etdi

Tarix:19-12-2014, 16:14 Baxış Sayı:967

Abutalıbov islamçıların mitinq keçirməsini qəti şəkildə qadağan etdi

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan İslam Partiyasının (AİP) mitinq keçirməsi üçün icazəsinə "yox" cavabı verdi; Hətta islamçıların bundan sonra da, gələcəkdə aksiya keçirmələri qəti şəkildə qadağa edildi; Bunu hakimiyyətin islamçıların çoxluğundan qorxduğunu ehtimal edənlər dıə var.

Bakunews.az islamazeri.az-a istinadən xəbər verir ki, AİP-in siyasi şöbəsinin rəhbəri Akif Heydərli islamazeri.az-a bildirib ki, Azərbaycan İslam Partiyasının dekabrın 21-də metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı “Məhsul” stadionunda aksiya üçün müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yox cavabı verilib: “İlk öncə onu qeyd edim ki, cavabda çox müəmmalı cavablar var idi. Bizə nəinki, icazə vermədilər, hətta bizə aksiya keçirməyi qadağa etdilər. Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyət həddini aşaraq, məhkəmə, Ali məhkəmə, Konstitusiya Məhkəməsi mövqeyindən çıxış edərək sərbəst toplaşmaq haqqında qanunun əksinə gedərək bizə bu mitinqi keçirməyi qadağa etdilər. Və yenə də imkan vermədilər biz sözümüzü deyək. Mən başa düşə bilmirəm ki, bu səlahiyyəti icra hakimiyyətinə kim verib? Bizə göndərilən cavab məktubunda çox müəmmalı, qaranlıq saçan fikirlər qeyd olunub. Əsasən, provakasiya xarakterli fikirlərlə bizi təxribata yönəltmək istəyirlər. Bizi milli, dini, irqi ayrıseçkilik kimi çağırışlarla ittiham etməklə hədələyirlər. Baxmayaraq ki, biz icazə üçün göndərilən məktubda niyyətimizi, məqsədimizi, tələblərimizi, şüarlarımızı qeyd etmişdik. Onların bizə göndərdikləri cavabın isə bizim fəaliyyətimizə heç bir aidiyyəti yoxdur. Şübhəsiz ki, bu məsələnin arxasında da yeni islamçıların həbs dalğası gizlənib".

AİP rəsmisi bildirib ki, mitinqə toplaşacaq islamçıların, dindarların sayının qorxusundan mitinqə icazə verilməməsi ehtimal olunur: “Biz BŞİH-ə göndərdiyimiz məktubda mitinqə toplaşacaq insanlarını sayını da qeyd etmişdik. 5 min nəfər nəzərdə tutulmuşdu. Amma bu say çox da ola bilərdi. Biz ehtimal edirik ki, hakimiyyət bizim çoxluğumuzdan qorxaraq, bizim mitinq keçirməyimizə mane olur. İkinci bir tərəfdən isə onlar islamçıların irəli sürdüyü tələblərdən, şüarlardan da ehtiyat edirlər”.

A.Heydərli qeyd edib ki, BŞİH-nin AİP-in mitinq keçirməsinə "yox" deməsi onları qətiyyən ruhdan düşürmür. Əksinə, onları haqsızlığa qarşı daha da şücaətli, daha da qəsarətli edir: “Biz onların yox sözündən sonra elə oturub susan deyilik. Təbii ki, çıxış yolları axtarırırıq. Müvafiq instansiyalara, təşkilatlara müraciət etməyi planlaşdırırıq. Günahsız insanların, islamçı insanların nahaqq yerə həbs olunması adi hala çevirildiyinə görə, bu məsələlər bizim diqqətimizdədir. Sabah konfransda bütün bu məsələlər hamısı öz həllini tapacaqdır. Bütün bu qanunsuzluqlar ölkə rəhbərinə də çatacaqdır.”

Xatırladaq ki, islamçılar hicab məhbuslarının azadlığa buraxılmasını tələb etmək, islamçı məhbus Mövsüm Səmədovun səhhətindəki problemin aradan qaldırlmasına, saxlanma şəraitinin yaxşılaşdırılmasına şərait yaratmaq, sosial şüarlar səsləndirmək, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirmək niyyətində olduqlarını bildirmişdilər.

XƏBƏR LENTİ